Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə12/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
14 

peşə təşkilatlarınin tövsiyələri. 
İtaliyada
uçot və hesabat sisteminin qanunvericilik əsası kimi Mülki 
Kodeks, Respublika Prezidentinin sərəncamları, habelə Maliyyə Nazirli-
yinin müvafiq əmrləri, o cümlədən peşə təşkilatlarının tövsiyələri çıxış edir. 
ABŞ-da
mühasibat uçotu və hesabatını tənzimləyən başlıca sənəd 
GAAP sistemi hesab olunur. GAAP özünün mahiyyətinə görə uçot standart-
larının rolunu oynayan və hamı tərəfindən qəbul edilən ümumi uçot prin-
siplərindən ibarətdir.
GAAP sistemində sənədlərin dörd səviyyəsi fərqləndirilir: 
1.
 
A səviyyəsi: 
-
maliyyə uçotu standartları üzrə təlimat; 
-
interpretasiyalar; 
-
tövsiyələr; 
-
mühasibat uçotu üzrə tədqiqat bülletenləri. 
2.
 
B səviyyəsi: 
-
texniki bülletenlər; 
-
mühasibat uçotu və audit üzrə sahə təlimatları; 
-
izahlar. 
3.
 
S səviyyəsi: 
-
işçi qrupunun ümumi qərarı,
-
praktik bülletenlər; 
-
tətbiq üzrə təlimatlar
-
uçotun qəbul edilən sahə praktikası. 
ABŞ-ın GAAP sisteminin əsasını A səviyyəsinin sənədləri təşkil edir. 
1.3. Maliyyə hesabatının tərkibi 
Мüasir dövrdə ölkəmizdə müəssisə və təşkilatların maliyyə hesabatının 
tərkibi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 
tələbləri əsasında formalaşmışdır. Qanunda Azərbaycan Respublikası ərazi-
sində fəaliyyət göstərən və maliyyə hesabatı tərtib etməli olan müəssisə və 
təşkilatlar iki qrupa bölünür: 
1. Kommersiya təşkilatları;
2. Qeyri-kommersiya təşkilatları. 


Sifariz Səbzəliyev
 
15 
Kommersiya təşkilatları da öz növbəsində üç qrupa parçalanır. On-
lardan birincisi ictimai əhəmiyyətli qurumlar, ikincisi kiçik sahibkarlıq sub-
yektləri, üçüncüsü isə digər kommersiya təşkilatlarıdır ki, onlar da Qanunda 
və onun əsasında hazırlanmış normativ-hüquqi sənədlərdə “ictimai əhəmiy-
yətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla kommersiya 
təşkilatları” kimi adlanır. Biz isə onları “adi kommersiya təşkilatları” adlan-
dırmağı məqsədəuyğun hesab edirik.
Qanunda “qeyri-kommersiya təşkilatları” dedikdə, büdcə təşkilatları, 
bələdiyyə orqanları, büdcədənkənar dövlət fondları və qeyri-hökumət təş-
kilatları nəzərdə tutulur.
Göstərilən qruplara aid edilən müəssisə və təşkilatlarda maliyyə he-
sabatı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 
aşağıdakı ayrı-ayrı maddələri üzrə tənzimlənir: 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə