Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə97/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
319
larının təmin olunması üçün mühüm əhəmiyyət kəsb edən 
sübutların  saxlanılması  məqsədi  ilə  vacib  hesab  edirsə,  o 
prokurorla bu cür tədbirlərə təkid etməməyə ciddi əsasları-
nın olmasına dair məsləhətləşmələr keçirir. Əgər məsləhət-
ləşmələr nəticəsində İlkin icraat Palatası prokurorun bu cür 
tədbirlərin  görülməsini  tələb  etmək  istəməməsinin  əsassız 
olması qənaətinə gələrsə İlkin icraat Palatası öz təşəbbüsü 
ilə bu cür tədbirləri həyata keçirə bilər. 
b) İlkin icraat Palatasının bu bəndə əsasən, öz təşəbbüsü 
ilə hərəkət etmək qərarından prokuror tərəfındən şikayət ve-
rilə bilər. Şikayətə təxirə salınmadan baxılır. 
4.  69-cu maddəyə əsasən, Məhkəmə baxışı üçün top-
lanılmış  yaxud  saxlanılan  sübutların  yararlılığı  Məhkəmə 
Palatası  tərəfındən  müəyyən  edilmiş  sübutetmə  qiymətinə 
malikdir. 
Maddə 57. İlkin istintaq palatasının funksiyaları və 
səlahiyyətləri
1.  Əgər bu Statutda başqa hal nəzərdə tutulmamışdırsa, 
İlkin icraat Palatası öz funksiyalarını bu maddəyə əsasən hə-
yata keçirir. 
2.  a)  İlkin  icraat  Palatasının  15,  18,  19,  54-cü  mad-
dələrə,  61-ci  maddənin  2-ci  bəndinə,  72-ci  maddənin  7-ci 
bəndinə əsasən verilmiş qərar və sərəncamları onun hakim-
lərinin  əksəriyyət  səs  çoxluğu  ilə  qəbul  edilir;
b) bütün digər hallarda İlkin icraat Palatasının hakimi 
əgər Sübutetmə və prosedur Qaydalarında başqa hal nəzərdə 
tutulmamışdırsa, yaxud İlkin icraat Palatasının hakimlərinin 
səs çoxluğu ilə başqa hal qərara alınmamışdırsa, bu Statutla 
nəzərdə tutulan İlkin icraat Palatasının funksiyalarını həyata 
keçirə bilər. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
320
3.  İlkin icraat Palatası bu Statutla nəzərdə tutulan digər 
funksiyalarla yanaşı aşağıdakıları edə bilər:
a)  prokurorun  xahişinə  əsasən,  istintaqın  aparılması 
məqsədi ilə zəruri ola bilən order və sərəncamlar vermək;
b)  58-ci  maddəyə  əsasən,  həbs  olunmuş  və  ya  əmrə 
əsasən,  gəlmiş  şəxsin  xahişi  ilə  56-cı  maddədə  sadalanan 
tədbirlər də daxil olmaqla elə sərəncamlar verə, yaxud şəx-
sin müdafiəsinin təşkil olunmasında ona kömək etmək üçün 
zəruri ola biləcək 9-cu hissədə nəzərdə tutulmuş əməkdaşlıq 
yaratmağa  kömək  etmək;
c)  zəruri olduğu hallarda zərərçəkmişlər və şahidlərin 
şəxsi həyatlarının toxunulmazlığı və qorunması, sübutların 
qorunması, həbs olunmuş, yaxud əmr üzrə, gəlmiş şəxslərin 
müdafiəsi və milli təhlükəsizliyə aid olan məlumatların qo-
runmasını təmin etmək:
d)  əgər  İlkin  icraat  Palatası  mümkün  qədər  müvafiq 
dövlətlərin rəyini nəzərə alaraq, konkret hal üzrə bu dövlətin 
9-cu hissəyə uyğun olaraq əməkdaşlıq haqqında xahişin ye-
rinə yetirilməsi üçün zəruri olan hər hansı orqanının, yaxud 
onun Məhkəmə sisteminin elementinin olmaması səbəblərdən 
açıq-aydın  yerinə  yetirə  bilməməsini  müəyyən  etmişdirsə, 
prokurora iştirakçı dövlət ərazisində bu dövlət tərəfındən 9-cu 
hissəyə müvafiq olaraq əməkdaşlığa razılıq alınmadan istin-
taqa dair xüsusi tədbirlər həyata keçirməyə razılıq vermək;
e)  58-ci  maddəyə  əsasən  həbs  edilmək  üçün  order  və 
ya gəlmə üçün əmr verildiyi hallarda və sübutların gücünü 
habelə, bu Statutda və Sübutetmə və prosedur Qaydaların-
da nəzərdə tutulduğu qaydada maraqlı tərəflərin hüquqları-
nı nəzərdə almaqla, 93-cü maddənin l(1) bəndinə əsasən, o 
cümlədən,  əsasən, zərəçəkmişlərin maraqlarına uyğun olarq 
müsadirə məqsədi ilə onların mühafızə tədbirləri görüImə-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
321
sində əməkdaşlığını təmin etmək üçün dövlətlərə müraciət 
etmək. 
Maddə 58. İlkin icraat Palatasının həbs edilmək üçün 
order yaxud Məhkəməyə gəlmək haqqıda əmr verməsi
1.  İlkin icraat Palatası prokurorun müraciəti əsasında, 
istintaqın başlanmasından sonra istənilən vaxt prokuror tərə-
fındən təqdim olunmuş bu müraciət və sübutları, yaxud di-
gər məlumatları nəzərdən keçirərək aşağıdakıları müəyyən 
edərsə bu və ya digər şəxsin həbsinə order verir;
a)  həmin şəxsin Məhkəmənin yurisdiksiyasına aid olan 
cinayəti törətməsini güman etməyə məntiqi əsaslar vardır; və
b)  həmin şəxsin həbs edilməsi aşağıdakılara görə zəru-
ridir:
i)  Onun Məhkəmə baxışına gəlməsini təmin etmək üçün;
ii)  Bu  şəxsin  istintaq,  yaxud  Məhkəmə  baxışı  üçün 
hədə-qorxu,  yaxud  maneçilik  törətməməsini  təmin  etmək 
üçün;
iii) müvafiq hallarda şəxs tərfındən bu cinayətin davam 
etdirilməsinin yaxud onunla bağlı olan, Məhkəmənin yuris-
diksiyasına aid olan və eyni hallarla əlaqədar olan cinayətin 
törədilməsinin qarşısının alınması üçün
2.  Prokurorun müraciətində aşağıdakılar göstərilir:
a)  şəxsin adı və şəxsiyyəini müəyyən edən hər hansı di-
gər müvafiq məlumat;
b)  müvafiq şəxsin törətməsi güman edilən, Məhkəmə-
nin  yurisdiksiyasına  aid  olan  cinayətə  konkret  istinad;
c)  güman edildiyi kimi, bu cinayəti təşkil edən faktlarm 
qısa şərhi;
d)  müvafiq şəxsin bu cinayətləri törətməsini güman et-
məyə məntiqi əsas yaradan faktların və istənilən digər məlu-
matların xülasəsi; və


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
322
e)  prokurorun müvafiq şəxsin həbsini zəruri hesab et-
məsinin  səbəbləri. 
3.  Həbs orderində aşağıdakılar göstərilir:
a)  şəxsin  adı  və  şəxsiyyətini  müəyyən  edən  hər  hansı 
digər  müvafiq  məlumat;
b)  müvafiq şəxsin törədilməsi güman edilən Məhkəmə-
nin yurisdiksiyasına aid olan cinayətə konkret istinad;
c)  güman edildiyi kimi, bu cinayəti təşkil edən faktların 
qısa şərhi;
4.  Həbs orderi Məhkəmə başqa sərəncam verməyənə-
dək  qüvvədə  qalır. 
5.  Həbs orderi əsasında Məhkəmə 9-cu hissəyə müva-
fiq olaraq, ibtidai həbs, yaxud şəxsin həbs edilməsi və onun 
sərəncama verilməsini tələb edə bilər. 
6.  Prokuror cinayətlərə istinadları dəyişdirməklə, yaxud 
onları digər cinayətlərə istinadlarla tamamlamaqla, İlkin ic-
raat Palatasına həbs orderində dəyişikliklər etmək xahişi ilə 
müraciət edə bilər. Əgər İlkin icraat Palatası həmin şəxsin bu 
formada göstərilmiş cinayətləri törətməsini güman etməyə 
məntiqi əsasların olmasına inanarsa, həbs orderində müvafiq 
dəyişikliklər edir. 
7.  Həbs orderinin tələb edilməsinə alternativ kimi pro-
kuror  İlkin  icraat  Palatasına  həmin  şəxsin  gəlməsi  barədə 
əmr verilməsi xahişi ilə müraciət edə bilər. Əgər İlkin icraat 
Palatası həmin şəxsin ehtimal edilən cinayətləri törətməsi-
ni güman etməyə məntiqi əsasları olmasına və əmrin həmin 
şəxsin gəlməsi üçün kifayət edən tədbir olmasına əmin olar-
sa,  əgər  bu  milli  qanunvericilikdə  nəzərdə  tutulmuşdursa, 
müəyyən şərtlərlə və ya heç bir şərt olmadan azadlığı məh-
dudlaşdıran (tutmadan fərqli) gəlmə haqqında əmr verə bilər. 
Əmrdə aşağıdakılar göstərilir:


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə