Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə94/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
307
prokurora, yaxud prokuror müavininə etiraz barədə vəsatətlə 
müraciət edə bilər. 
b) prokuror və ya prokuror müavini müvafiq olaraq bu 
barədə öz qeydlərini təqdim edə bilər. 
9.  Prokuror  bu  məsələlərlə  kifayətlənməyərək  seksual 
zorakılıq, gender zorakılığı və uşaqlara münasibətdə zora-
kılıqla  bağlı  məsələlər  də  daxil  olmaqla,  xüsusi  məsələlər 
sahəsində hüquq faliyyəti təcrübəsinə malik olan məsləhət-
çilər təyin edir. 
Maddə 43. Katiblik
1.  Katiblik  prokurorun  42-ci  maddəyə  uyğun  olan 
funksiyalarının və səlahiyyətlərinə ziyan gətirmədən, işlərin 
idarə olunması və Məhkəməyə xidmətin qeyri-məhkəmə as-
pektlərinə  cavabdehlik  daşıyır. 
2.  Katibliyə  Məhkəmənin  əsas  inzibati  vəzifəli  şəxsi 
olan Katib rəhbərlik edir. Katib öz funksiyalarını Məhkəmə 
sədrinin  rəhbərliyi  altında  həyata  keçirir. 
3.   Katib və katibin müavini yüksək mənəvi keyfiyyət-
lərə,  yüksək  təcrübəyə  malik  olur  və  Məhkəmənin  işgüzar 
dillərindən heç olmasa birini tam bilir və onda sərbəst danışır. 
4.  Hakimlər  iştirakçı  dövlətlər  Assambleyasının  istə-
nilən tövsiyəsini nəzərə almaqla, Katibi gizli səsvermə yolu 
ilə mütləq səs çoxluğu ilə seçir. Əgər bu cür zərurət yaranar-
sa və Katibin tövsiyəsi ilə hakimlər eyni qayda ilə Katibin 
müavinini  seçirlər. 
5.  Katib 5 illik səlahiyyət müddətinə seçilir, bir dəfə ye-
nidən seçilə bilər və tam məşğulluq əsasında işləyir. Katibin 
müavini  öz  vəzifəsində  5  il,  yaxud  hakimlərin  mütləq  səs 
çoxluğu ilə müəyyən edilmiş daha qısa müddətdə qalır və o 
katib müavininin zəruri funksiyalarını yerinə yetirə bilmək 
əsası ilə seçilə bilər. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
308
6.  Katib  Katiblik  strukturunda  zərərçəkmişlərə  və  şa-
hidlərə yardım göstərilməsi üzrə Qrup yaradır, bu Qrup Pro-
kuror Dəftərxanası ilə məsləhətləşməklə Məhkəməyə gəlmiş 
şahidləri zərərçəkmişləri və bu cür şahidlərin ifadələri nə-
ticəsində təhlükə gözləyən digər şəxsləri müdafiə tədbirləri 
və təhlükəsizlik proseduraları, məsləhətlər və digər müva-
fiq köməklə təmin edir. Qrupun tərkibinə seksual zorakılq 
cinayətləri ilə bağlı xəsarətlər da daxil olmaqla, xəsarətlərə 
dair  məsələlər  üzrə  iş  təcrübəsinə  malik  olan  əməkdaşlar 
daxil  olurlar. 
Maddə 44. Şəxsi heyət
1.  Prokuror və katib öz müvafiq orqanlarına lazımi qə-
dər təcrübəli şəxsi heyət təyin edirlər. Prokurora münasibət-
də bu, müstəntiqlərin təyinatını da əhatə edir. 
2.  Şəxsi  heyətin  işə  götürülməsi  zamanı  prokuror  və 
katib yüksək iş qabiliyyətliliyini, səriştəliliyini və düzgün-
lüyünü əldə rəhbər tutur və 36-cı maddənin 8-ci bəndində 
əks olunmuş mutatis mutandis (lat. sözü olub edilmiş zəruri 
dəyişikliklər)  kriteriyasına  diqqət  yetirir. 
3.  Rəyasət  heyətinin  və  prokurorun  razılığı  ilə  katib 
Məhkəmə heyətinin təyinatı, mükafat alması və işdən azad 
olunması şərtlərini ehtiva edən şəxsi heyət haqqında Əsas-
namə təklif edir. Şəxsi heyət haqqında Əsasnamə iştirakçı 
dövlətlərin  Assambleyasında  bəyənilir. 
4.  Məhkəmə müstəsna hallarda iştirakçı dövlətlər, hö-
kumətlərarası təşkilatlar və qeyri-hökumət təşkilatları tərə-
findən  ödənişsiz  əsaslarla  göndərilmiş  mütəxəsislərin  xid-
mətindən  hər  hansı  bir  orqanın  işinə  kömək  göstərilməsi 
üçün istifadə edə bilər. Prokuror Prokuror Dəftərxanasının 
adından istənilən belə təklif qəbul edə bilər. Ödənişsiz əsas-
larla göndərilmiş bu cür personal iştirakçı dövlətlər Assamb-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
309
leyası  tərəfindən  müəyyən  olunmuş  rəhbər  prinsiplərə  uy-
ğun olaraq, işə qəbul edilir. 
Maddə 45. Təntənəli öhdəlik
Bu  Statuta  uyğun  olaraq  vəzifəyə  başlamazdan  əvvəl 
hakimlər, prokuror, prokuror müavinləri, katib və katib müa-
vini Məhkəmənin açıq iclasında öz üzərlərinə özlərinin mü-
vafiq funksiyalarını qərəzsiz və vicdanla yerinə yetirəcəkləri 
barədə təntənəli öhdəlik götürürlər. 
Maddə 46. Vəzifədən azad edilmə
1.  Hakim, prokuror, prokuror müavini, katib yaxud ka-
tib müavini bu barədə 2-ci bəndə uyğun qərar qəbul edilərsə 
aşağıdakı hallarda tutduqları vəzifədən azad edilirlər:
a)  Sübutetmə və prosedur Qaydalarında nəzərdə tutul-
duğu kimi, bu şəxsin ciddi xətaya, yaxud bu Statut üzrə öz 
vəzifəsində ciddi pozuntuya yol verməsi müəyyən edildik-
də;
b)  həmin şəxs bu Statutla onun üzərinə qoyulan funksi-
yalarını yerinə yetirməyə qadir olmadıqda. 
2.  1-ci  bəndə  əsasən  hakimin,  prokurorun,  prokuror 
müavininin  vəzifəsindən  azad  edilməsi  barədə  qərar  gizli 
səsvermə  ilə  qəbul  edilir:
a)  hakimlərə münasibətdə - yerdə qalan hakimlərin 2/3 
səs çoxluğu ilə qəbul edilmiş tövsiyəsilə iştirakçı dövlətlərin 
2/3 səs çoxluğu ilə;
b)  prokurora münasibətdə - iştirakçı dövlətlərin mütləq 
çoxluğu ilə;
c) prokuror müavininə münasibətdə - prokurorun töv-
siyəsi ilə iştirakçı dövlətlərin mütləq səs çoxluğu ilə. 
3.  Katibin,  yaxud  katib  müavinin  vəzifəsindən  azad 
edilməsi haqqında qərar hakimlərin mütləq səs çoxluğu ilə 
qəbul  edilir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
310
4.  Bu maddəyə əsasən, bu Statutla tələb olunan vəzifə 
funksiyalarını yerinə yetirmək qabiliyyəti və davranışı mü-
bahisələndirilən  hakimə,  prokurora,  prokuror  müavininə, 
katibə və ya katib müavininə sübutlar təqdim etmək və ya 
toplamaq  və  Sübutetmə  və  prosedur  Qaydalarına  uyğun 
olaraq təqdimat vermək üçün bütün imkanlar yaradılır. Bu 
məsələnin  digər  müzakirəsində  həmin  şəxs  iştirak  etmir. 
Maddə 47. İntizam tədbirləri
46-cı  maddənin  1-ci  bəndində  nəzərdə  tutulanlardan 
daha az ciddi xətalara yol vermiş hakimə, prokurora, pro-
kuror müavininə, katibə, yaxud müavininə münasibətdə Sü-
buetmə və prosedur Qaydalarına uyğun olaraq intizam təd-
birləri tətbiq edilir. 
Maddə 48. İmtiyaz və immunitetlər
1.  Məhkəmə  hər  bir  üzv  dövlətin  ərazisində  onun 
məqsədlərinə çatmaq üçün zəruri olan imtiyaz və immuni-
tetlərə  malikdir. 
2.  Hakimlər,  prokuror,  prokuror  müavinləri  və  katib 
məhkəmənin  fəaliyyətində  iştirak  edərkən,  yaxud  bu  cür 
fəaliyyətə münasibətdə diplomatik nümayəndəlik başçıları-
nın malik olduqları imtiyaz və immunitetlərdən istifadə edir-
lər. Onlar tərəfindən rəsmi qaydada həyata keçirilmiş bütün 
hərəkətlərə,  yazışmalara  və  danışıqlara  münasibətdə  Məh-
kəmə  prosessual  immuniteti  onların  səlahiyyət  müddətləri 
bitdikdən sonra da saxlnılır. 
3.  Katibin  müavini,  Prokuror  Dəftərxanasının  əmək-
daşları  və  katibliyin  əməkdaşları  Məhkəmənin  imtiyaz  və 
immunitetləri haqqında sazişə uyğun olaraq, öz funksiyala-
rını yerinə yetirə bilmək üçün zəruri olan imtiyaz, immunitet 
və güzəştlərdən istifadə edirlər. 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə