Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
75
nız Müharibə qurbanla rının müdafiəsi haqqında 1949-cu il
Cenevrə Konvensiyalarında təsbit olunmuş əməlləri əhatə
etməsi haqqında fikirlər söylənilir. Lakin həmin əməllər
mü haribə cinayətlərinin yalnız bir hissəsini, ən təhlükəli və
ciddi əməl ləri əhatə edir. Beynəlxalq normativ və presedent
təc rübəsində də vahid termindən istifadə olunmur. Məsələn,
Nürn berq Tribunalı Nizamnaməsinin 6-cı mad də sin də “mü-
haribə qanun və adət ləri nin pozuntuları” ifadəsi işlədil miş-
dir. Bu pozuntulara aşağıdakı əməllər aid edil mişdir:
• işğal olunmuş ərazinin mülki əhalisinin öldürülmə-
si, əzab verilməsi, köləliyə və ya digər məqsədlər
üçün aparılması;
• hərbi əsirlərin və ya dənizdə olan şəxslərin öldürül-
məsi və ya əzab verilməsi;
• girovgötürmə;
• ictimai və xüsusi
mülkiyyətin qarət edilməsi;
• şəhər və kəndlərin mənasız dağıdılması;
• hərbi zərurət olmadan talançılıq və digər cinayətlər
Göstərilən əməllər, hərbi zərurətlə əlaqədar olmadığı və
mühari bənin birbaşa iştirakçısı olmayan şəxslər zorakılığa
və işgəncələrə məruz qaldığı üçün müharibə cinayətləri kimi
tövsif olunur.
Nürnberq Tribunalı Nizam naməsindən başqa müha-
ribə cinayətləri ilə bağlı normalar Sülh və Bəşəriyyətin
təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsi layihəsində,
YBCT Nizamna məsində və BCM-nin Statutunda öz ək-
sini tapmışdır.
YBCT Nizamnaməsində müharibə cinayətləri ilə bağ-
lı iki müxtəlif maddə ehtiva olunmuşdur (maddə 2-3). 2-ci
maddədə 1949-cu il Cenevrə Konvensiya la rı nın ciddi po-
zuntuları, 3-cü maddədə isə “müharibə adət və qa nun larının
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
76
pozuntuları” adı altında konkret əməllər sada lan mışdır. Bu
fərqləndirmə BHH-nun iki hissəsi – silahlı münaqişə zamanı
insan hüquq la rının müdafiəsi (“Cenevrə hüququ”) və müha-
ribə aparıl ma sının metod və va sitələrinin məhdudlaşdırılma-
sı (“Haaqa hüququ”) bölgüsü ilə bağ lıdır.
Dinc vətəndaşların zorlanması formal olaraq 4-cü Ce-
nevrə Konvensiyasının 27-ci maddəsinə görə qeyri-qanu-
nidir, lakin 147-ci maddədə öz əksini tapan “ciddi hüquq
pozuntuları” tənzim ləməsində bununla bağlı boşluq vardır.
1971-ci ildə Pakistan əsgərlərinin 200. 000 banqladeşli qa-
dını sistematik olaraq cinsi təcavüzə məruz qoyması bütün-
lüklə cəzasız qaldı
1
. Həm bu əməllər, həm də Haitidə Sedra-
sın hakimiyyəti dövründə analoji aktların böyük əksəriyyəti
hərbçilər tərəfindən törədilsə də, BMT vasitəçiləri tərəfindən
onlar artıq 1995-ci ildə əfv edildi. Tribunal bu işə yenidən
baxaraq onu müharibə cinayəti, eləcə də geniş miqyasda
törədildiyinə və əvvəlcədən planlaşdırılmış taktiki hədəfi
olduğuna görə insanlıq əleyhinə cinayət olaraq müəyyən et-
mişdir. Bir neçə serb batalyonunun əməllərində, müsəl man
qadınlarının qrup şəklində və xalqın gözü qarşısında zor-
lanması, yerli əhalini vahiməyə salmaq və ruh düşkünlüyü
yaratmaq, həmçinin körpə “Çetniklər”in (Serbiya Çetnik-
ləri serb lərin milli partizan hərəkatıdır) dünyaya gəlməsilə
qorxut maq məqsədi daşıyırdı. Fokada “zorlama düşərgə-
si”ndəki mü səl man qadın əsirlərin zorakılığa məruz qoyul-
masında iştirakı olmuş və qeyri-insani əməllərə göz yuman
serb polisinin barəsində iddia qaldırmaqla Tribunal ilk dəfə
müharibə cinayətləri ilə bağlı işə baxırdı.
Tribunalın çıxardığı bəzi qərarlarda müəmmalı qalan
məsələlər dən biri, ayrı-ayrı qadınların zorakılığa məruz
1
Robertson G. Crimes against Humanity: the Struggle for Global Justice. New
York, New Press, 2006