Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
84
dən Tərəfin ərazisinin bir qismi üzərində nəzarəti həyata ke-
çirən müxalifət qüvvələri və ya digər silahlanmış mütəşəkkil
dəstələr arasında baş verən bütün silahlı münaqişələrə tətbiq
olunmalıdır. Bu Protokol silahlı münaqişə olmadığına görə
iğtişaşlara, ayrıca götürülmüş və təsadüfi zorakılıq əməlləri
və buna oxşar digər aktlar kimi ölkədaxili iğtişaş və gərgin-
lik vəziyyətlərinə tətbiq edilməməlidir”.
Göründüyü kmi, beynəlxalq ictimaiyyət istər beynəlxalq,
istərsə də daxili silahlı münaqişələrə, hər hansı iğtişaşlara,
baş verən müharibələrə yanaşmada ədalətliliyin tərəfdarıdır.
Məhz elə, “ədalətli müharibə” anlayışı da beynəlxalq ictima-
iyyətdən doğan bir sifarişdir. Təəssüf ki, ədalətli müharibə
adətən, zəif tərəfə, yəni müdafiə vəziyyətində olanlara aid
olur. Bir növ bu, özünümüdafiə xarakteri daşıyır. Müharibə
cinayətlərinə gəldikdə isə bu cinayətləri hər iki tərəf (təca-
vüz edən və müdafiə olunan tərəf) törədə bilər. Yəni söhbət
dinc mülki əhalinin, tarixi mədəniyyət abidələrinin və s. hər-
bi hədəf olmamasından gedir və bunu da tərəflər aydın dərk
etməlidilər. Onların hərbi hədəfə çevrilməsi birbaşa mühari-
bə cinayətlərinin tərkibini yaradır. Müharibə cinayətlərinin
baş verməsi BHH normalarının pozulmasına və beynəlxalq
cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Müharibə
cinayətlərinin tərkibini yaradan əməllər BCM-nin Statutun-
da konkret göstərilmişdir. Qeyri-beynəlxalq xarakterli silahlı
münaqişələr zamanı törədilmiş müharibə cinayətləri də Məh-
kəmənin yurisdiksiyasına aid edilmişdir. Məhkəmənin Sta-
tutu YBCT-nin Nizam na mə sini və hökmlərini əsas tutaraq
həm beynəlxalq xarakterli, həm də qeyri-beynəlxalq xarak-
terli silahlı münaqişələr zamanı törədilmiş əməlləri mühari-
bə cinayətləri hesab edir. Dörd kateqoriyaya malik olan mü-
haribə cinayətlərinin iki kateqoriyası beynəlxalq silahlı mü-
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
85
na qişələr zamanı törədilən cinayətlər, digər iki kateqoriyası
isə qeyri-beynəlxalq si lah lı münaqişələr zamanı törədilən
cinayət lərdir. Qeyri-beynəlxalq silahlı mü na qi şələr zamanı
törədilən əməllərin də müharibə cinayəti kimi nəzərdə tutul-
ması hü quqda irəliləyiş kimi qiymətləndi ril məlidir. Sta tutda
müharibə cinayəti kimi nə zərdə tutulmuş əməllər, əsasən,
Cenevrə Konven siya ları və onlara Əlavə Pro tokollarda ciddi
pozuntular kimi ifadəsini tapmış əməllərdir. Eyni zamanda,
BHH-da ciddi pozuntu hesab edilməmiş əməl lər də mühari-
bə cinayətləri kimi gös tə rilmişdir
1
. Məsələn, uşaq ların silah-
lı qüv vələrə cəlb edilməsi, işğalçı dövlətin işğal etdiyi əra-
zilərdə öz vətəndaşlarını yer ləşdirməsi, işğal edilmiş ərazidə
yaşayan əhalinin həmin ərazidən deportasiya edilməsi bey-
nəlxalq hüquqi sənədlərdə müharibə cinayətləri kimi göstə-
rilmişdir.
Müharibə cinayətlərinin ictimai təhlükəliliyi hərbi mü-
naqişələrdə və hərbi əməliyyatlarda iştirak etməsi müqabi-
lin də maddi mükafat əldə etməyi özünə peşə seçən qey-
ri-müəyyən sayda insanların meydana çıxması həmin şəxs-
lərin iştirakı nəticəsində nəinki münaqişədə olan tərəflərin
hərbi qüv və lərin dən, o cümlədən dinc əhalidən xeyli adamın
məhv edilməsi ilə xarak terizə olunur.
Hərbi əməliyyatlar münaqişə tərəflərinin silahlı qüv-
vələri arasında aparıl dı ğın dan beynəlxalq hüquq normaları-
na müvafiq olaraq mülki şəxslər heç bir zorakılığa məruz
qalmamalıdır. Mülki əhaliyə qarşı edilən zorakılıq əməlləri
qələbə çalmaq üçün məqbul metod sayıla bilməz. Mülki əha-
li döyüşlərdə iştirak etməyə cəlb edilməməli, bütün hallarda
ona hörmət göstəril mə lidir. Mülki əhalinin təhlükəsizliyi
1
The 1949 Geneva Conventions: A Commentary (Oxford Commentaries on
International Law) 1st Edition
by Andrew Clapham
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
86
və ya əsaslı hərbi mülahizələr tələb etdikdə, işğalçı dövlət
müəyyən ərazidən tamamilə və ya qismən təxliyəni həyata
keçirə bilər. Belə təxliyələr za manı himayədə olan şəxslər
yalnız işğal edilmiş ərazinin içərilərinə köçürülə bilər, lakin
bu, əməli cəhətdən mümkün olmadığı halda istisna təşkil
edir. Bu qaydada təxliyə edilmiş şəxslər həmin ərazidə döyüş
əməliyyatları başa çatan kimi öz yerlərinə qaytarılmalıdır.
Göstərilənlərlə yanaşı, müharibə cina yəti kimi qəbul
olun muş kimyəvi, bakterioloji, nüvə silahlarının tətbiqinin,
yaxud hər bi əsirlərin və mülki şəxslərin repatriasi yasının
əsassız gecik dirilməsinin, mülki əhali və mülki obyektlərə
ziyan yetirən qeyri-seçim xarakterli hücum Statutda mü-
haribə cinayəti kimi öz əksini tapmamışdır. Statutun 8-ci
maddəsinin tələblərinə görə aşağıda göstərilən əməllərdən
(müharibə cinayətlərindən) hər hansı biri geniş miqyasda və
dövlət siyasəti formasında törədildikdə Məhkəmənin yuris-
diksiyasına aid olur:
a) 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının cid-
di şə kil də pozulması, o cümlədən Cenevrə Konvensiyala-
rının müd dəa larına uyğun olaraq mühafizə olunan şəxs-
lərə və əmlaka qarşı aşağıdakı hərəkətlərdən biri:
1. qəsdən adamöldürmə
Bu əmələ görə cinayətkarın 1949-cu il Cenevrə Kon-
vensiyalarına və BHH normalarına müvafiq olaraq mühafizə
olunmalı olan bir və ya daha çox şəxsi öldürməsi nəzərdə
tutulur. Cinayətkar həmin şəxslərin mühafizə olunması şə-
raitindən və silahlı münaqişənin mövcudluğunu təsdiq edən
faktiki şəraitdən xəbərdar olur və əməl silahlı münaqişə kon-
tekstində baş verir;
2. bioloji eksperimentlər də daxil olmaqla işgəncə və ya
qeyri-insani rəftar
Dostları ilə paylaş: |