Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji


VI MÖVZU TƏLİM PROSESİNDƏ PEDAQOJİ DİAQNOSTİKA



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   58
Azf-269214

VI MÖVZU

TƏLİM PROSESİNDƏ PEDAQOJİ DİAQNOSTİKA

MƏSƏLƏLƏRİ

PLAN:

1. Bütün  zamanlarda  mütərəqqi  pedaqoqların  pe-

daqoji  prosesdə

şagirdləri  hərtərəfli  öyrənməyin

zəruriliyini ön plana çəkmələri

2. Diaqnostika  nəticəsində informasiyanı  almaq  üçün

istifadə olunan prinsiplər

3. “Pedaqoji  diaqnostika”  termininin  pedaqogikaya

daxil olduğu konkret dövr

4. Yeni  təlim  və pedaqoji  texnologiyaların tətbiqə

hazırlanmasının kriteriyayönümlü diaqnostikası

Respublikamızda müasir dövrdə sosial-iqtisadi proseslərin

inkişaf  istiqamətlərini  xarakterizə edən başlıca xüsusiyyətlərdən

biri  də informasiyanın  rolunun əhəmiyyətli  surətdə artmasıdır.

Təhsil  sisteminin  təlim-tərbiyə,  idarəetmə,  qiymətləndirmə və s.

fəaliyyət  növlərinin  təkmilləşdirilməsində informasiyanın  rolu

böyükdür.  Həmçinin  təhsil  sistemi  inkişafın  başlıca  istiqa-

mətlərini  xarakterizə edir.  Təhsil  sistemində informasiyalardan

istifadəyə kortəbii  surətdə yanaşma  yüksək  səviyyədə subyek-

tivliyə gətirir və informasiya  cəmiyyətinin  inkişaf  tendensiyaları

ilə ziddiyyət  təşkil  edir.  Baxılan  problemin  həlli  təhsil  prosesinə

müasir pedaqoji texnologiyaların tətbiqi nəticəsində mümkündür.

Pedaqoji  diaqnostikanı  belə müasir  texnologiyalara  aid  etmək

olar.  Şagirdlərin  biliyinin  inkişaf  mərhələsinə müxtəlif  faktor-

lardan  bu  və ya  digər  formada  alimlər,  tədqiqatçılar  münasibət

bildirmişlər.

Rus  tədqiqatçısı  Uşinski  yazmışdır  ki,  “Əgər  pedaqogika

insanı  hərtərəfli  tərbiyə etmək  istəyirsə,  onda  hər  şeydən əvvəl

onu hərtərəfli öyrənməlidir”. O, müəllimlərə məsləhət görmüşdür

ki,  şagirdlərinizi,  onların ətraf  mühitini,  fiziki  və daxili  təbiətini

nə qədər mümkündürsə çox öyrənsinlər.

42

Suxomlinski bu problemin həllinə daha hərtərəfli və dərin



yanaşmış  və qeyd  etmişdir  ki,  uşağı  hərtərəfli  öyrənmək  peda-

qogikanın  nəzəri  və praktik  sahələrinin başlıca  kəsişmə nöq-

təsidir.  Sonrakı  müəllimlər  və tədqiqatçılar da  pedaqoji  prosesdə

uşağın  hərtərəfli  və dərindən  öyrənilməsinə diqqət  yönəltmişlər.

Göründüyü  kimi,  bütün  zamanlarda  mütərəqqi  pedaqoqlar

pedaqoji  prosesdə şagirdlərin  hərtərəfli  öyrənilməsinə geniş  yer

vermişdir.  Onların  bu  fikirləri  müasir  pedaqogika  elmində peda-

qoji diaqnostikanın mahiyyətinin əsasını təşkil etmişdir. Pedaqoji

diaqnostika  termini  isə pedaqogika  elminə keçən əsrin  sonuncu

onilliyində daxil  olmuşdur.  Təhsil  sahəsində tətbiq  olunan

ənənəvi  nəzarət  metodlarından  fərqli  olaraq  pedaqoji  diaqnostika

təhsil sisteminin fəaliyyətin nəticələrinin müntəzəm olaraq izlənil-

məsini  nəzərdə tuturdu  ki,  bu  da  onun yekun  olaraq müqayisəli

təhlilinə imkan verir.

Praktik  olaraq  təhsil  müəssisəsi  üçün  hazırlanan  hər  bir

diaqnostik  metodika  pedaqoji  diaqnostika  üçün  də müvəf-

fəqiyyətlə istifadə oluna bilər.

Pedaqoji  diaqnostikanın məqsədi,  onun  fəaliyyətinin  ma-

hiyyətini əks  etdirən  pedaqoji  informasiya  yolu  ilə həyata  ke-

çirilir.


Diaqnostika  nəticəsində

informasiyanı  almaq  üçün

aşağıdakı prinsiplərə istinad olunur:

1. Diaqnostik praqnozvermə istiqamətliliyi prinsipi

2. Pedaqoji kommunikativlik prinsipi

3. Sosial normativ xarakterlilik prinsipi

4. Elmilik prinsipi

5. Peşəkarlığın məqsədəmüvafiqlik prinsipi

6. Fasiləsizlik prinsipi

7. Tamlıq prinsipi

8. Ardıcıllıq prinsipi

Pedaqoji  diaqnostikanın  texnologiyasının  işlənilməsi

prosesində təcrübi  və nəzəri  metodlardan  istifadə edilir.  Onlara

sorğu,  müşahidə,  müsahibə,  anketləşdirmə,  söhbət,  təbii  və diaq-

nostik eksperiment, modelləşdirmə aid edilir.



43

Pedaqoji  diaqnostika  termini, pedaqogikaya keçən əsrin

axırıncı on illiyində daxil  olmuşdur.  Təhsil  sahəsində tətbiq

olunan ənənəvi nəzarət metodlarından fərqli olaraq öyrənilməsini

nəzərdə tutur  ki,  bu  da  onun  nəticələrinə,  müqayisəli  təhlilinə

imkan verir. Praktik olaraq təhsil müəssisəsi üçün hazırlanan hər

bir diaqnostik metodika  pedaqoji  diaqnostika  üçün əhəmiyyətli

olar.  Pedaqoji  diaqnostikanın  məqsədi,  onun  fəaliyyətinin

mahiyyətini əks etdirən pedaqoji informasiya təyin olunur. Peda-

qoji  informasiya dedikdə,  biz  diaqnostika,  proqnoz  vermə,  məq-

sədəmüvafiq, pedaqoji, kommunikativ, interaktiv, sosial normativ

xarakterlə şərtlənən və ümumtəhsil məktəblərində təhsil fəaliyyəti

nəticəsində onun  subyektlərə tərbiyəvi  təsir  edən  inkişafını

nəzərdə tutur.

Diaqnostika  nəticəsində informasiyanı  almaq  üçün  diaq-

nostikanın  nə kimi prinsiplərə əsaslanması  barədə yuxarıda

məlumat verilmişdir.

İnnovasiyalı  metod  və

texnologiyalardan  istifadəni

arzulamaq azdır, bunu reallaşdırmaq üçün yüksək peşəkarlığa nail

olmaq  lazımdır.  Ona  görə də müəllimin,  yaxud  kollektivin  hər

şeydən əvvəl  yeni  texnoloji  təcrübənin  tətbiqinə peşəkarlıqla

yanaşması  məsləhət  görülür.  Bu  baxımdan,  şəxsiyyətyönümlü

təlim  sistemi əsasında  qurulan  metodika  daha  səciyyəvidir. Əgər

müəllim  metodikada əks  olunan  bütün  parametrləri  icra  etmişsə,

o,  yeni  təhsil  texnologiyasından,  indiki  halda  şəxsiyyətyönümlü

təlimdən istifadə etməyə hazır ola bilər.

Müəllim  üçün  təzə olan  metodikanın  tətbiqində təhsil

müəssisəsi  rəhbərinin  mövcud  innovasiyaya  münasibəti  də çox

vacib  faktordur.  Təəssüflə qeyd  etmək  lazımdır  ki,  bir  çox

müəllim  yeniliklərin  tətbiq  edilməsi  ilə işlədiyi  halda,  onun

fəaliyyətini yenə də köhnə ölçülərlə qiymətləndirirlər.

Məktəb  rəhbərləri  yeni  təlim  metodları  ilə işləyən

müəllimlərin  dərsini  dinləmək  üçün  yeni  yanaşmaları  yüksək

səviyyədə mənimsəməlidir.

44

Əgər  məktəb  rəhbərləri  bir  çox  parametrlərə görə dərsin



təhlilinə hazır deyilsə, onda o yeni metodlarla tanış olmalı, bu növ

fəaliyyət üçün şəxsi hazırlığını artırmalıdır.

Pedaqoji  diaqnostikanın  texnologiyasının  işlənilməsi  pro-

sesində təcrübi nəzəri  metodlardan  istifadə edilir.  Onlara  sorğu,

müşahidə,  müsahibə,  anketləşdirmə,  təbii  və diaqnostik  ekspe-

riment, modelləşdirmə və s. daxil edilir. Bu halda diaqnostikanın

subyektlərindən  alınan  informasiyanın  etibarlılıq  səviyyəsi

mühüm əhəmiyyət kəsb edir.

Deməli, təlimdə pedaqoji  diaqnostikanın  metodlarından

düzgün  və yaradıcı  şəkildə istifadənin əhəmiyyəti  təkzibolun-

mazdır  (müşahidə,  müsahibə,  anket  sorğusu,  testləşdirmə,

pedaqoji-psixoloji eksperiment və s.).

Məktəbli  müvəffəqiyyətinin  diaqnostikası  baxımından

biliyin  yoxlanılmasının  şifahi,  yazılı və test  formalarından  səmə-

rəli  istifadə olunmalıdır.  Bu  da  onu  göstərir  ki,  təhsil  sitemində

təlimə yararlılığın  və intellektual  inkişafın  diaqnostikası  düzgün

müəyyənləşdirilməlidir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə