N. C əfərov, M. Ç obaııov, Q. P a şa yeva
TƏHSİL MÜƏSSİSƏLƏRİ
VƏ AZƏRBAY CAN ÇILIQ
«Azərbaycançılıq» gənc nəslin təlim-tərbiyə işləri sistemində
mühüm əhəmiyyəti olan problemlərdən biri, bəlkə də, birincisidir.
«Azərbaycançılığın başlıca məqsədi yeniyetmə gənclərə öz yerini
düzgün
tapa bilməsi, mədəni-mənəvi
və mənəvi-psixoloji
baxımdan, özünün istək və arzusuna, marağına, başlıcası isə
qabiliyyəti və bacanğına müvafiq olaraq, qədim və zəngin
mədəniyyətə malik olan xalqımızın Ana dilini, ədəbiyyatını,
mədəniyyətini,
tarixini,
tarixi
coğrafiyasını,
milli-mənəvi
dəyərlərini, tarixin sınağından çıxmış adət-ənənələrini, inam və
inanclarını dərindən öyrənmək; doğma Vətəninə və xalqına
müqəddəs bir borc kimi xidmət etmək olmalıdır. Buna görə də,
ölkəmizin bütün ali və orta ixtisas məktəblərində təlim-tərbiyə
işlərinin müasir dövrün tələbləri səviyyəsində elə qurmaq lazımdır
ki, tələbələr tədris prosesində, əsil mütəxəssis və ziyalı, vətənpərvər
bir vətəndaş kimi yetişə bilsin... Vətəninə, xalqına, el-obasına, Ana
dilinə, xalqın mədəniyyətinə, mənəvi dəyərlərinə daim sadiq qalsın,
onu sevsin onu öyrənsin və başqalarına öyrədə bilsin. Belə
fərdlər-şəxsiyyətlər, əsil mənada, vətəndaş, vətənpərvər və
azərbaycançı ola bilər...
Odur ki, yuxanda qeyd olunanlann həyatı baxımdan
əhəmiyyətini nəzərə alaraq, ölkənin bütün ali məktəblərinin Tədris
planlarına «Azərbaycanşünaslığın əsaslan» adlı yeni bir fənnin
əlavə olunması müasir dövrün və həyatın tələbdir. Çünki
«Azərbaycanşünaslığın əsaslan» fənninin dərindən öyrənilməsi
gənclərimizin gələcəkdə cəmiyyətin sosial, iqtisadi və mədəni
həyatında daha fəal olmağa, yaradıcı fəaliyyət
göstərə bilməsinə, bir
2 4
A zərb a yca n şü n a slığ ın əsasları
növ, hazırlıq xarakteri daşıyır və hər bir ziyalının həyatda öz yerini
tapa bilməsinə düzgün istiqamət verir, digər tərəfdən ölkədə kadr
axıcılığına yol verilməsinin qarşısının alınmasına geniş imkanlar
yaradar...
Həmçinin, gələcək nəslin geniş dünyagörüşə, yüksək milli və
bəşəri dəyərlərə, mədəni-mənəvi keyfiyyətlərə malik olmaqla
yanaşı, həm də özünün arzusuna çatmasına, qabiliyyət və
bacanğına müvafiq olaraq, cəmiyyətdə müəyyən bir vəzifə
tutmasına, ixtisası üzrə müəyyən bir peşə seçməsinə gələcəkşünas
kimi yaxından yardım edər. Çünki ziyalının vəzifəsi də, ixtisası da
elmilik və müasirlik tələb edən bir prosesdir. Bu prosesdə
müvəffəqiyyətlərə nail olmaq üçün elmin və metodun müasir
tələblərinə dərindən daim riayət etmək vacibdir... Çünki öz
üzərində müstəqil çalışmayan və müstəqil mütaliə etməyən,
təhsilini artırmayan ziyalı azərbaycanşünas-gələcəkşünas ola
bilməz...
Ali məktəblərdə azərbaycançılıq tərbiyəsinin aparılması
işinin vəziyyəti. Müstəqillik illərində Azərbaycan Ali Məktəbləri
geniş miqyaslı inkişaf yolu keçmişdir. Son illərdə Ali məktəblərdə
elmi-ixtisas fənlərinin tədrisi ilə yanaşı, tələbələrin azərbaycançılıq
ruhunda təlim-tərbiyə prosesinin keyfiyyətinin müasir tələblər
səviyyəsinə yüksəldilməsi sahəsində də müəyyən işlər görülmüş
dür. O cümlədən, ölkənin Ali təhsili sahəsində bir sıra dünya
ölkələri ilə təhsilin beynəlxalq standartlara uyğunlaşdırılınası barə
də əməkdaşlıq üçün hər cür tədbirlər görülmüşdür. Bu da, hər şey
dən əvvəl, Ali məktəblərin təlim-tərbiyə işlərinin azərbaycançılıq
ruhunda yenidən qurulmasını tələb edir. Odur ki, Ali məktəblərdə
azərbaycançılıq
dünyagörüşünün
tələbi
baxımdan,
yeni
təlim-tərbiyə metodlarının tətbiqi, təlim-tərbiyə texnologiyalarının
2 5
N. C əfərov, M. Ç obanov, Q. P a şa yeva
hazırlanması, professor-müəllim heyəti arasında böyük ruh yük
səkliyi ilə qarşılanmışdır. Çünki ali məktəblər bir sosial institut
kimi, gəncləri həyata hazırlamalıdır. Həyat isə, yalnız akademik
biliklərdən ibarət deyildir. Həyatda isə, hər şeydən əvvəl,
azərbaycançılıq ruhu, mədəni-milli mənəviyyat, milli mədəniyyətə
və milli dəyərlərə yiyələnmək və onlan təcrübədə tətbiq etməyi
bacarmaq təcrübəsi tələb olunur...
Azərbaycançılıq tərbiyəsinin əsas amilləri. Azərbaycançılıq
tərbiyəsi isə özündə aşağıdakı amilləri birləşdirməlidir:
- Gənclərin intellekt və emosional səviyyəsinin inkişaf
etdirilməsi;
- təvazökarlıq və dözümlülüyün tərbiyə edilməsi;
- özünəinam hisslərinin tərbiyə edilməsi;
- dünyaya müsbət münasibət bildirmək və başqalarının
nailiyyətlərini etiraf etmək;
- muxtariyyətlik və müstəqilliyin əsas atributlarını dərindən
mənimsəmək;
- özünütəkmilləşdirmə və özünükamilləşdirmə, özünüfəal-
laşdırma və s.
«AZƏRBAYCANŞÜNASLIQ» MÜASİR MƏRHƏLƏDƏ
Azərbaycançılıq dedikdə, hər şeydən əvvəl, qədim tarixə
malik olan milli dövlətçilik qurumları və idarəetmə sistemi, Ana dili
və onun tarixi inkişafı, milli mədəniyyəti və bədii fikir tarixi
(folklor), ictimai xarakterli milli dünyagörüşü, milli-mənəvi
dəyərləri və s. nəzərdə tutulur. Tarixin sonrakı inkişaf mərhələsində
millətin təşəkkülü gedişi ilə tarixən üst-üstə düşən Azərbaycançılıq
26
A zərb a yca n şü n a slığ ın ə sa sla n
ideologiyası fərddən (ayrı-ayn şəxsdən) cəmiyyətə, cəmiyyətdən
dövlət qurumu səviyyəsinə qədər mərhələlərlə uzun müddətli bir
inkişaf yolu keçmişdir. Bu mərhələlərin hər biri keçmişin bəhrəsi,
mirası olduğu kimi, gələcəyin də təşəkkülündə böyük rol oynayır.
Çünki hər millətin, eləcə də, Azərbaycan türklərinin milli
mədəniyyəti onu yaradan və yaşadan xalqın milli-mənəvi dəyərləri
üzərində köklənir. Bu mənada, milli mədəniyyət, milli mənəvi
dəyərlər, bədii fikir və bədii sözün ümumi məna çalarları və məna
tutumu tarixən Vətən və Xalq anlayışlarını özündə birləşdirən
Azərbaycançılıq dünyagörüşünün və ya ideologiyasının ifadəsinə
çevrilir. Məhz buna görə də, ümummilli lider Heydər Əliyev
Azərbaycançılığı Dövlət siyasətinin tərkib hissəsi kimi yüksək qiy
mətləndirirdi. Odur ki, indi Azərbaycançılıq ideologiyası xalqı
mızın ümumdüşüncə tərzinə və rəsmi dövlət ideologiyasının tərkib
hissəsinə çevrilmişdir. Bu mənada, Azərbaycançılıq xalqımızın
birləşdirici ideologiyasında başlıca rol oynayır... Odur ki, ziyalıları
mız - alimlərimiz də Azərbaycançlıq ideologiyasına
sadəcə bir sehr-
çi kimi baxmamışlar. Tezliklə, bu ideologiyanın
mahiyyətini, məqs
əd və vəzifələrini araşdırmağa başlamışlar. Bu sahədə dövrün müa
sir tələblərinə cavab verən kitablar və onlarla məqalələr yazıb çap
etdirmişlər. Onlardan Yaşar Qarayevin «Milli «mən», şüur və etnik
yaddaş - azərbaycançılıq» məqaləsi təqdirə layiqdir. («Azərbay
can» qəzeti, 14-16 fevral 2002), «Azərbaycanşünaslıq problemləri
nin araşdırılması sahəsində əməkdar elm xadimi, Azərbaycan
MEA-nın müxbir-üzvü, filologiya elmləri doktoru, professor Niza
mi Cəfərovun fəaliyyətini xüsusi i'ə qeyd etmək olar. Bu sahədə
onun, “Azərbaycanşünaslığa giriş” (2002), «Azərbaycanşünaslığın
əsasları» (Bakı, 2005), «Tarixiliyin müasirliyi... və Müasirliyin
tarixiliyi...» (Bakı, 2011) adlı kitablarının elmi-nəzəri və təcrübi
27