Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Uçot prosedurlarının standartlaşdırılmasi ideyası



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə20/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Uçot prosedurlarının standartlaşdırılmasi ideyası
uçotun unifika-
siyası çərçivəsində reallaşır. Bu ideya Maliyyə Hesabatlarının Beynəlxalq 
Standartları Komitəsi tərəfindən həyata keçirilməkdədir. Həmin ideyanın 
mahiyyəti bundadır ki, istənilən ölkədə istənilən situasiyada tətbiq olunan 


Sifariz Səbzəliyev
 
23 
standartların unifikasiya edilən dəstinin hazırlanmasında milli standartların 
yaradırması zərurətinə ehtiyac qalmır.Vahid standartların tətbiqinə gəldikdə 
isə, buna qanunvericilik yolu ilə deyil, ölkələrin peşə təşkilatlarının könüllü 
razılığı əsasında nail olmaq mümkündür. 
MHBS üzrə Komitə 2000-ci ilədək harmonizasiya və standartlaşdırma 
məsələlərinin həllini qarşıya qoymuşdu. Bu prosesdə Komitə uçot məsə-
lələrinin keyfiyyətcə yeni həllini nəzərdə tuturdu və alınan nəticə milli 
standartların unifikasiyası üçün əsas götürülməli idi. 
2001-ci ildə MHBS üzrə Komitə tərəfindən konvergensiya prosesini 
nəzərdə tutan yeni Nizamnamə qüvvəyə mindi. 
Konvergensiya
dedikdə, Komitə və uçotu tənzimləyən milli orqanlarla 
birlikdə hesabatlarda daha effektiv və keyfiyyətli informasiyaların veril-
məsinin təmin edilməsi nəzərdə tutulur. Başqa sözlə, harmonizasiyadan 
fərqli olaraq, konvergensiya MHBS üzrə Komitənin və uçotu tənzimləyən 
milli orqanların daha dəqiq və effektiv qərarların tapılması və qəbulu üçün 
birgə fəaliyyəti kimi başa duşulməlidir. Konvergensiya prosesi MHBS 
Komitəsinin Nizamnaməsində və prosedurlarda nəzərdə tutulan bir sıra 
konkret tədbirlərin həyata keçirilməsi ilə səciyyələnir. Onların arasında olan 
ən mühümləri aşagıdakılardır: Komitənin partnyoru qismində bir sıra milli 
tənzimlzyici orqanların müəyyənləşdirilməsi; Komitənin İdarə Heyətinin 
müntəzəm surətdə (üç ildə bir dəfədən az olmamaq şərtilə) milli tənzim-
ləyici orqanlarla görüşməsi; iş planlarının koordinasiyası; konkret milli 
tənzimləyici orqanlarla əlaqələrə məsuliyyət daşıyan İdarə Heyəti üzvlərinin 
təyin edilməsi; Standartların qəbulu proseslərinin razılaşdırılması; birgə işçi 
qruplarının yaradırması. 
2002-ci ildən sonra aparılan tədqiqatlar maliyyə hesabatlarının vahid 
dünya dilinin formalaşmasında əhəmiyyətli tərəqqiyə gətirib çıxartdı. Vahid 
dünya dili Səhmləri fond birjalarında kotirovka olunan şirkətlər üçün daha 
vacibdir. Konvergensiya prosesində gələcək addımlar müxtəlif ölkələrin 
milli uçot sistemlərinin səylərini birləşdirməyi və onlarla daha sıx əmək-
daşlığı nəzərdə tutur. Prosesin başlıca vəzifələrinə aşağıdakılar aiddir: 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə