Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə22/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
25 
Hər bir ölkədə konvergensiyanın son məqsədi MHBS-in qəbul etmək-
dən və bu zaman hər hansı bir milli xüsusiyyətləri nəzərə almaqdan 
ibarətdir. Bu proses Azərbaycanda artıq başa çatmaq ərəfəsindədir. 
 
1.6. Maliyyə hesabatının MHBS-ə uyğun transformasiyası 
Maliyyə hesabatlarının transformasiyası prosesinin təşkili müəssisələrdə 
mühasibat uçotunun aparılmasının struktur xüsusiyyətləri ilə müəyyənləş-
dirilir. Bunun üçün müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin uçotu 
proseslərində istifadə olunan jurnal-orderlərin, işləmə cədvəllərinin (vedo-
mostların), Baş Kitabın və icmal uçot registrlərinin vahid formata gə-
tirilməsi tələb olunur. 
Hesabatın transformasiyası üçün aşağıdakılardan istifadə edilir: 

İcmal transformasiya cədvəli; 

Transformasiya mühasibat yazılışlarının məbləğlərinin əks etdirildiyi 
işçi cədvəllər; 

Nizamlayıcı yazılışların sistemləşdirilməsi üçün zəruri sayılan transfor-
masiya mühasib yazılışlarının jurnalları; 

Uçotun bölmələri üzrə xüsusi transformasiya cədvəlləri. 
Maliyyə hesabatları transformasiya olunduqda, balans hesabatının, 
eləcə də mənfəət və zərərlər haqqında hesabatın göstəriciləri yenidən 
hesablanmağa məruz qalır. Digər hesabat formaları isə onların əsasında 
formalaşır. İzahedici qeydlərdə təşkilatın qəbul etdiyi uçot siyasətinin 
xüsusiyyətləri və transformasiyanın üsulları göstərilir. 
Hesabatların transformasiyası üçün müəyyən ardıcıllığı gözləməklə, 
aşağıda göstərilən hər bir addımın atılması zəruridir: 

Maliyyə hesabatının beynəlxalq standartlarının maddələrinin tərkibini 
müəyyən etmək. Maliyyə hesabatları formalarının paketi transformasiya 
başlananadək təqdim olunmalıdır. Eyni zamanda MHBS üzrə hesabat-
ların formalaşması üçün uçot siyasəti də müəyyənləşdirilməlidir; 

Milli mühasibat hesabatlarının maddələrini açıqlamaq; 

Hesablar üzrə qalıqların və dövriyyələrin açıqlanmasını həyata keçir-
mək; 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə