Sifariz Səbzəliyev
47
Tərtib olunma mənbələrinə görə
balanslar aşağıdakı kimi
fərqləndirilir:
kitab balansı;
baş balans;
inventar balansı.
Kitab balansı
Baş Kitabın hesablarının qalıqları əsasında cari uçot
məlumatları vasitəsilə tərtib olunur.
Baş balanslar
inventarlaşma materialları ilə təsdiq edildiyi zaman
tərtib olunur.
İnventar balansları
müxtəlif aktivlərin və öhdəliklərin siyahı məlu-
matları əsasında tərtib edilir (məsələn, giriş balansı hüqüqi şəxsin sənədləri
ilə təsdiqlənir).
Mülkiyyət formaları üzrə
balanslar aşağıdakı kimi fərqləndirilir:
dövlət müəssisələrinin balansları;
bələdiyyə təşkilatlarının balansları;
xüsusi mülkiyyət müəssisələrinin balansları;
qarışıq mülkiyyət formasıının balansları (səhmdar cəmiyyəti,
təsərrüfat yoldaşlığı və s.);
ictimai təşkilatların balansları.
Ümumiləşdirmə
dərəcəsinə görə
balansları belə təsnifləşdirmək olar:
vahid balans;
icmal (konsolidə edilən) balans.
Vahid balanslar
bir təşkilatın, yaxud onun struktur bölməsnin
maliyyə vəziyyətini açiqlayan informasiyaları əks etdirir.
İcmal (konsolidə edilən) balanslar
ana və onun övlad müəssi-
sələrinin aktivlərini və öhdəliklərini açıqlayan məlumatları ümumiləşdirir.
Belə balanslar tərtib edildikdə, həmin qrupun aktivlərinin, öhdəliklərinin,
gəlir və xərclərinin analoji maddələrinə münasibətdə vahid uçot siyasətinə
istinad edilir.
Tərtib edilmə vaxtına görə
balanslar belə fərqləndirilir:
giriş balansı;
cari balanslar (ilkin balans, aralıq balans, son balans);
sanir balanslar;
|