Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
63
cinayətlər üzrə universal yurisdiksiya beynəlxalq hüququn
tərkib hissəsidir. YBCT-nin Yuxarı Palatası qeyd etmişdir ki,
beynəlxalq adət hüqu quna görə, hər hansı bir dövlət insan-
lıq əleyhinə cinayət üzrə universal yuris diksiya həyata ke-
çirə bilər. Təbii ki, bu, dövlətlər tərəfindən təqdirəlayiq hal
kimi qiymətləndirilmiş və onlar tərəfindən universal yuris-
diksiya prinsipi qəbul olun muşdur. Məntiqi baxımdan belə
bir qənaətə gəlmək olar ki, universal yuris dik siya prinsipi,
əsasən, bey nəl xalq sülhə və təhlükəsizliyə qəsd edən bey-
nəlxalq cinayətlərə şa mil olunduğundan dövlətlər hər zaman
beynəlxalq sabitliyin qo run ması naminə buna dəstək vermə-
lidirlər.
Maraq doğuran məsələlərdən biri, insanlıq əleyhinə ci-
nayətlərə görə müddətin keçməsi və məsuliyyət məsələlə-
rinin müəyyən olunmasıdır. Məlumdur ki, bütün ölkələrin
ci nayət qanunvericiliyinə görə cinayətin törədildiyi gündən
he sab lanan müddət keçmişdirsə, onu törətmiş şəxs cinayət
məsuliy yətinə cəlb edilə bilməz. İttiham hökmü də müəy-
yən müddətə icra edilməmişsə icrası dayandırılır. Müasir
beynəlxalq hüquq norması isə bunun əksi olan bir prinsiplə
çıxış edir. Belə ki, insanlıq əleyhinə cinayətlər və müharibə
cinayətlərinə onların törədildiyi vaxtdan asılı olmayaraq heç
bir müddətin keçməsi tətbiq edilmir. II Dünya müharibəsin-
dən sonra bir sıra dövlətlər tərəfindən adi norma kimi tət-
biq edilmiş bu norma, sülh əleyhinə cinayətlərə və insanlıq
əleyhinə cinayətlərə müddətin keçməsinin şamil edilməməsi
haqqında 1968-ci il tarixli Konvensiya ilə müqavilə qayda-
sında müəyyənləşdiril mişdir
1
. Göründüyü kimi, dövlətlər
müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri bey-
1
Права человека. Сборник международных договоров. Том 1 (часть
вторая), Универсальные договоры, ООН, Нъю-Йорк и Женева, 2002