Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji


VII MÖVZU PEDAQOJİ İNNOVASİYALAR



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə30/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   58
Azf-269214

VII MÖVZU

PEDAQOJİ İNNOVASİYALAR

PLAN:

1. İnnovasiyanın mahiyyəti

2. Pedaqoji sistemin optimallaşdırılması

3. İnnovasiyaların 

obyektini 

müəyyənləşdirən

problemlər

4. Hazırda  pedaqoji  sistemdə

gedən  innovasiya

prosesinin növləri

İnnovasiya 

sözü 

ingiliscə, 



“innovation” 

sözündən


götürülmüşdür.  Mənası  “yenilik”  deməkdir.  Pedaqoji  innovasiya

dedikdə,  təlim,  tərbiyə,  təhsil  prosesinin  gedişini  və nəticələrini

yaxşılaşdırmaq  məqsədilə pedaqoji  sistemdə həyata  keçirilən

yenilik  başa  düşülür.  İnnovasiya  pedaqoji  sistemin  daxili

ehtiyatları  hesabına  baş  verir.  İnnovasiya  sözünün əvvəlindəki

“in” hissəsinin mənası da daxili deməkdir.

Pedaqoji  sistemin  yeniləşməsi  çox  vacib  və aktual

ideyadır.  Çünki  təhsil  cəmiyyətin  simasıdır.  Cəmiyyətin  inkişafı

təhsildə də öz əksini  tapmışdır.  Ölkədə siyasi  sistemin  dəyiş-

məsindən sonra cəmiyyətdə olduğu kimi təhsildə də yeniliklər baş

vermişdir. İndi  yeni  tip  məktəblər yaranmışdır.  Alternativ  təhsil

planları,  dərslikləri,  dərs  vəsaitləri  yaranmışdır.  Təhsilə inves-

tisiyalar qoyulur.

Pedaqoji  sistem  zəncirvari  şəkildə bir-birinə bağlıdır.

Sistemdəki  komponentlərdən  biri  pozulduqda  sistem  dağılır  və

onun əvəzinə yeni  xassələri  olan  başqa  bir  sistem  yaranır.

Pedaqoji sistemin elementləri aşağıdakılardır:

1. Şagirdlər;

2. müəllimlər;

3. təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri;

4. təlim və tərbiyənin məzmunu;

5. təlimin texniki vasitələri;

6. təlim-tərbiyə və təhsil işinin təşkili formaları;

46

7. təlim-tərbiyə və təhsil prosesinin idarə olunması;



8. təlim-tərbiyə və təhsil prosesinin texnologiyası;

9. təlim-tərbiyə və təhsil prosesinin nəticələri.

Pedaqoji sistemin səmərəsi 100%-dən artıq ola bilməz. Bu

göstəricinin  50%-i  müəllimin,  50%-i  isə şagirdin  payına  düşür.

Buradan  belə çıxır  ki, ən  pis  pedaqoji  prosesin nəticəsi  50%-dən

aşağı  ola  bilməz. Həmin  50%-i  bünövrə götürməklə hər  zaman

daha  50%,  yəni  100%-ə çatmaq  uğrunda  mübarizə gedir.  Lakin

indiyədək  tam  100%-lik  qələbə əldə edilməmişdir. Ənənəvi

pedaqoji  sistemli  iş əmsalı  60%-dir. Bu  o  deməkdir  ki,  məktəb

yetirmələrinin yarıdan  bir  az  çoxu  proqram  materiallarını

mənimsəyə bilir.  Odur ki,  daha  yüksək  mənimsəmənin  yolları

axtarılır.

Pedaqoji  sistemin  təkmilləşdirilməsinin  iki  yolu  var:  1)

İntensiv  (fransızca – gücləndirmək,  məhsuldarlığı  artırma);  2)

Ekstensiv (latınca – genişləndirmək, uzatmaq).

İntensiv yol – pedaqoji sistemin inkişafını daxili ehtiyatlar

hesabına həyata keçirməyi nəzərdə tutur. Ekstensiv  yol isə peda-

qoji  sistemin  inkişafı  üçün əlavə qüvvələrin  (investisiyaların),

yeni  vasitələrin,  avadanlıqların,  texnologiyaların,  kapital  qoyu-

luşunun cəlb edilməsidir.

Hazırda qərb məktəbi ekstensiv yolla inkişaf edir. Hazırda

müstəqil  yolla  pedaqoji  məhsulun  keyfiyyətinin  artmasına  şübhə

edirlər və nəzəriyyəçilər belə fikir söyləyirlər ki,  yaxın vaxtlarda

pedaqogikada  innovasiyalar  keçmişə qayıtmağı  aparıb  çıxa-

racaqdır. Odur ki, indi intensiv və ekstensiv yolların inteqrasiyası

yolu  ilə

pedaqoji  sistemin  səmərəliliyini  yaxşılaşdırmağın

mümkünlüyünü iddia edirlər.

İnnovasiyaların obyekti aşağıdakı problemlərdir:

a. təlim-tərbiyə fəaliyyətinin motivasiyasını (öyrənməyə,

oxumağa olan marağı) necə yüksəltmək;

b. dərsdə öyrənilən materialın həcmini necə artırmaq;

c. təlimin sürətini artırmaq;

d. vaxt itkisini necə aradan qaldırmaq və s.




47

Hazırda  bu  problemləri  həll  etməyin  yolları  müəyyən-

ləşməlidir. Bu səbəbdən bəzi mütəxəssislər ənənəvi pedaqogikanı

tənqid  edir,  yeni  bir  elmin  yaranması  fikrini  irəli  sürürlər  ki,

həmin elm təhsili kökündən yeniləşdirsin. Bu, olduqca çətindir.

Yeni pedaqoji ədəbiyyatda belə bir elm şərti olaraq “inno-

vasiya pedaqogikası” adlanır. Təlim və tərbiyənin paradiqmalarını

(nəzəri və praktiki problemlərin həllinin əsasını təşkil edən hakim

nəzəriyyə) dəyişməyi tələb edir. İnnovatorlar belə hesa edirlər ki,

klassik  pedaqoji  nəzəriyyə köhnəlmişdir,  indiki  şəraitdə yeni

nəsillərə həmin nəzəriyyə əsasında təlim-tərbiyə vermək çətindir.

Ölkəmizdə

innovasiyalı  təhsil  müəssisələri  hazırda

fəaliyyət  göstərməkdədir.  Müasir  Təhsil  Kompleksini,  XXI əsrin

bir  sıra  başqa  təhsil  sahəsindəki  yeniliklərini  buna  misal

göstərmək olar.

1. Humanist pedaqogikanın təşəkkülünə pedaqoji sistemdə

sözün əsl  mənasında  gedən  innovasion  prosesi  nümunə kimi

göstərmək olar.

2.  Təlim-tərbiyə prosesin  optimallaşdırılması  ümumilikdə

pedaqoji  sistemə aid  edilən  ümumi  innovasiyadır.  Optimal-

laşdırma  (optium – ən  yaxşı)  mümkün  olan  variantlardan ən

yaxşısını  seçib  götürmək  prosesidir.  Pedaqoji  proses  çox  planlı,

mürəkkəb  və dinamik  olduğu  üçün  optimal  variantlar  da  çoxdur.

Onların ən yaxşısını seçib işlətmək vacibdir. Bu zaman alternativ

variantları  müqayisə etməyə,  daha  məqsədəmüvafiq  varianta

önəm  verməyə lüzum  var. Çünki  bu  şərait  (məsələn,  sinif) üçün

yararlı olan optimallıq digər şəraitdə özünü doğrultmaya bilər.

Optimallaşdırma  nəzəri  və praktik  baxımdan  iki  istiqa-

mətdə olur:

1)

nəzəri  aspektdə



optimallaşdırmanın  sinonim

variantlarını hesaba (uçota) alma, müqayisə, tutuşdurmadır;

2) praktiki  aspektdə – bu  pedaqoji  sistemin innovasiyası,

yekun  təşkili  və qurulması,  qarşıya  qoyulmuş  vəzifələri  həll

etmək üçün onun ən yaxşı vəziyyətə gətirilməsidir. Təlim-tərbiyə

prosesi  o  zaman  optimal  hesab  olunur  ki,  orada  şagirdlər  və

müəllimlər yüklənmir və maksimum nəticə əldə edirlər.

48

Təcürbə göstərir  ki, şagirdlərin  həddindən  artıq  yüklən-



məsi  onların  iş  qabiliyyətini  azaldır,  sağlamlığına  mənfi  təsir

göstərir.

Optimallaşdırma  pedaqoji  prosesi  mövcud  vəziyyətə,

şəraitə uyğunlaşdırmağı  nəzərdə tutur.  Bununla  belə o  özü  yeni

şərait yaradır və pedaqoji prosesin ona tabe olmasını tələb edir.

Təlim-tərbiyə prosesinin  optimallaşdırılması  o  zaman

mümkündür  ki,  müəllim  pedaqoji  sistemin  bütün  parametrlərini

(göstəricilərini)  yaxşı bilsin.  Bu  baxımdan  müəllim aşağıdakı

keyfiyyətlərə malik olmalıdır.

1) yaradıcı təfəkkür üslubuna;

2) təfəkkür çevikliyinə;

3) təfəkkür konkretliyinə;

4) təfəkkür sistemliliyinə;

5)  qərarlar  qəbul  edən  və fəaliyyət  göstərən  zaman  həddi

gözləmək qabiliyyətinə;

6) daha  çox ünsiyyətə girmək və pedaqoji taktı  gözləmək

bacarığına.

Ümumiyyətlə,  hər  bir  müəllim  təlimi  optimallaşdırmağı

bacarmalıdır.

Müasir  yeniləşmə prosesinin  təhlili əsasında  pedaqoji

sistemində gedən innovasiya prosesini üç növə ayırmaq olar:

1. Aşağı səviyyə: Burada  yeni qeyri-adi adlar və ümumi

ifadələrdə dəyişikliklər aparılması güman edilir;

2. Orta  səviyyə:  Burada  mahiyyətə

toxunulmadan

formalar dəyişir;

3. Yüksək  səviyyə:  Burada  bütün  sistemin  və onun

başlıca komponentlərinin əsaslı dəyişilməsi baş verir.

Əslində üçüncü  yüksək  elmi  və praktiki  dəyərə malikdir.

Qalanlar  keçici  xarakter  daşıyır  və “innovasiya”  xatirinə edilir.

Təhlil  göstərir  ki,  üçüncü  səviyyə innovasiyanın  çox  cüzi

hissəsini, ancaq 3 fəslini təşkil edir.

Humanist  məktəblərin təcrübəsi  artıq  innovasion  fəaliy-

yətin  konkret  forma  və üsullarını  müəyyən  etmişdir.  Onlardan

aşağıdakıları göstərmək olar.



49

1. Təlim-tərbiyə fəaliyyətinin diferensiasiyası

2. Tərbiyə və təlim prosesinin fərdiləşdirilməsi

3. Hər bir tərbiyə olunanın meyl və qabiliyyətinin inkişafı

üçün əlverişli şəraitin yaradılması

4. Homogen  (eyni  mənşəli)  siniflərin  və paralellərin

formalaşdırılması

5. Təlim-tərbiyə üçün rahat şəraitin olması

6. Şagirdə və onun inkişafına inam

7. Şagirdi necə varsa elə qəbul etmək

8. məktəbin məqsəd istiqamətinin dəyişməsi

9. Qiyabi, ekstern təlimin aradan qaldırılması

10. Müəllimin şəxsi daxili yönümünün dəyişdirilməsi

11. Humanitar təhsilin gücləndirilməsi




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə