Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
87
Cinayətkar 1949-cu il Cenevrə Konvensiyalarına və
BHH normalarına müvafiq olaraq mühafizə olunmalı olan
bir və ya daha artıq şəxsə ağır fiziki və ya əqli əzablar verir,
yaxud xəsarətlər yetirir, belə əzab və ya xəsarətlər: hər hansı
məlumat və ya etiraf əldə etmək, cəzalandırmaq, qorxutmaq
və ya məcbur etmək məqsədilə, yaxud ayrı-seçkiliyin hər
hansı növünə əsaslanan səbəbə görə yetirilir. Eyni zaman-
da cinayətkar bir və ya daha çox şəxs üzərində xüsusi bio-
loji təcrübə aparır. Bu təcrübə insanların fiziki və ya psixi
sağlamlıq durumunu ciddi surətdə təhlükə qarşısında qoyur.
Təcrübənin məqsədi terapevtik xarakterli deyil və təcrübə
nə tibbi müalicə üsullarını əks etdirir, nə də belə şəxs və ya
şəxslərin maraqları çərçivəsində həyata keçirilir. Cinayətkar
törətdiyi əməlin insan üçün təhlükəli olduğunu və cinayət
olduğunu dərk edir və bunu bilərəkdən edir. Cinayətkar bu
əməllərin silahlı münaqişə şəraitində törədildiyindən və ci-
nayətin qurbanı olan şəxslərin Cenevrə Konvensiyalarına
müvafiq olaraq müdafiəsindən xəbərdar olur.
3.
qəsdən güclü iztirablar, ağır bədən xəsarətləri, yaxud
sağlamlığa ziyan yetirmə
Cinayətkar silahlı münaqişə zamanı Cenevrə Konvensi-
yaları ilə müdafiə olunan bir və ya daha artıq şəxsə bilərək-
dən ağır fiziki və ya əqli əzablar verir, xəsarətlər yetirir,
yaxud bədəninə və ya sağlamlığına ciddi zərər vurur. O, bu-
nun silahlı münaqişə şəraitində baş verdiyini aydın dərk edir
və törətdiyi əməlin cinayət olduğunu bilir.
4.
hərbi zərurətlə əlaqədar olmayan əmlakın qeyri-qa-
nuni, mənasız və genişmiqyaslı məhvi və mənimsənilməsi
Bu əmələ görə cinayətkar, silahlı münaqişə şəraitində və-
təndaşlara məxsus mülkiyyəti dağıdır və ya mənimsəyir. Əməl
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
88
hərbi zərurət olmadan geniş miqyasda həyata keçirilir. Ci-
nyətkar bunun Cenevrə Konvensiyalarına zidd olduğunu və ci-
nayət olduğunu bilir və hətta bunu həyata keçirməyi arzu edir.
5.
Hərbi əsir, yaxud digər mühafizə olunan şəxsi, düş-
mən dövlətin silahlı qüvvələrində xidmətə məcbur etmə
Cinayətkar bir və ya daha artıq şəxsi həmin şəxsin öz
ölkəsinə və ya silahlı qüvələrinə qarşı aparılan hərbi əməliy-
yatlarda iştirak etməyə və ya hər hansı digər şəkildə düşmən
tərəfin silahlı qüvvələrində xidmət keçməyə zorla məcbur
edir. Cinayətkar bu əməlin də BHH normalarına zidd oldu-
ğunu və cinayət olduğunu bilir və öz məsuliyyətini dərk edir.
6.
Hərbi əsir, yaxud digər mühafizə olunan şəxsi
ədalətli və normal mühakimə icraatı hüququndan qəsdən
məhrumetmə
Cinayətkar xüsusilə 1949-cu ildə qəbul olunmuş Üçün-
cü və Dördüncü Cenevrə Konvensiyalarında müəyyən edilən
məhkəmə zəmanətini rədd edərək bir və ya daha artıq şəxsi
mütəmadi fəaliyyət göstərən ədalət məhkəməsindən məh-
rum edir. Cinayətkar həmin şəxslərin Cenevrə Konvensiya-
ları ilə mühafizə olunduğunu və ya onların mühafizə olun-
malı olduğunu aydın dərk edir və cinayəti törədir.
7.
qeyri-qanuni deportasiya, yerdəyişmə, yaxud azadlıq-
dan məhrumetmə
Cinayətkar BHH normaları və Cenevrə Konvensiyaları
ilə mühafizə olunan bir və ya daha artıq şəxsi digər əraziyə
və ya dövlətə deportasiya edir və ya məcburi köçürür. Ci-
nayətkar törətdiyi əməlin silahlı münaqişələrlə bağlı olduğu-
nu və bunun cinayət olduğunu dərk edir və hətta bunu həyata
keçirməyi arzu edir.
8.
girovgötürmə
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
89
Cinayətkar bir və ya daha artıq şəxsi müəyyən ərazidə
girov saxlayır və ya saxlamaqda davam edir. Cinayətkar
belə şəxs və ya şəxsləri öldürməklə, xəsarət yetirməklə və ya
saxlamaqla təhdid edir. Bununla yanaşı, cinayətkar dövləti,
beynəlxalq təşkilatı, fiziki və ya hüquqi şəxsi və ya şəxslər
qrupunu belə şəxs və ya şəxslərin təhlükəsizliyi və ya azad-
lığa çıxmaları üçün aşkar və ya gizli şəraitdə addım atmaq-
dan çəkindirmək niyyətində olur. Belə şəxs və ya şəxslərin
1949-cu il Cenevrə Konvensiyaları ilə mühafizə olunduğunu
cinayətkar aydın dərk edir, silahlı münaqişə şəraitində törət-
diyi bu əməlin cinayət olduğundan xəbərdar olur.
b) Beynəlxalq hüquq çərçivəsində təsbit edilmiş,
beynəlxalq silahlı mü naqişələrdə tətbiq edilən qanun və
adətlərin digər ciddi pozuntuları, o cümlədən aşağıdakı
hərəkətlərdən hər hansı biri:
9.
Mülki əhaliyə və yaxud, bilavasitə hərbi əməlıyyat-
larda iştirak etməyən ayrı-ayrı şəxslərə qəsdən hücum etmə
Cinayətkar hücuma rəhbərlik edir. Hücumun hədəfi dö-
yüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki əhali
və ya fərdi mülki şəxslər olurlar. Cinayətkar hücumun hədə-
fi olaraq döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən
mülki əhali və ya fərdi mülki şəxsləri seçir. Bu əməl silahlı
münaqişə kontekstində baş verir və cinayətkar silahlı mü-
naqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən xəbər-
dar olur.
10.
Mülki obyektlərə, yəni hərbi məqsədlər daşımayan
obyektlərə qəsdən hü cum etmə
Cinayətkar hücuma rəhbərlik edir. Hücumun hədəfi
hərbi məqsədlər üçün istifadə olunmayan obyektlər, yəni
mülki obyektlər olur. Cinayətkar hücumun hədəfi olaraq