N. C əfərov, M. Ç obanov, Q. P a şa yeva
müstəqillik, suverenlik, azadlıq əldə etməsi və özünün Dövlətini
yaratması və dövlətçilik ənənələrini bərpa etməsi ilə eyni zamanda
təşəkkül etmişdir.
«Azərbaycanşünaslığın
əsaslan»
fənninin
məqsəd
və
vəzifələri, hər şeydən əvvəl, Azərbaycan xalqının mədəni-mənəvi,
sosial-ideoloji mənafeyinə xidmət etməyə və gəncliyimizin
azərbaycançılıq ruhunda tərbiyə edilməsinə yönəldilməlidir.
Bu fənnin ali məktəblərdə tədris olunmasının başlıca məqsədi
gələcək ziyalılanmızın Azərbaycan xalqının Ana dili və tarixi,
Tarixi Vətəni-əraziləri və onun sonrakı taleyi, Azərbaycanın
keçmişi və bu günü, Ana dilimizin təşəkkülü və inkişaf tarixi,
qədim
və zəngin tariximiz,
ədəbiyyatımız,
incəsənətimiz,
milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz və s. haqqında istər
ölkə
daxilində, istərsə də xaricdə yaşayan soydaşlarımıza ümumi və
yığcam
məlumat
verməklə
bilik
və
bacarığını,
ümumi
dünyagörüşünü və Azərbaycançılıq ideallarını artırmağa və
təkmilləşdirməyə xidmət edir.
1. «Azərbaycanşünaslığın əsaslan» fənninin əsas məqsədi və
vəzifələri, ilk növbədə, təxminən 160 ilə yaxın «xalqlar həbsxa
nası» adlanan Çar Rusiyasının və sonralar onun varisi kimi çıxış
edən Rusiya Federasiyasının və onun yaratdığı sabiq SSRİ imperi
yasının əsarəti altında xalqımıza məcburən qəbul etdirilən kölə, mü
ti xarakterinin ləğv edilməsi sahəsində mütəşəkkil əxlaqi-tərbiyəvi
işlərin fasiləsiz olaraq aparılmasını təşkil etmək.
2. Hələlik, xalqımızın yaşlı nəslinin yaddaşında qalmaqda
olan keçmiş əxlaqi-tərbiyəvi ənənələrə qarşı mübarizə apararkən,
hər şeydən əvvəl, tarixi faktlara əsaslanmalı; keçmişdə Ana dili
mizin rəsmi sahədə tətbiqi işinin məhdudlaşdırılması..., xalqımıza
qarşı fasiləsiz olaraq repressiyaların tətbiq edilməsi-xalqımızın
2 0
A zərb a yca ıışü n a slığ m ə sa sla n
avanqard dəstəsi olan ziyalıların, ictimai-siyasi vəzifələrdə çalı
şanların məhv edilməsi...;
3. Ana dilimizin inkişafına qarşı «Böyük Çin səddi»
çəkilməsi, ona rəsmi dövlət statusu verilməməsi, Sovet imperiyası
dövründə
tarixən
istifadə
etdiyimiz
əlifbanın
tez-tez
dəyişdirilməsinin “üstüörtülü”
məqsədinin şərh edilməsi;
4. Xalqımızın gənc vətənpərvər oğullarının hərbi məktəblərdə
təhsil almalarına imkan verilməməsi və onun səbəblərinin şərh
edilməsi;
5. Sovet dövründə istedadlı gənc vətəndaşlarımızın elmin
müxtəlif sahələri üzrə aspiranturada təhsil və elmi dərəcə almasının
qarşısını almaq məqsədilə dissertasiya işlərinin milli dillərdə
yazılmasının qarşısını almaq məqsədilə dissertasiya işlərinin yalnız
rus dilində yazılması üçün qərar verilməsi və bu qərarın xalqımızın
elmə gəlmək istəyən oğul və qızları üçün acı nəticələrinin geniş
şərh edilməsi;
6. Ölkə iqtisadiyyatının 90%-dən çoxunun Ümumittifaq
fonduna tabe etdirilməsi və həmin Fonddan respublika hökumətinin
istifadə hüquqlarının olmaması faktlarının gənclərimizə ətraflı şərh
edilməsi;
7. Təhsil sistemində Ana dilinin tədrisinin məhdudlaşdırılma
sı, V-V1I1 siniflərdə «Ana dili»nin tədrisinə həflədə 2 saat, rus dili
nin - «İkinci Ana dili»nin tədrisinə isə f-XI siniflərdə həftədə 6 saat
dərs yükü verilməsi isə yalnız ruslaşdırma məqsədinə xidmət etmə
sini ətraflı şərh etmək;
8. Təhsil müəssisələrində «Azərbaycan tarixi» əvəzinə IV-XI
siniflərdə «SSRİ tarixi» adı ilə Rusiya tarixinin müstəmləkəçilik,
istismarçılıq faktlarının müsbət mənada saxtalaşdırılmış halda öyrə
dilməsi;
21
/V.
C əfərov, M. Ç oban ov, Q. P a şa y e v a
9. 28 may 1918-ci il - 28 aprel 1920-ci illərdə Azərbaycanda
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi fəaliyyəti
nin xalqımızdan danılması, gizlədilməsi, xalqımıza və hərbçilərimi
zə qarşı törədilən milli soyqırımının və onun nəticələrinin ətraflı
şərh edilməsi;
10.
Tarixi Azərbaycanın 500 min kv. km ərazisinə qarşı «xalq
lar həbsxanası» olan Çar Rusiyası və İran şahlığı tərəfindən soyqı
rımı törədilməsi və 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə
görə, Azərbaycan ərazisinin şimal və cənub olmaqla iki yerə bölün
məsinin şərh edilməsi;
11.1828-ci il Türkmənçay müqaviləsindən sonra 144 min
kv.km əraziyə malik olan Şimali Azərbaycan ərazisinin əvvəlcə
«xalqlar həbsxanası» adlanan Çar Rusiyası və sonra onun varisi
kimi çıxış edən bədnam SSRİ imperiyası tərəfindən soyqırımına
məruz qalması və onun acı nəticələrinin ətraflı şərh olunması.
12.1918-ci ilin 28 Mayında 114 min kv. km ərazidə «Azərbay
can Xalq Cümhuriyyəti»nin yaranması, onun inkişafı və müxtəlif
sahələrdə apardığı islahatlar və onun nəticələri, Millətlər Cəmiyyəti
tərəfindən tanınması, 28 aprel 1920-ci ildə Rusiya Federasiyası
tərəfindən Azərbaycanın yenidən-ikinci dəfə işğal edilməsi, Şimali
Azərbaycan torpaqlarının yenidən soyqırımına məruz qalması və
yenidən parçalanması, Qərbi Azərbaycan torpaqlarının, bütövlükdə,
ermənilərə verilməsi və Azərbaycan ərazisində 29 min kv.km
ərazisi olan Ermənistan dövlətinin yaradılması;
13.
Azərbaycanın tarixi ərazilərinin bir hissəsinin (Borçalı
bölgəsinin) Gürcüstana verilməsi, digər hissəsinin (sabiq Dərbənd
xanlığının) Rusiya Federasiyasına qatılması məsələlərinin ətraflı
şərh olunması;
22
A zərb a yca n şü n a slığ ın əsasları
14. Sabiq SSRİ imperiyasının (əslində, Rusiya Federasiyası
nın) qərarı ilə 1988-1989-cu illərdə Qərbi Azərbaycandan (indiki
Ermənistandan) köklü-yerli azərbaycanlıların tarixi dədə-baba
torpaqlarından, yurd-yuvalarından çıxarılınası;
15. 70 il Dünyaya meydan oxuyan sabiq SSRİ imperiyasının
timsalında Rusiya Federasiyasının 19-20 yanvar 1990-cı ildə Azər
baycanda milli azadlıq hərəkatına qarşı kütləvi qırğın törətməsi; bu
günahsız insanlar arasında gənclər, qadınlar və kiçik yaşlı uşaqların
da
gülləboran edilməsi;
16. Sabiq SSRİ imperiyası (əslində, Rusiya Federasiyası) tərə
findən Güney Qafqazda Azərbaycan-Gürcü, Azərbaycan-erməni
xalqları arasında milli ədavət toxumunu səpməsi və onun acı nəticə
ləri;
17. Rusiya Federasiyasının təhriki və yardımı ilə Ermənistan
qoşunlarının (əslində, rus ordusunun yaxından köməyi ilə) Azər
baycanın BMT və Dünyanın digər ölkələri tərəfindən tanınmış sər
hədini pozması və Azərbaycanın tarixi ərazisini - Dağlıq Qarabağı
və onun ətrafındakı 7 rayonu işğal etməsi. Azərbaycan ərazisinin
işğaldan azad edilməsi ilə əlaqədar BMT-nın Təhlükəsizlik Şurası
nın 822, 853, 874, 884 saylı qətnamələrinin indi də yerinə yetiril-
məməsi və Dünya Birliyinin bu məsələdə biganəlik göstərməsi
ətraflı şərh olunmalı.
Nəhayət, yuxanda qeyd olunanlardan başqa digər problemlər
də «Azərbaycanşünaslığın əsaslan» fənninin əsas məqsəd və vəzi
fələrini təşkil edir ki, məhz bu fənnin ali məktəblərdə geniş miqyaslı
tədrisi azərbaycançılıq tərbiyəsinin məqsədinə tam mənası ilə nail
olmağa imkan verə bilər...
23