Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə96/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
315
təşəbbüsü ilə prokurorun tədbir görməmək qərarına yenidən 
baxa bilər. Bu halda prokurorun qərarı yalnız o halda qüv-
vəyə minir ki, o İlkin icraat Palatası tərəfındən təsdiq edilsin. 
4.  Prokuror istənilən vaxt istintaqın başlanması və ya 
cinayət təqibi barədə qərarına yeni faktlar yaxud məlumatlar 
əsasında yenidən baxa bilər. 
Maddə 54. İstintaq zamanı prokurorun səlahiyyət və 
vəzifələri
1.  Prokuror:
a)  Həqiqətin müəyyən olunması üçün istintaqı elə apa-
rır  ki,  bu  Statuta  yğun  olaraq,  cinayət  məsuliyyətinin  ya-
ranıb-yaranmaması  barədə  bütün  faktlar  və  sübutlar  əhatə 
olunsun  və  bu  zaman  həm  təqsirlilik,  həm  də  təqsirsizlik 
barədə  halları  bərabər  qaydada  araşdırır. 
b)  Məhkəmənin yurisdiksiyasına aid olan cinayətlərin 
səmərəli istintaq və cinayət təqibini təmin etmək üçün eti-
barlı tədbirlər görür, bu zaman 3-cü maddənin 7-ci bəndində 
müəyyən edildiyi kimi gender amili, yaş və sağlamlıq və-
ziyyəti, habelə cinayətlərin xarakterini, xüsusən seksual zo-
rakılıq, gender zorakılığı, yaxud uşaqlara qarşı zorakılığın 
xarakteri də daxil olmaqla şahidlər və zərərçəkmişlərin ma-
raqları və şəxsi mənafelərinə riayət edir; və
c)  şəxslərin bu Statutdan irəli gələn bütün hüquqlarına 
tam riayət edir. 
2.  Prokuror hər hansı dövlətin ərazisində istintaq apara 
bilər:
a) 9-cu hissənin müddəalarına uyğun olaraq; yaxud
b) 56-ci maddənin 3(d) bəndinə əsasən İlkin icraat Pala-
tası tərəfindən verilmiş razılığa əsasən. 
3. Prokuror aşağıdakıları edə bilər:
a)  sübutlar toplamaq və öyrənmək;


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
316
b)  istintaq  altında  olan  şəxslərin,  zərərçəkmişlərin  və 
şahidlərin  gəlməsini  tələb  etmək  və  onları  dindirmə;
c)  hər  hansı  dövlət,  yaxud  hökumətlərarası  təşkilat, 
yaxud  mexanizmi,  onların  müvafiq  səlahiyyətləri  və  ya 
mandatlarına uyğun olaraq yardım göstərməyə əmin etmək;
d)  Bu Statuta zidd olmayan hər hansı dövlət, hökumət-
lərarası təşkilat, yaxud şəxs tərəfındən əməkdaşlığı asanlaş-
dıran saziş ya müqavilələr bağlamaq;
e)  əgər sənəd və məlumatı vermiş şəxs buna razılıq ver-
mirsə, yalnız yeni sübutlar almaq məqsədilə prokuror tərəfın-
dən gizliliyi saxlanmaq şərtilə alınmış sənəd və məlumatın ic-
raatın hər hansı mərhələsində açılmamasına təminat vermək;
f)  hər hansı bir şəxsin müdafiəsi yaxud sübutların sax-
lanılması, məlumatların gizliliyinin qorunması üçün zəruri 
tədbirləri görmək və ya görülməsini xahiş etmək. 
Maddə 55. İstintaqın gedişində şəxslərin hüquqları
1.  Bu  Statuta  uyğun  olaraq  həyata  keçirilən  istintaqa 
münasibətdə  şəxslər:
a)  Özünə qarşı şahidlik etməyə, yaxud öz təqsirini eti-
raf  etməyə  məcbur  edilməməlidir:
b)  hər hansı formada məcburiyyətə, təzyiq və ya hədə- 
qorxuya,  işgəncə  yaxud  digər  qəddar  və  ya  qeyri-insani, 
yaxud insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz 
qalmamalıdır;  və
c)  Əgər dindirmə bu şəxsin tam başa düşmədiyi dildə, 
yaxud onun danışmadığı dildə aparılırsa, pulsuz olaraq sə-
riştəli  tərcüməçinin  köməyindən  və  ədalətlilik  tələblərinin 
qorunması üçün zəruri olan tərcümədən istifadə etməlidir;
d)  əsassız saxlamaya, yaxud həbsə məruz qalmamalıdır, 
həmçinin Statutda müəyyən edilmiş əsaslar və prosedurlardan 
başqa azadlıqdan məhrum edilməyə məruz qalmamalıdır. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
317
2.  Bu  və  ya  digər  şəxsin  Məhkəmənin  yurisdiksiyası 
altına düşən cinayəti törətməsini güman etməyə əsaslar ol-
duqda və bu şəxs təcili olaraq ya prokuror, ya da bu Statutun 
9-cu  hissəsinə  uyğun  olaraq  göndərilmiş  vəsatət  əsasında 
milli hakimiyyətlər tərəfındən dindirilməli olduğu hallarda, 
bu şəxs dindirmə başlayanadək ona bildirilməli olan aşağı-
dakı hüquqlara da malikdir;
a) dindirmə başlayanadək onun Məhkəmənin yurisdik-
siyasına aid olan cinayəti törətməsinin güman etməyə əsas-
lar olması haqqında xəbərdar edilməsi;
b)  bu  cür  susmanın  təqsirlilik,  yaxud  təqsirsizliyin 
müəyyən olunmasında nəzərə alınmaması şərti ilə davam et-
dirilməsi;
c)  öz  seçimi  əsasında  hüquqi  yardımdan  istifadə  et-
mək yaxud, əgər bu şəxs hüquqi yardımdan istifadə etmirsə, 
ədalət mühakiməsinin maraqlarının tələb etdiyi hallarda və 
əgər bu şəxs bu cür yardımın haqqını ödəmək üçün kifayət 
qədər  imkana  malik  deyildirsə,  istənilən  halda  hər  hansı 
haqq  ödəmədən  ona  təyin  edilmiş  hüquqi  yardımı  almaq;
d)  əgər  şəxs  öz  iradəsi  ilə  vəkil  xidmətindən  istifadə 
etmək hüququndan imtina etməmişdirsə, vəkilin iştirakı ilə 
dindirilmək
Maddə 56. İlkin icraat Palatasının istintaq üçün əlve-
rişli imkanlara münasibətdə rolu
1.  a)  Əgər  prokuror  istintaq  aparılmasının  gələcəkdə 
Məhkəmə  istintaqının  gedişində  istifadə  məqsədləri  üçün 
əldə edilməsi mümkün olmayacaq şahid ifadələrinin, yaxud 
ərizələrin alınması, yaxud sübutların toplanılması və ya yox-
lanılması üçün əlverişli imkan yaranması qənaətinə gəlirsə 
bu barədə İlkin icraat Palatasına xəbər verir. 
b)  Bu halda İlkin icraat Palatası prokurorun xahiş ilə 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
318
Məhkəmə ardıcıllığının və səmərəliliyinin, xüsusən müdafıə 
hüququnun təmin edilməsi üçün lazım olan tədbirləri görə 
bilər. 
c)  Əgər İlkin icraat Palatası başqa qərar qəbul etməz-
sə,  prokuror  (a)  yarımbəndində  nəzərdə  tutulmuş  qaydada 
aparılmış istintaqla bağlı Məhkəmənin əmri ilə həbs edilmiş 
və Məhkəməyə gəlmiş şəxsin dinlənilməsi mümkünlüyü ilə 
ona müvafiq məlumat çatdırır. 
2.  l (b) bəndində göstərilən tədbirlər aşağıdakıları ifadə 
edə bilər:
a)  əməl edilməli olan proseduralara münasibətdə təklif 
və  sərəncamların  verilməsi;
b)  işin  icraatına  aid  protokolların  aparılması  barədə 
göstərişin  verilməsi;
c)  kömək göstərilməsi üçün ekspert təyin edilməsi. 
d)  Məhkəmənin əmri ilə həbs edilmiş və Məhkəməyə 
gəlmiş şəxsin müdafiəçisinə baxışda iştirak etməyə razılıq 
verilməsi, yaxud, həbs baş tutmamışdırsa və ya çağırılmış 
şəxs gəlməmişdirsə, yaxud müdafıəçi müəyyən edilməmiş-
dirsə, baxışda iştirak etmək və müdafiənin maraqlarını təmin 
etmək üçün digər müdafiəçinin təyin edilməsi. 
e)  öz üzvlərindən birinə, yaxud ehtiyac olarsa, ilkin ic-
raat şöbəsi yaxud məhkəmə şöbəsinin hakiminə sübutların 
toplanılması və saxlanılması və şəxslərin dindirilməsinə dair 
təklif və ya sərəncam vermək və müşahidəni həyata keçir-
mək üçün tapşırıqlar verilməsi;
f)  sübutların toplanılması və saxlanılması üçün zəruri 
olan  bu  kimi  digər  hərəkətlər. 
3.  a)  əgər  prokuror  bu  maddəyə  müvafiq  tədbirlərin 
həyata  keçirilməsini  tələb  etmirsə,  İlkin  icraat  Palatası  isə 
bu tədbirləri Məhkəmə baxışı gedişində müdafiənin maraq-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə