Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə93/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
304
da iş üzrə ilkin icraatda iştirak etmiş hakimin eyni iş üzrə 
Məhkəmə palatasında dinləmələrdə iştirak etmək hüququna 
malik olmaması şərti ilə, bu maddədə heç bir şey Məhkəmə 
şöbəsinin  hakiminin  ilkin  icraat  şöbəsinə  və  əksinə  təyin 
olunmasını  istisna  etmir. 
Maddə 40. Hakimlərin müstəqilliyi
1.  Hakimlər öz funksiyalarını yerinə yetirərkən müstə-
qildirlər. 
2.  Hakimlər onların hakimlik funksiyalarını yerinə ye-
tirməyə mane olan, yaxud onların müstəqilliyinə şübhə do-
ğura bilən heç bir fəaliyyətlə məşğul olmurlar. 
3.  Məhkəmənin olduğu yerdə öz funksiyalarını daimi 
əsaslarla yerinə yetirməsi tələb olunan hakim heç bir digər 
professional  xarakterli  işlərlə  məşğuı  olmamalıdır. 
4.  2  və  3-cü  bəndlərin  tətbiqinə  dair  istənilən  məsələ 
hakimlərin  mütləq  səs  çoxluğu  ilə  qəbul  edilir.  Əgər  bu 
məsələlərdən hər hansı biri bu və ya digər hakimlə bağlıdır-
sa,  bu  hakim  qərar  qəbul  edilməsində  iştirak  edə  bilməz. 
Maddə  41.  Hakimlərin  işdən  azad  olunması  yaxud 
kənarlaşdırılması
1.  Rəyasət Heyəti Sübutetmə və prosedur Qaydalarına 
müvafiq olaraq hakimi öz xahişi ilə bu Statutla, üzərinə qo-
yulmuş funksiyaları yerinə yetirməkdən azad edə bilər. 
2.  a)  hakim  bu  və  ya  digər  əsaslarla  onun  qərəzsiz-
liyinin  məntiqi  şübhə  altına  qoyula  biləcəyi  ilə  bağlı  işə 
baxılmasında iştirak etmir. Bunlardan başqa, əgər bu hakim 
əvvəllər həmin işlə Məhkəmədə hər hansı formada, yaxud 
milli səviyyədə bu işə aid istintaq altında olan və ya Məh-
kəmə təqibinə məruz qalmış şəxsin iştiraki ilə olan cinayət 
işi ilə bağlı olmuşsa, həmin bəndə müvafiq olaraq işə baxıl-
mır. Hakim, həmçinin, Sübutetmə və prosedur Qaydalarında 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
305
nəzərdə tutula bilən digər əsaslarla da işə baxılmasından kə-
narlaşdırılır. 
b)  prokuror, yaxud istintaq altında olan, yaxud haqqın-
da Məhkəmə araşdırması aparılan şəxs bu bəndə uyğun ola-
raq hakimə etiraz barədə vəsatət verə bilər. 
c)  hakimə  etirazla  bağlı  istənilən  məsələ  hakimlərin 
mütləq səs çoxluğu ilə həll edilir. Etiraz edilən hakimə hə-
min məsələ üzrə öz qeydlərini təqdim etmək hüququ verilir, 
lakin o qərar qəbul edilməsi prosesində iştirak etmir. 
Maddə 42. Prokuror Dəftərxanası
1.  Prokuror  dəftərxanası  Məhkəmənin  ayrıca  orqanı 
kimi müstəqil fəaliyyət göstərir. O, Məhkəmənin yurisdiksi-
yası altına düşən cinayətlər haqqında hər hansı informasiya 
və  təqdim  edilmiş  situasiyaların  alınmasına,  onların  öyrə-
nilməsinə,  Məhkəmə  istintaqının  və  cinayət  mühakiməsi-
nin həyata keçirilməsinə cavabdehlik daşıyır. Dəftərxananın 
əməkdaşları hər hansı xarici mənbədən göstərişlər tələb et-
mir və onları yerinə yetirmir. 
2.  Dəftərxanaya prokuror tərəfindən rəhbərlik edilir. 
Prokuror şəxsi heyət, bina və onun sərəncamında olan 
sair ehtiyatlar da daxil olmaqla Dəftərxanaya rəhbərlik və 
idarəetmə üzrə bütün səlahiyyətlərə malikdir. Prokurora hə-
min Statuta müvafiq olaraq prokurorun yerinə yetirməli ol-
duğu hər hansı hərəkəti yerinə yetirmək səlahiyyətinə malik 
olan bir və ya bir neçə prokuror müavini köməklik göstərir. 
Prokuror  və  prokuror  müavini  müxtəlif  dövlətlərin  vətən-
daşları olmalıdır. Onlar tam məşğulluq əsasında işləyir. 
3.  Prokuror  və  prokuror  müavinləri  yüksək  mənəvi 
keyfiyyətlərə,  yüksək  ixtisasa  malik  olan  və  cinayət  işləri 
üzrə  təhqiqat,  yaxud  istintaqın  aparılması  sahəsində  geniş 
praktiki  təcrübəyə  malik  olan  şəxslər  olmalıdırlar.  Onlar 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
306
Məhkəmənin  işgüzar  dillərindən  azı  birini  tam  bilməli  və 
onda  sərbəst  danışmalıdırlar. 
4.  Prokuror iştirakçı dövlətlər Assambleyasının üzvlə-
rinin mütləq səs çoxluğu ilə, gizli səsvermə yolu ilə seçilir. 
Prokurorun müavinləri prokuror tərəfindən təqdim edilmiş 
namizədlər  siyahısından  eyni  qaydada  seçilirlər.  Prokuror 
hər bir prokuror müavini vəzifəsinə təyin olunmaq üçün 3 
namizəd irəli sürür. Əgər onların seçilməsi zamanı daha qısa 
səlahiyyət  müddəti  nəzərdə  tutan  qərar  qəbul  olunmazsa, 
prokuror və prokuror müavinləri doqquz il müddətinə seçi-
lirlər və yenidən seçilə bilməzlər. 
5.  Nə  prokuror,  nə  də  prokurorun  müavinləri  onla-
rın prokuror funksiyalarının yerinə yetirilməsinə mane ola 
bilən, yaxud onların müstəqilliyini şübhə altına alan heç bir 
fəaliyyətlə məşğul olmurlar. Onlar peşə fəaliyyətinin başqa 
heç bir növü ilə məşğul olmurlar. 
6.  Rəyasət  heyəti  prokuroru,  yaxud  onun  müavinini 
onun öz xahişi ilə bu və ya digər konkret işdə iştirak etmək-
dən azad edə bilər. 
7.  Nə prokuror, nə də prokuror müavinləri hər hansı bir 
əsasla onların qərəzsizliyini məntiqi şübhə altına ala bilən 
heç bir işdə iştirak etmirlər. Əgər onlar əvvəllər bu işdə Məh-
kəmədə, yaxud istintaq altında olan və ya Məhkəmə təqibinə 
məruz  qalmış  şəxsə  aidiyyatı  olan,  bu  işlə  əlaqəli  cinayət 
işinə milli səviyyədə baxılarkən hər hansı keyfiyyətdə işti-
rak etmişdirsə, bu bəndə əsasən, onlar işdə iştirak etməkdən 
kənarlaşdırılır. 
8.  Prokuror,  yaxud  prokuror  müavininə  etirazla  bağlı 
istənilən məsələlər Apellyasiya Palatası tərəfindən həll edilir. 
a) istintaq altında olan və ya haqqında Məhkəmə baxışı 
aparılan şəxs istənilən vaxt bu maddədə göstərilmiş əsaslarla 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə