Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə17/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
20 
Debitorların
əsas marağı təşkilatın ödəmə qabiliyyəti haqqında infor-
masiyaları əldə etməkdən ibarətdir. 
Qarşılıqlı əlaqəsi olan təşkilatların qrupu üçün 
bütün qrupun 
daxilində mövcud olan hesablaşmaların vəziyyəti haqqında informasiyalar 
daha vacibdir. 
Vergi orqanlarını 
vergilərin müxtəlif növləri üzrə vergi bazasının 
vəziyyəti və olçüsü haqqında məlumatlar maraqlandırır. Bu orqanlar müha-
sibat hesabatlarının göndərildiyi rəsmi ünvanlardan biridir. 
Statistika orqanları
dövlət səviyyəsində qərarların qəbulu üçün 
zəruri sayılan informasiyaları formalaşdırır və təqdim edir. 
Hüquq-mühafizə orqanları
təşkilatların təsərrüfat-maliyyə fəaliyyə-
tinin müxtəlif məsələlərinin yoxlanılmasını həyata keçirir. Onların diqqət 
yetirdiyi obyekt dedikdə, təşkilatların hesabat-maliyyə göstəriciləri başa 
düşülür. 
Auditor firmasının, yaxud müstəqil auditorların
diqqət obyekti 
təşkilatın bütün təsərrüfat- maliyyə fəaliyyətinin araşdırılması ilə xarakterizə 
olunur. 
Beləliklə, mühasibat hesabatları formalaşdırıldıqda, onlarda məlumat-
ların konkret istifadəçilərin tələblərinə uyğun olaraq qruplaşdırılması və 
detallaşdırılması metodlarını tətbiq etmək lazımdır. 
1.5. Maliyyə hesabatlarının harmonizasiyası
və standartlaşdırılmasının zəruriliyi 
 
Son 20 ildə dünya miqyasında mühasibat uçotu və hesabatın beynəl-
xalq səviyyədə unifikasiyası və standartlaşdırılması problemlərinin həllinə 
çox böyük diqqət yetirilir. İqtisadi sferada beynəlxalq inteqrasiyanın rolu-
nun güclənməsi ilə müşayiət olunan biznesin inkişafı müxtəlif ölkələrdə
mənfəətin hesablanması, vergiyə cəlbolunma bazası, investisiya şərtləri
qazanılan vəsaitlərin kapitallaşdırılması və s. üzrə prinsiplərin və alqo-
ritmlərin formalaşmasının vahid və anlaşıqlı qaydada aparılması qarşısına 
müəyyən tələblər qoyur. İdarəetmə qərarlarının qəbulu üçün informasiya 
bazası sayılan mühasibat hesabatı bütün istifadəçilərin ( o cümlədən xarici 
istifadəçilərin) tələbatını maksimum ödəməlidir. Lakin uçot və hesabatın 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə