Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
69
nəlxalq birliyin maraq və mənafelərinə qəsd edir və
beynəlxalq məsuliyyət yaradır.
Tadiç işi ilə əlaqədar Tribunalın apardığı araşdırmalar-
dan bir daha məlum oldu ki, insanlıq əleyhinə cinayətlərin
tərkibini yaradan əməllər dövlətlərin milli qanunvericili-
yinə görə cinayət sayılıb-sayılmamasından asılı olmayaraq
Tribuna lın yurisdik siyasına aiddir və silahlı münaqişələrlə
hər hansı bağlılığı tələb edir. Tadiçin məsuliyyətə cəlb olun-
ması beynəlxaq cinayət hü qu qu üçün töhfə idi, eyni zaman-
da beynəlxalq cinayət tribunallarının müəyyən nöqsan və
çatışmazlıqlarını aşkara çıxardı.
RBCT Nizamnaməsinin 3-cü maddəsində isə göstərilir
ki, tribunal milli, siyasi, etnik, irqi və ya dini səbəblərə görə
mülki əhaliyə qarşı yönəlmiş genişmiqyaslı və sistematik
hücumun tərkib hissəsi kimi törədilən adam öl dürmə, əha-
lini məhvetmə, kölə vəziyyətinə salma, deportasiya, özba-
şına həbs etmə, işgəncə, zorlama cinayətlərinə görə məsu-
liyyət mə sələlərini həll edir
1
. Göründüyü kimi, RBCT Ni-
zam naməsi YBCT Ni zam na məsindən fərqli olaraq insanlıq
əleyhinə cinayətlərlə silah lı münaqişələr ara sında hər hansı
bağlılığı tələb etmir. YBCT Nizamnaməsində in san lıq əley-
hinə cinayətlərin tərkib elementi kimi onun sis temliliyi və
geniş miq yaslılığı göstərilmir. RBCT Ni zam naməsində isə
əksinə göstərilir.
Bütün bunlara baxmayaraq, insanlıq əleyhinə cinayət-
lərin silahlı münaqişələrlə bağlı olması iddiasını doğru he-
sab etmək olmaz. İnsanlıq əleyhinə cinayətlərin baş verməsi
üçün silahlı münaqişə şəraitinin olması vacib deyil.
1
The practиce of the
İnternatиonal Crиmиnal Trиbunals for the fomer Yugo s lavиa
and Rwanda /Cohn R. W. D. Cones, Transnatиonal Publиshers, Ыnc. Ardsley,
New-York, 2000
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
70
İnsanliq əleyhinə cinayətlərin digər oxşar
beynəlxalq cinayətlərdən fərqli xüsusiyyətləri
İnsanlıq əleyhinə cinayətlər, genosid və müharibə cina-
yətlərini oxşar əlamətlərəinə görə bəzən bir-birindən fərq-
ləndirmək çətin olur. Bu cinayətlər arasında müəyyən qə-
dər oxşarlıq olsa da, onlar tərkib elementlərinə görə fərqli
xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər BCM Statutunun
ayrı-ayrı maddələrində də göstərilmişdir. Genosid cinayəti
(maddə 6), insanlıq əleyhinə cinayətlər (maddə 7), müharibə
cinayətləri (mad də 8).
Əvvəlki fəsildə qeyd olunmuşdu ki, insanlıq əleyhinə ci-
nayətlər həm sülh, həm də müharibə şəraitində törədilə bilər.
İlk növbədə belə bir sual meydana çıxır ki, insanlıq əleyhinə
cinayətlər müharibə şəraitində baş verirsə o zaman müharibə
cinayətlərindən o, hansı cəhətlərinə görə fərqlənir? Məsələn,
işgəncə, deportasiya, köləlik, zorlama həm insanlıq əleyhinə
cinayətdir, həm də müharibə cinayəti. Əgər söhbət düşmən
tərəfin mülki əhaliyə hücumundan gedirsə, bu, BHH norma-
larının pozulması kimi qiymətləndirilir və müharibə cinayət-
lərinin tərkibini yaratmış olur. Bundan başqa, əməlin insan-
lıq əleyhinə cinayətlər kimi tövsif olunması üçün kütləvilik
əlaməti göstərilərsə, təbii ki, yenə də bu, insanlıq əleyhinə
cinayətlər kimi qəbul edilməyəcək, ona görə ki, müharibə
cinayətlərində də kütləvilik əlaməti mövcuddur. Belə olan
təqdirdə, bəs müharibə dövründə baş vermiş əməllər hansı
halda insanlıq əleyhinə cinayətlər kimi tövsif olunur?
Ümumiyyətlə, insanlıq əleyhinə cinayətlərin obyektiv
cəhəti olduqca genişdir və buraya müxtəlif xarakterli əməl-
lər daxildir. Sülh və Bəşəriyyətin təh lükəsizliyi əleyhinə ci-
nayətlər məcəlləsi layihəsinin 20-ci maddəsinə görə, törə-
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
71
dilən cinayət əməlinin insanlıq əleyhinə cinayət kimi nəzər-
dən keçirilməsi üçün onun sistematik və ya genişmiqyaslı
formada törədilməsi zəruridir. Yuxarıda da göstərilmişdi ki,
hər hansı bir əməlin insanlıq əleyhinə cinayət kimi tövsif
olunması üçün əməl:
• sistematik və ya geniş miqyasda törədilməli;
• hökumət və ya istənilən, yaxud qrup tərəfindən həvəs-
ləndirilməli və istiqamətləndirilməlidir.
İnsanlıq əleyhinə cinayətlərdən fərqli olan müharibə
cinayətləri, əsasən, BHH normalarının, eyni zamanda Mü-
haribə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə
Konvensiyaları və həmin Konvensiyalara 1977-ci il tarixli
Əlavə Protokolların ciddi pozuntularıdır. Müharibə cinayət-
ləri beynəlxalq cinayətlərin müstəqil növü olub müharibə
adət və qanunlarının bütün ciddi pozuntularını, ən başlıcası
isə hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin öldü rül-
məsini və ya onlara xəsarət yetirilməsini, mülki əhalinin qul
kimi işlədilməsi, deportasiya olunması, şəhərlərin, kəndlərin
və qəsəbələrin, hərbi zərurət olmadan mənasız dağıdılması
və ya viran qoyulmasını əhatə edir. Bu hərəkətlər həm də
genosid aktlarını əhatə edə bilər, amma, yalnız müharibə
kontekstində
1
. Müharibə cinayətləri ilə insanlıq əley hinə ci-
nayətlər arasında başlıca fərq ondan ibarətdir ki, müharibə
cinayətləri hərbi əməliyyatlar zamanı başqa dövlətin vətən-
daş larına qarşı (yəni düşmən dövlətə qarşı) baş verdiyi hal-
da, in san lıq əleyhinə cinayətlər çox zaman düşmənlərə qarşı
deyil, döv lətin öz vətəndaşlarına və həmin dövlətdə yaşayan
xarici və tən daş lara, başqa millətlərə qarşı törədilir
2
. Deməli,
1
Lemkиn R. Axиs Rule иn Occupиed Europe, Carnegиe Endowment for
İnter-
natиonal Peace. -Washиngton, 1944
2
The practиce of the
İnternatиonal Crиmиnal Trиbunals for the fomer Yugo s-
Dostları ilə paylaş: |