Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə195/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
211 
18.3. Milli Mühasibat Uçotu Standartları bütövlükdə qüvvəyə minənədək 
hazırlanmış Milli Mühasibat Uçotu Standartlarının mərhələlərlə tətbiqi 
müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
18.4. 2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəl-
xalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabat-
larını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı bu Qanun 
qüvvəyə mindikdən sonra bir il müddətində müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və 
dəyişikliklər edilir. 
Maddə 19. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
 
 
 
 
 
 


Maliyyə hesabatı
212 
Əlavə 2 
«MÜHASİBAT UÇOTU HAQQINDA» AZƏRBAYCAN 
RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin 
etmək məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
1.1. iki ay müddətində: 
1.1.1. qüvvədə olan qanunvericilik aktlarının «Mühasibat uçotu haq-
qında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə 
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 
etsin; 
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi 
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna 
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının 
Prezidentinə məlumat versin; 
1.1.3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu-
nun: 
1.1.3.1. 2.1.9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının 
Maliyyə Nazirliyinin iştirakı ilə meyar göstəricilərini (illik gəliri, hesabat ili 
ərzində işçilərin orta sayı və balansın yekun məbləği) təsdiq etsin və bu 
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
1.1.3.2. 5.6-cı maddəsində nəzərdə tutulmuş Mühasibat Uçotu üzrə 
Məsləhət Şurasının tərkibini təsdiq etsin; 
1.1.3.3. 16-cı maddəsinə müvafiq olaraq mühasibat uçotu subyekti tərə-
findən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə 
hesabatlarının hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxla-
nılması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə məsuliyyət növlərini 
müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının 
Prezidentinə təqdim etsin; 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə