Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
60
dən istifadə etməklə ictimai, ya da qanuni hakimiy-
yət adı altında öz siyasətinin və ya cinayəti törədə
biləcək digər şəxsdən istifadə etməklə bu siyasətin
həyata keçirilməsi başa düşülür. Belə siyasət və ya
hərəkət totalitar hökuməti idarə edən bir neçə fərd,
kiçik qruplar və ya kollektiv qruplar tərəfindən hə-
yata keçirilə bilər.
Dövlət subyektləri üçün“dövlət siyasəti və fəaliyyəti”
elementinin xarak te ristikası və qeyri-dövlət subyektinin “si-
yasəti” aşağıdakılardır
1
:
• dövlət siyasəti və ya dövlət fəaliyyəti cəmiyyət daxi-
lində ayrı-ayrı qrupların təqib olunması və ayrı-seçki-
lik hallarının baş verməsi;
• dövlətin daxili hüququna görə cinayət hesab olunan
əməllərin sonradan dövlətin öz siyasətinin tərkib his-
səsinə çevrilməsi;
• spesifik cinayətlərin dövlət orqanında çalışan vəzifəli
şəxslər və ya fəaliy yətdə olan dövlət agentlərinin rəs-
mi fəaliyyəti çərçivəsində qəsdən törədilməsi;
• qırğının genişmiqyaslı və sistematik formada həyata
keçirilməsi
Göstərilənlərə əsasən:
• əməl insanlıq əleyhinə cinayətin tərkibini yaratmaqla
dövlət fəaliyyəti və ya siyasətinin olmasını tələb et-
məli;
• dövlət fəaliy yəti və ya siyasətinin hansı səviyyədə hə-
yata keçirilmə planı müəyyənləşməli;
• əməlin törədilməsini planlaşdıran iştirakçıların dairəsi
və dərəcəsi müəyyənləşməli və ən nəhayət, bu siyasə-
1
Bassиounи M. Cherиf. Crиmes agaиnst Humanиty - Dordrecht/Boston/
London: Martиnus Nиjhoff Publиshers, 1992
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
61
tin həyata keçirilməsində müəyyən şəxslərdən və döv-
lət resurslarından istifadə olun malıdır.
Dövlət fəaliyyəti və ya siyasəti dövlət başçısının qəra-
rı ilə müəyyənləşir. Təbii ki, bunun icrası ilə məşğul olan
şəxslər dövlət orqanında çalışan vəzifəli şəxs lərdir ki, on-
lar da cinayətin törədilməsində dövlət təsisat və resursların-
dan ma neə siz istifadə edə bilərlər. Yəni bir növ bu şəxslər
qeyri-qanuni vasitələrə əl ataraq öz cinayətkar əməllərinin
pərdələnməsi üçün lazımi tədbirlər görmək imkanına malik
olan şəxslərdir.
İnsanlıq əleyhinə cinayətlər törədən və törədilməsinə
şə rait yaradan belə şəxslərin məsuliyyətə cəlb olunması
pri oritet məsələlərdən biridir. Bu cinayətə görə şüb həli bi-
linən şəxs hər hansı ölkənin ərazisində olarsa, şəxs həmin
ölkə tərəfindən qeyd-şərtsiz mühakimə olunmalıdır. Daha
doğrusu, insanlıq əleyhinə cinayətlərə görə şübhəli bilinən
şəxs hər hansı dövlətin ərazisində aşkar olunarsa həmin
dövlət istintaq aparmalı və əsaslı sübutlar əldə olunduğu
təqdirdə o, həbs edilməli, yaxud ekstradisiya olunmalı və
ya cəzalandırıl malıdır. Dövlət bu prosesi yerinə yetirmədi-
yi halda beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliyi
pozmuş olur.
İnsanlıq əleyhinə cinayətlərə görə şübhəli bilinən şəxs-
lərin mühakimə və ekstra disiyası ilə bağlı dövlətlərin öhdə-
likləri aşağıdakılardır
1
:
• insanlıq əleyhinə cinayətlərin qarşısını almaq üçün-
dövlətlər bir-birilə qarşılıqlı və çoxtərəfli əsasda
əməkdaşlıq etməli və bu məqsədlə həm daxildə, həm
də beynəlxalq səviyyədə lazımi tədbirlər həyata keçir-
məlidirlər;
1
Bassiouni M.Cherif. Crimes against Humanity: Historical Evolution and
Contemporary Application, Oct 30, 2014