Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə190/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
206 
8.3.4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş 
(konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanunun 12-ci maddəsinin 
tələblərinə müvafiq olaraq dərc etdirdikdə.
Maddə 9. Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatlarının 
tərtib edilməsi 
9.0. Kiçik sahibkarlıq subyektləri: 
9.0.1. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun Qayda-
larına uyğun olaraq maliyyə hesabatlarını tərtib etməlidirlər; və ya 
9.0.2. öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını Kommersiya 
Təşkilatları üçün Milli Muhasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib 
edə bilərlər. 
Maddə 10. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq sub-
yektləri istisna olmaqla, kommersiya təşkilatlarının maliyyə hesabat-
larının tərtib edilməsi 
`10.1. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq subyektləri 
istisna olmaqla, kommersiya təşkilatları:
10.1.1. maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli 
Mühasibat Uçotu Standartlarına uyğun tərtib etməlidirlər; və ya 
10.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə 
Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edə bilərlər. 
10.2. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri 
istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kom-
mersiya təşkilatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını 
qrupun göstəriciləri (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və 
balansın yekun məbləği), həmin hesabatların tərtib olunduğu tarixə müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi müvafiq meyar göstəricilərinin 
(illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) 
ikisindən yuxarı olduqda, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına 
uyğun tərtib edirlər. 
10.3. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri 
istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kom-
mersiya təşkilatlarından, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabat-
larının bu Qanunun 10.2-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının Bey-
nəlxalq Standartlarına uyğun tərtib edilməsi tələb olunmadıqda, onlar bu he-



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə