Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji


V MÖVZU TƏLİMDƏ İNTERAKTİV METODLAR VƏ FƏAL TƏLİM



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   58
Azf-269214

V MÖVZU

TƏLİMDƏ İNTERAKTİV METODLAR VƏ FƏAL TƏLİM

METODLARI PROBLEMİ

PLAN:

1. Hazırda interaktiv  metodlar,  fəal  təlim  metodları,

təlim

texnologiyaları

anlayışlarına 

tez-tez 

rast

gəlməyin səbəbləri

2. Yeni  anlayış  kimi  meydana  çıxan  “interaktiv

pedaqogika” ifadəsinin konkret mənası

3. Təlim prosesində şagirdlər arasında əlaqə, qarşılıqlı

təsir və əməkdaşlığın əsas səbəbi

Hazırda  interaktiv  metodlar,  fəal  təlim  metodları,  təlim

texnologiyaları anlayışlarına tez-tez rast gəlirik. Xarici beynəlxalq

təşkilatlar,  milli  qurumlar,  müasir  təlim  metod  və texnolo-

giyalarının  təbliği  müəllimlər  arasında  yayılması  ilə əlaqədar  10

ildən artıqdır ki, seminarlar, mühazirələr, layihələr keçirirlər.

Öyrənilən  yeni  tərz,  metod,  vasitə və yanaşmalar  yara-

dıcılığı, müstəqilliyi inkişaf etdirməklə yanaşı, insan şəxsiyyətini,

onun  insanlara,  təbiətə,  cəmiyyətə

münasibətini,  mənəvi

dünyasını və s. inkişaf etdirməli, zənginləşdirməlidir.

Əvvəlcə,  interaktiv  sözü  haqqında:  “interakriv”  anlayışı

ingilis  dilindən  dilimizə,  o  cümlədən  digər  dillərə keçmədir.

Hazırda  “interakriv  pedaqogika”,  “interaktiv  təlim”,  “interaktiv”

təlim  metodları” və yaxud,  yığcam  olaraq  “interaktiv  metodları”

ifadələrinə tez-tez rast gəlirik.

Yeni anlayış kimi meydana çıxan “interakriv pedaqogika”

ifadəsini  ilk  dəfə 1975-ci  ildə alman  tədqiqatçısı  Hans  Frits

işlətmişdir. Alimin tədqiqatlarında interaktiv prosesin məqsədi bu

proses  iştirakçılarının  davranış  modelini  dəyişdirmək  və yax-

şılaşdırmaqdır. O, interaktiv metodlar haqqında interaktiv tərbiyə

prosesi  kimi  danışır.  Belə ki,  alimə görə təlimdə interaktivliyi

müəllim və şagirdin qarşılıqlı təsir – əməkdaşlıq qabiliyyəti kimi

izah  etmək  olar.  İnter – (ingilis  dilində Enter) – ara  (insanlar

36

arası), qarşılıq (insanların qarşılıqlı anlaşması, əməkdaşlığı, işi) və



s. kimi başa düşülür. Metod olaraq interaktivlik təlim prosesində

müəllim və şagird arasında işin gedişindən – mövzudan, şərhdən,

dialoqdan,  rollu  oyundan  həmin  anda  meydana  çıxan  yanaşma,

izah və s.-dir. Yəni, bu tərz irəlicədən planlaşdırılmır, işin – təlim

prosesinin  gedişi  bu  məqamı  ortaya  çıxarır  və daha  çox  şagirdin

müstəqilliyi müdaxiləsi ilə baş verir.

Digər  tərəfdən,  interaktivlik  şagirdlərin  özləri  arasında  da

ola  bilər. Əsas  cəhət  odur  ki,  bu  prosesdə əməkdaşlıq  edən,

öyrənənlər və öyrədən eynihüquqlu mövqedə dayanırlar. Təbii ki,

müəllim  öyrədən  olaraq  təşkilatçılıq,  koordinator,  məsləhətçi,

fasilifator  funksiyasını  yerinə yetirir.  Şagirdlərin  işlərinə mü-

daxilə etmədən  problemləri  qoyur,  istiqamər  verir,  nəzarət  edir,

axtarış  strategiyasını  hazırlamağa  kömək  edir,  amma  təlim

tapşırıqları  üzərində uşaqlar  özləri  birlikdə öz  aralarında  mü-

bahisə edərək, diskussiya apararaq işləyirlər.

Bununla  yanaşı,  hər  bir  şagirdin  öz  fikri,  ideyası  olur.

Mübadilə nəticəsində fikirlər dəyişir, ideyalar təzələnir. Beləliklə,

psixoloji abu-hava dəyişir. Qrupdakı zəif şagirdlər də müzakirədə

fəal  iştiraka  qoşulurlar:  məsələlərin  müzakirəsi  və kollektiv

müzakirənin gedişində biri-birini dinləməyə alışırlar.

Hər  bir  təlim  tapşırığının  bu  cür  həlli  vasitəsilə onlar

idraki  axtarıcılıq  taktikalarını  təkmilləşdirir,  təlimdə öz  müvəf-

fəqiyyət formulunu hər kəsin özü qurur.

Beləliklə,  təlim  prosesində şagirdlərarası əlaqə,  qarşılıqlı

təsir  və əməkdaşlıq əsas  olur.  Təlim  nəticəsi  təlim  prosesi

iştirakçılarının  qarşılıqlı  qüvvəsi  ilə əldə edilir,  şagirdlər  təlim

nəticələrinə görə öz üzərilərinə qarşılıqlı məsuliyyət götürürlər.

Bunlar imkan verir ki, şagirdlər:

– Biliyi qavrama prosesini daha anlaşıqlı etsinlər;

– Öz  fikrini  formalaşdırmağı,  onu  düzgün  ifadə etməyi,

öz  nöqteyi-nəzəri əsaslandırmağı,  müzakirələşdirməyi  və

sübut etməyi öyrənirlər;

Digərini  eşitməyi,  dinləməyi, alternativ  fikrə hörmət



etməyi öyrənirlər;


37

– Müxtəlif  sosial  vəziyyətləri  modelləşdirməyi,  müxtəlif

həyatı vəziyyətlərə qoşulmaqla və bu həyatı duymaqla

öz sosial təcrübələrini zənginləşdirirlər;

Qrupda  konstruktiv  münasibətlər  qurmağı,  burada  öz



yerini müəyyənləşdirməyi,  konfliktlərdən  qaçmağı,

onları  həll  etməyi,  kompromis  axtarmağı,  dialoqa  səy

etməyi öyrənirlər;

Təlim  materiallarını  təhlil  edir,  onlara  yaradıcı



yanaşırlar;

Problemin ümumi həllini tapırlar;



Layihələrlə iş fəaliyyətinə, müstəqil işləməyə, yaradıcı

işlər görməyə alışırlar və s.

İnteraktiv  metodlar  müəllim  və şagird əməkdaşlığını

reallaşdırır,  onları  konstruktiv  qarşılıqlı  hərəkətə alışdırır,  dərsdə

psixoloji iqlimi sağlamlaşdırır, xoş abu-hava yaradır.

Azərbaycanda  interaktiv  metodlarla  işləyən  az  sayda  olan

müəllimlərin  iş  təcrübəsi  xarici  təcrübənin  səmərəliliyini  təsdiq

edir.  Lakin  təlim  prosesində məsələyə yanaşmada  tam  təqlid

köçürmə olmamalıdır. Hər bir fəal, işgüzar Azərbaycan müəllimi

şagirdlərin  sosial  şəraitini,  ictimai  mühitini,  milli  mentalitetini,

adət-ənənələrimizi,  fənnin,  mövzunun  fundamentallığını  və ya

praktikliyini,  fənlərarası əlaqəni,  hətta  bilgilərin  inteqrasiyasını,

yaş  və anlaq  həyat  təcrübəsi  səviyyəsini  və pedaqoji-metodik,

psixoloji-iradi  xüsusiyyətləri  nəzərə almalı,  prosesin  təşkilinə

yaradıcı yanaşmalıdır.

Qeyd  edək  ki,  interaktiv  təlim  metodlarından  həmişə

istifadə etmək onun təsirini azalda bilər. Həqiqi təlim üçün metod

və texnologiyalar  qarşıya  qoyulmuş məqsəd  və şəraitdən  asılı

olaraq seçilməlidir. Ona  görə də müəllimlər məqsəd və şəraitdən

asılı  olaraq  seçilməlidir. Müəllimlər  fənnə,  mövzuya,  şagirdlərin

təcrübə və bilik  səviyyəsinə görə bütün  təlim  modellərində

müxtəlif  metodika  və texnologiyalardan  istifadə etməlidirlər.

Əsas  odur  ki,  təlim  uşaqları  inkişaf  etdirsin.  Onlara düşünmək,

müstəqil  fikir  söyləmək,  biliklərini  tətbiq  edə bilmək  bacarıqları

38

aşılasın. Onlarda ünsiyyət, anlaşma mədəniyyəti, öz problemlərini



həll edə bilmək qabiliyyəti formalaşdırsın.

Deməli,  interaktiv  təlim  dedikdə, dərsdə yaranan,  təlim

prosesində meydana  çıxan,  şagirdlərarası  öyrənmə ünsiyyəti  və

əməkdaşlığı, müəllim – şagird birliyi nəzərdə tutulur.

Çevik düşündürücü iştirak fəallığını doğurmayan metodlar

uşaqların  marağını  təmin  etmir,  onları  canlandırmır,  fəaliyyətə

qoşmur.  Digər  tərəfdən,  hər  bir  uşağın  (şagirdin)  öz  idealı,

marağı, həyata hazırlıq istəyi var. Belə ki, təlimin həm məzmunu,

həm  də metodları  bu  istəyi  təmin  etməlidir.  Daha  bir  amil  isə,

vətəndaş təhsili və tərbiyəsinin aktuallığıdır.

Bütün  bu  şərtlər  müasir  təlimin  məzmunca  metod  və

texnologiyalara görə yeniləşməsini zəruri edir.

Pedaqoji  prosesdə baş  verən yeniliklərdən  biri  də təlimdə

tərbiyəediciliyin  daha  da  artmasıdır.  İnteraktiv  təlim  şagirdlərə

bilik  vermə prosesində həm  də onları  iradi, əxlaqi, əqli,  estetik,

mədəni,  hüquqi,  ekoloji,  iqtisadi  və digər  akseoloji  dəyərlər

yönümündə inkişaf etdirir, formalaşdırır.

Yeni  tələblərə cavab  verən  pedaqoji  kadr  olmadan  təhsili

yenilik  səviyyəsinə qaldırmaq  mümkün  deyildir.  Hər  şey

müəllimdən,  təhsili idarə edən  insanlardan,  onların  vətəndaşlıq

amalından,  ləyaqət,  mənəviyyat,  mədəniyyət  və müasir  tələblərə

cavab verən peşə – ixtisas hazırlığından asılıdır.

Fəal  və interaktiv  metodlar  bir-birilə sıx  bağlıdır,  amma

tam  eyni  deyillər.  İnteraktiv  metodların hansı  prosesdə zərurətə

çevrildiyini irəlidə qeyd etmişik. Bəs, fəal təlim metodları nədir?

Bu  anlayış  XX əsrin  80-cı  illərindən  Azərbaycanda

işlənməyə başlamışdır.  “Fəal”  sözü  bəlli  olduğu  kimi  daha  işlək,

hərəkətdə,  təsirdə olan  mənasını  verir.  Fəal  təlim  metodlarının

interaktiv təlim metodları ilə yaxınlığı mahiyyətindən doğur, lakin

doğuluş və seçim təsirinə görə bir-birindən fərqlənir. Belə ki, əgər

interaktiv  metodlar  dərsdə təlim  prosesinin  gedişindən  doğursa,

yəni  biri  digərini əvəz  edərək  meydana çıxırsa və öyrənənlərin

hamısının  birlikdə tam,  müstəqil  fəaliyyətini  təmin  edirsə,  fəal

metodlar  irəlicədən  planlaşdırılmış  təlimin  fəallaşdırılmasına




39

şərait  yaradır. Ənənəvi  olaraq  işlənən  söz  metodları, əyani,

praktik metodlar bu gün də fəal metodlar sırasına daxildir. Rollu

oyunlar,  müxtəlif  xarakterli  didaktik  çalışmalar,  esse,  test  tap-

şırıqlarının  icrası,  diskussiya,  müzakirə və s.  fəal  təlim  metod-

larıdır. Təlimin  fəal  metodları  dedikdə,  öyrənənlərin  məlumat-

lanmasını,  idrak  müstəqilliyini,  fikri  fəallığını,  yaradıcılığını

artıran metodlar nəzərdə tutulur.

İnteraktiv  təlim  qarşılıqlı  fəaliyyət  prosesində yaradıcı

fəaliyyətə əsaslanmaq  deməkdir.  Bu  gün  məktəb  nə üçün

interaktiv  təlim  sorağındadır? Ənənəvi  təlimin  mahiyyəti  ondan

ibarətdir  ki,  təlimdə müəllimin  fəaliyyətinin  izahlı  illüstrativ

xarakteri üstünlük təşkil edir. Birinci  yerə yalnız tədris vəzifələri

ilə məhdudlaşan  fənn  xarakterli  bilik,  bacarıq  və vərdişlərə

yiyələnmək  dururdu.  Müəllimin  fəaliyyəti  ona  yönəlirdi  ki,  necə

etsə, hər şeyin aydın olmasını, başa düşülməsini təmin edə bilər.

Bu  da təlim  fəaliyyətini  yerinə yetirərkən  müəllimin  başlıca

meyarı  olurdu. Ənənəvi  təlim  tipində müəllim-şagirdl  münasi-

bətləri birtərəfli idi. Şagirdlər müəllimin dediklərini icra edir, onu

təqlid  edir,  müəllim  kimi  olmağa  çalışır.  Dərsdə müəllimlə

şagirdlər ancaq işgüzar əlaqə saxlayırlar.

İnteraktiv təlim şagirdlərə bilik vermə məsələlərində, həm

də onları  iradi, əxlaqi, əqli,  estetik,  mədəni,  hüquqi  dəyərlər

yönümündə inkişaf  etdirib  formalaşdırır.  İnteraktiv  metodları

aktuallaşdıran bir sıra tələblər var:

1. İnsanların bazar iqtisadiyyatı cəmiyyətində yaşaması və

hər  kəsin  özünün  bu  cəmiyyətdə yaşaya  bilməsi  üçün  hazır-

lanması zərurəti;

2.  Uşaqların  20-30  il əvvəlki  zamana  görə dünyagörü-

şünün, sosial, texniki məlumatlıq səviyyəsinin yüksək olması;

3.  Deməli,  çevik,  düşündürücü  idrak  fəallığını  doğur-

mayan  metodlar  uşaqların  marağını  təmin  etmir,  onları

canlandırmır, fəaliyyətə qoşmur.

Təlim  strategiyası  nədir?  Təlim  strategiyaları  müəllimin

təlim  prosesində istifadə etdiyi  metod,  forma  və üsulları əhatə

edir.  Pedaqoji ədəbiyyata  təlim  metodlarının  müxtəlif  növlərinin

40

olduğu  göstərilir.  Məsələn,  beyin  həmləsi  (əqli  hücum),  BİBÖ,



klaster  (şaxə)  anlayışının  çıxarılması,  söz  assosiasiyaları, akva-

rium,  rollar  üzrə oyun,  venn  dioqramı,  layihələrin  hazırlanması,

ESSE və s.

Beləliklə, “Tədris  prosesinə fəal  təlim  metodlarının  daxil

edilməsi  şagirdlərin  passivliyinin  aradan  qaldırılmasına,  təfək-

kürün  inkişafına,  təlimin  keyfiyyətinin  yüksəldilməsinə şərait

yaradır.  Fəal  təlim  metodlarının  tətbiqi  nəticəsində “Təhsil  sahə-

sində İslahat  proqramı”nın  təlim-tərbiyə prosesinin  demok-

ratikləşdirilməsi,  humanistləşdirilməsi,  humanitarlaşdırılması,

diferensiallaşdırılması,  fərdiləşdirmə,  inteqrasiya  prinsiplərini

geniş  tətbiq  etməklə həyata  keçirmək  olar”.  (A.Mehrabov  və b.

Pedaqoji texnologiyalar. Bakı-2006, səh. 282)




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə