Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə95/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
311
4.  Məhkəmənin  yerləşdiyi  yerdə  olması  zəruri  olan, 
mü dafiəçi,  ekspertlər,  şahidlər  və  istənilən  digər  şəxslər 
Məh kəmənin imtiyaz və immunitetləri haqqında sazişə uy-
ğun  olaraq,  Məhkəmənin  lazımi  qaydada  fəaliyyət  göstər-
məsi  üçün  zəruri  olan  statusla  təmin  edilirlər. 
5.  İmmunitet və imtiyazlardan imtina edilə bilər:
a)  hakimlərə, yaxud prokurora münasibətdə - hakimlə-
rin mütləq səs çoxluğu ilə;
b)  katibə münasibətdə - Rəyasət Heyəti tərəfındən;
c)  prokurorun müavinlərinə və prokuror dəftərxanası-
nın  əməkdaşlarına  münasibətdə  -  prokuror  tərəfındən. 
d)  katibin müavininə və Katibliyin əməkdaşlanna mü-
nasibətdə  -  katib  tərəfindən. 
Maddə  49.  Məvaciblər,  maddi  yardımlar  və  xərclərin 
ödənilməsi
Hakimlər,  prokuror,  prokuror  müavinləri  katib  və  ka-
tibin müavini iştirakçı dövlətlərin Assambleyası tərəfindən 
müəyyən edilmiş məvacib, yardım və xərclərin kompensasi-
yasını ala bilərlər. Bu məvacib və yardımların ölçüsü onların 
səlahiyyət müddəti bitənədək azaldıla bilməz. 
Maddə 50. Rəsmi və işçi dillər
1.  Məhkəmənin  rəsmi  dilləri  ingilis,  ərəb,  ispan,  çin, 
rus  və  fransız  dilləridir.  Məhkəmənin  qərarları,  həmçinin 
Məhkəmə tərəfindən baxılmış əsas məsələlər üzrə digər qə-
rarları rəsmi dillərdə çap edilir. Sübutetmə və prosedur Qay-
daları ilə müəyyən edilmiş kriteriyalara uyğun olarq Rəyasət 
heyəti bu maddənin məqsədlərinə görə, Məhkəmənin hansı 
qərarlarının əsas məsələlər üzrə olmasını müəyyən edir. 
2.   Məhkəmənin işçi dilləri ingilis və fransız dilləridir. 
Sübutetmə və prosedur Qaydalarında digər rəsmi dillərin iş-
güzar dillər kimi istifadə edilə bilməsi halları müəyyən edilir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
312
3.  Baxışda  iştirak  etmiş  tərəflərdən  hər  hansı  birinin, 
yaxud  baxışda  işitrak  etməyə  razılıq  verilmiş  dövlətin  xa-
hişi ilə, Məhkəmə həmin tərəfə və ya dövlətə Məhkəmənin 
fikrincə, bu cür razılığın kifayət qədər əsaslı olması şərti ilə 
ingilis yaxud fransız dilləri ilə yanaşı istənilən digər dildən 
istifadə etməyə razılıq verir. 
Maddə 51. Sübutetmə və prosedur Qaydaları
1.  Sübutetmə  və  prsedur  Qaydaları  iştirakçı  dövlətlər 
Assambleyasının 2/3 səs çoxluğu ilə qəbul olunduqdan son-
ra qüvvəyə minir. 
2.  Sübutetmə və prosedur Qaydalara aşağıdakı düzəliş-
lər təklif edə bilərlər. 
a)  istənilən iştirakçı dövlət;
b)  hakimlərin mütləq səs çoxluğu
c)  prokuror
Bu  cür  düzəlişlər  iştirakçı  dövlətlər  Assambleyasının 
2/3 səs çoxluğu ilə qəbul edildikdən sonra qüvvəyə minir. 
3.  Sübuetmə  və  prosedur  Qaydalarının  qəbul  edilmə-
sindən sonra, Məhkəmə Sübuetmə və prosedur Qaydalarının 
nəzərdə tutulmadığı konkret vəziyyət ilə qarşılaşdıqda, zə-
ruri hallarda hakimlər 2/3 səs çoxluğu ilə iştirakçı dövlətlər 
Assambleyasının növbəti sessiyasında, yaxud xüsusi sessi-
yasında onları təsdiq edənə, dəyişənə, yaxud düzəliş edənə 
qədər tətbiq olunan müvəqqəti qaydalar qəbul edə bilər. 
4.  Sübutetmə və prosedur Qaydaları, onlara düzəlişlər 
və istənilən müvəqqəti qayda, bu Statutla uyğun olmalıdır. 
Sübutetmə  və  prosedur  Qaydalarına  düzəlişlər,  həmçinin 
müvəqqəti qaydalar istintaq altında olan və haqqında məh-
kəmə təhqiqatı aparılan, yaxud təqsirli hesab edilmiş şəxslə-
rin ziyanına olaraq, retroactiv tətbiq olunmur. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
313
5.  Statutla Sübutetmə və prosedur Qaydaları arasında 
ziddiyyət  yarandıqda,  Statut  üstün  qüvvəyə  malikdir. 
Maddə 52. Məhkəmənin reqlamenti
1.  Bu Statuta və Sübutetmə və prosedur qaydalara uy-
ğun olaraq, hakimlər mütləq səs çoxluğu ilə Məhkəmənin 
gündəlik fəaliyyətinin təmin edilməsi üçün zəruri olan req-
lamentlərini  qəbul  edirlər. 
2.  Reqlament hazırlanarkən və ona hər hansı düzəlişlər 
edilərkən prokuror və katiblə məsləhətləşmələr aparılır. 
3.  Reqlament və ona istənilən düzəlişlər, əgər hakimlər 
başqa qərar qəbul etməmişlərsə, qəbul edilən kimi qüvvəyə 
minir. Qəbul edildikdən dərhal sonra onlar qeydlərini etmək 
üçün iştirakçı dövlətlərə göndərilir. Əgər iştirakçı dövlətlə-
rin əksəriyyəti tərəfindən 6 ay ərzində irəli sürülməzsə, onlar 
qüvvəsində qalırlar. 
5-Cİ HİSSƏ: 
İSTİNTAQ VƏ CİNAYƏT TƏQİBİ
Maddə 53. İstintaqın başlanması
1.  Prokuror ona təqdim edilmiş məlumatları qiymətlən-
dirərək əgər bu Statuta müvafiq hərəkətlərin edilməsi üçün 
məntiqi  əsasların  olmamasını  müəyyən  etmirsə,  istintaqa 
başlayır. İstintaqın başlanması haqqında qərar qəbul edərkən 
prokuror aşağıdakı məsələlərə baxır:
a)  prokurorun  sərəncamında  olan  məlumat  Məhkəmə-
nin yurisdiksiyasına aid olan cinayətin törədilməsi və ya törə-
dilməkdə olmasını güman etməyə məntiqi əsaslar verirmi;
b)  Bu iş 17-ci maddəyə əsasən, icraata qəbul edilməli-
dirmi,  yaxud  icraata  qəbul  ediləcəkmi; 
c)  cinayətin  ağırlığı  və  zərərçəkmişlərin  maraqlarını 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
314
nəzərə almaqla istintaqın aparılması ədalət mühakiməsinin 
maraqlarına cavab verməyəcəyi barədə tutarlı əsaslar varmı;
Əgər prokuror tədbirlər görülməsi üçün məntiqi əsaslar 
olmamasını və onun qərarının yalnız yuxarıdakı (s) bəndin-
də göstərilən fıkirlərə əsaslanırsa, bu barədə İlkin icraat Pa-
latasına məlumat verirsə,
2.  Əgər  istintaq  zamanı  prokuror  aşağıdakılara  görə 
cinayət təqibinin başlanılması üçün kifayət qədər əsasların 
olmaması  qənaətinə  gəlirsə,  nə  qədər  ki, 
a)  58-ci maddəyə əsasən order və ya əmr tələb etmək 
üçün  kifayət  qədər  hüquqi,  yaxud  faktiki  əsaslar  yoxdur;
b)  iş 17-ci maddəyə əsasən, icraata qəbul edilə bilməz; 
yaxud
c)  bütün hallar, o cümlədən cinayətin ağırlıq dərəcəsi, 
zərərçəkmişlərin  maraqları  və  güman  edilən  cinayətkarın 
yaşı və yaxud bacarığı, habelə onun güman edilən cinayətdə 
rolu nəzərə alınmaqla, cinayət təqibi ədalət mühakiməsinin 
maraqlarına  cavab  vermir, 
prokuror İlkin icraat Palatasını və 14-cü maddəyə uyğun 
olaraq, vəziyyəti təqdim edən dövləti yaxud 13-cü maddə-
nin (v) bəndinin müddəalarına müvafiq olaraq Təhlükəsizlik 
Şurasının gəldiyi nəticələr və bu cür nəticələr üçün əsaslar 
barədə xəbərdar edir. 
3. a) 14-cü maddəyə əsasən vəziyyətin verilməsini həya-
ta keçirən dövlət, yaxud 13-cü maddənin (b) bəndinə əsasən, 
Təhlükəsizlik Şurasının xahişi ilə İlkin icraat Palatası 1 və ya 
2-ci bəndlərə əsasən, prokurorun tədbir görməmək qərarına 
yenidən baxa bilər və prokurordan bu qərara yenidən bax-
mağı xahiş edə bilər. 
b) Bundan başqa, əgər bu qərar yalnız l (s) və 2(s) bənd-
lərinin müddəalarına əsaslanmışdırsa, İlkin icraat Palatası öz 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə