Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
90
hərbi məqsədlər üçün istifadə olunmayan obyektləri, yəni
mülki obyektləri seçir. Eyni zamanda bu cinayət, özündə
müdafiəsiz məkanlara hücumu da ehtiva edir. Cinayət-
kar bir və ya daha artıq şəhərə, kəndə, yaşayış məskəninə
və ya binaya hücum edir. Belə kənd və şəhərlər, yaşayış
məskənləri və ya binalar müqavimətə rast gəlməyən işğal
üçün açıq olur. Belə kənd və şəhərlər, yaşayış məskənləri
və ya binalar hərbi məqsədlər üçün istifadə olunmur. Bu
əməl silahlı münaqişə kontekstində baş verir və cinayət-
kar silahlı münaqişənin mövcudluğunu təmin edən faktiki
şəraitdən xəbərdar olur.
11.
Silahlı münaqişələrə dair beynəlxalq hüquq üzrə
mülki şəxslər və mülki obyektlərin istifadə etdikləri, müda-
fiəyə malik olduqları müddətdə humanitar yardım göstərən,
yaxud BMT Nizamnaməsinə uyğun olaraq, sülhün qorunma-
sı missiyası ilə fəaliy yət göstərən şəxsi heyətə, obyektlərə,
materiallara, bölmələrə, yaxud nəqliyyat vasitələrinə qəs-
dən zərbə endirmə
Cinayətkar hücuma rəhbərlik edir. Hücumun hədəfi
BMT Nizamnaməsinə uyğun olaraq sülhməramlı missiyası
ilə və ya humanitar yardımla bağlı cəlb edilmiş şəxsi heyət
üzvləri, qurğular, materiallar, qoşqular və ya nəqliyyat va-
sitələri olur. Cinayətkar hücumun hədəfi olaraq belə şəxsi
heyət üzvlərini, qurğuları, materialları, qoşquları və ya nəq-
liyyat vasitələrini seçir. Belə şəxsi heyət üzvləri, qurğular,
materiallar, qoşqular və ya nəqliyyat vasitələrinin BHH nor-
maları ilə mühafizə olunduğunu cinayətkar bilir və əməl si-
lahlı münaqişə kontekstində baş verir.
12.
hərbi üstünlük olsa belə silahlı münaqişənin xarak-
terinə uyğun olmayan hücumların edilməsi, bu cür hücumun
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
91
mülki şəxslərin təsadüfi məhvinə, şi kəst olmasına, mülki
obyektlərə ziyan vurulmasına, ətraf mühitə ge niş miqyaslı,
uzunmüddətli və ciddi ziyan vurulmasına səbəb olacağı mə-
lum ol duqda, qəsdən bu cür hücum etmək
Cinayətkar hücum əmri verir və bu hücum mülki
şəxslərin təsadüfi ölümünə və ya xəsarət almasına, mül-
ki obyektlərə zərər yetirilməsinə, yaxud ətraf mühitə ge-
nişmiqyaslı, uzunmüddətli və şiddətli zərər vurulmasına
gətirib çıxara və belə ölüm, xəsarət və ya zərərin əvvəlcə-
dən gözlənilən konkret və birbaşa ümumi hərbi üstünlüklə
bağlı zəruri addımların ifrat dərəcədə atıldığını aydın şə-
kildə göstərə biləcək gücdə həyata keçirir. Cinayətkar bu
hücumun mülki şəxslərin təsadüfi ölümünə və ya xəsarət
almasına, mülki obyektlərə zərər yetirilməsinə, yaxud tə-
bii ətraf mühitə genişmiqyaslı, uzunmüddətli və şiddətli
zərər vurulmasına gətirib çıxara və belə ölüm, xəsarət və
ya zərərin əvvəlcədən gözlənilən konkret və birbaşa ümu-
mi hərbi üstünlüklə bağlı zəruri addımların ifrat dərəcə-
də atıldığını aydın şəkildə göstərə biləcək gücdə həyata
keçirildiyindən xəbərdar olur. Bu əməl silahlı münaqişə
kontekstində baş verir. Eyni zamanda cinayətkar silahlı
münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən
xəbərdar olur.
13.
müdafiəsiz və hərbi məqsədlər daşımayan şəhər,
kənd, yaşayış yerləri və binalara hücum etmək, onları hər
hansı vasitələrlə atəşə tutmaq
Cinayətkar bir və ya daha çox şəxsi qətlə yetirir və ya
yaralayır. Belə şəxs və ya şəxslər döyüşmək iqtidarında ol-
murlar. Cinayətkar həmin şəxslərin Cenevrə Konvensiya-
larına müvafiq olaraq mühafizə olunduğunu bilir və bildiyi
halda da onlara qarşı cinayəti törətməkdən çəkinmir.
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
92
14.
silahı yerə qoymuş, yaxud artıq müdafiə vasitələrinə
malik olmayan, qeyd-şərtsiz təslim olmuş kombatantı
1
öldür-
mək və ya yaralamaq
Bu bəndin mahiyyəti ondan ibarətdir ki, cinayətkar sülh
bayrağından istifadə edir. Cinayətkarın təslim olmaq kimi
niyyəti olmadığı halda danışıqlar aparmaq üçün saxtakarlıq
edir və bu məqsədlə addım atır və hətta belə bir addımı ata-
cağı təqdirdə məsuliyyətini dərk edir. Cinayətkar bu əmə-
linin ölümlə və ya ciddi bədən xəsarəti almaqla nəticələnə
biləcəyini bilir və əməl silahlı münaqişə kontekstində baş
verir. Bütün bunların müqabilində silahı yerə qoymuş, yaxud
artıq müdafiə vasitələrinə malik olmayan, qeyd-şərtsiz təs-
lim olmuş kombatantı öldürür və ya yaralayır.
15.
parlamentar bayraqdan, milli bayraqdan, düşmən
dövlətin, yaxud BMT-nin forma və hərbi fərqlən mə nişan-
larından, habelə Cenevrə Konvensiyaları ilə müəyyən olun-
muş fərqlənmə nişanlarından adamların məhvinə gətirib
çıxaran və ya onların fiziki şikəstliyinə səbəb olan formalar-
dan istifadə etmək
Cinayətkar düşmən tərəfin sülh bayrağından, nişanından
və ya uniformasından, habelə BMT-nin bayrağından, nişa-
nından və ya uniformasından bilərəkdən düzgün istifadə et-
mir. Cinayətkar bunların hər hansı birindən hücumda iştirak
1
Beynəlxalq humanitar
hüquq normalarına görə, yalız kombatantlar döyüş
əməliyyatlarında bilavəsitə iştirak etmək hüququna malikdirlər və onlara
qarşı silah işlədilməsi mümkün sayılır. silahlı qüvvələrin tərkibinə daxil olan
şəxslər (tibbi və ruhani heyətdən başqa); ordunun müşayiət edən, lakin silahlı
qüvvələrin tərkibinə bilavəsitə daxi olmayan şəxslər; hərbi təyyarələrin
ekipajına daxil edilmiş mülki şəxslər, hərbi müxbirlər, silahlı qüvvələrin məişət
xidməti ilə məşğul olan və bununla bağlı müvafiq icazəsi və sənədi olan şəxsi
heyət; yığma qoşun, partizan və müqavimət dəstələrinin üzvləri olan şəxslər,
bu şərtlə ki, 1) onların başında, tabeliyində olanlara görə müsuliyyət daşıyan
bir şəxs durur; 2) uzaqdan aydın seçilən müəyyən fərqləndirmə nişanları olur;
3) açıq surətdə silah gəzdirirlər; 4) öz hərəkətlərində müharibənin qanun və
ədalətlərinə riayət edirlər.