Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25

13

2)  Şifahi  nitq  prosesində və görülmüş  işlərin  müzakirəsi

zamanı  şagirdlərin  fikri  fəaliyyət  vərdişləri  inkişaf edir, əvvəllər

qazandığı təcrübə və bilikləri aktuallaşır

3)  Qruplarda işləyən hər bir uşaq özünü  sərbəst  hiss edir,

təlim tapşırıqlarını özünəməxsus tempdə yerinə yetirir

4)  Uşaq  həm  öz  işinin,  həm  də kollektivin  işinin  nəticəsi

üçün məsuliyyət daşıyır

5) Uşaqda  öz  şəxsi  keyfiyyətlərini,  imkan  və qabiliy-

yətlərini qiymətləndirmək bacarığı formalaşır

6)  Bu  informasiyanın  bir  neçə müxtəlif  tərəfdaşla  müza-

kirəsi assosiativ əlaqənin miqdarını çoxaldır. Bununla da mənim-

səmə daha da möhkəmlənir.

Bu  metodda  qrupun

əsas  üzvləri  mövzu  üzərində

yoldaşları ilə əlaqəli şəkildə işləyirlər. Birlikdə qarşıya qoyulmuş

məqsədə nail  olmağa çalışırlar.  Tapşırıqlar, onların  yerinə

yetirilməsi üçün ayrılan vaxt müxtəlif olur. Komandalar bir-birilə

yarışmırlar,  onlar  müxtəlif müddətdə müxtəlif  tapşırıqlara  cavab

hazırlayırlar. Hər bir qrupun müvəffəqiyyəti onun üzvlərinin fərdi

məsuliyyəti və çalışqanlığı ilə bağlıdır. Buna görə də qrupun bü-

tün  üzvləri  çalışırlar  ki,  verilən  tapşırığı,  materialları  yaxşı  mə-

nimsəyə bilsinlər.  Kollektivlə iş  zamanı  müəllimin əsas  vəzifəsi

uşaqları  bilməməkdə,  bacarmamaqda  günahlandırmaq  və bunları

sinifdə elan etmək deyil, onları bilmədiklərini və bacarmadıqlarını

öyrənməyə, istiqamətləndirməyə yol  göstərməkdir.  Onların  fəa-

liyyəti  müddətində müəllim  uşaqların  gördükləri  işləri  izləməli,

lazım  gəldikdə ehtiyacı  olan  qrupa  kömək  etməlidir.  Müəllim  öz

köməkliyini  xeyirxahlıqla,  sakit  tərzdə etməli  və bunu  qrupda

müzakirə aparan  uşaqlara  təlqin etməlidir. Əgər  qrup  verilən

tapşırığın öhdəsindən gələ bilmirsə bunun 2 səbəbi var:

I. tapşırıq həddən artıq çətin və mürəkkəbdir;

II.tapşırığı əldə etmək  üçün  uşaqlarda  möhkəm  praktik

vərdişlər yaranmayıb.

Bütün  bu  hallarda  müəllimin  pedaqoji  ustalığınıın  artırıl-

ması istiqamətində iş aparılmalıdır.

14

Layihələr  metodu  ilə təlim  texnologiyası – Layihələr

metodu  XX əsrin  20-ci  illərindən  ABŞ-da  Con  Djui və onun

şagirdi  Kill  Patrin  tərəfindən  işlənmişdir.  Bu  metodla fəal təlim

əsas şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarına

uyğun  qurulmuşdur.  Metodun əsas  mahiyyəti  uşaqların əldə

etdikləri  biliklərin  həyatda  onlara  lazım  olmağını  göstərməkdir.

Tədris  prosesində şagirdə tanış  olmayan,  onun  üçün əhəmiyyət

daşıyan,  real  həyatdan  götürülmüş ən  vacib  problemin  həllinə,

onun  malik  olduğu  və əldə edəcəyi  biliklərdən  istifadə etmək

öyrədilir.  Müəllim  yeni  informasiyaların  alınma  mənbəyini  gös-

tərə bilir  və bu  informasiyadan  necə axtarmağın  mümkün  oldu-

ğunu  deyə bilir,  uşağı  istiqamətləndirə bilir.  Layihələr  meto-

dundan  uşaqlar  fərdi,  cütlər  və qrup  şəklində müəyyən  vaxt

ərzində müstəqil  fəaliyyət  göstərməyə,  həmişə hansısa  bir  prob-

lemi  həll  etməyə yönəlir.  Problemin  həllində müxtəlif  təlim

metodları  və vasitələri  tətbiq  edilməklə yanaşı,  həm  də müxtəlif

elm,  texnika  sahəsində sınaqdan  çıxmış  biliklərdən interaktiv

şəkildə istifadə etməsi nəzərdə tutulur.

Müasir pedaqoji texnologiyaların bünövrəsi kimi layihələr

metodu-müxtəlif təlim vasitələri və informasiya texnologiyaların-

dan  istifadə etməklə reallaşır.  Burada  həm  müasir  (kompüter

telekommunikasiyaları,  elektron  baza  göstəriciləri,  video  və

multimedia vasitələri, faks, video rabitə), həm də ənənəvi (elm və

məlumat  kitabları,  video  yazıları  və b.)  tədris  vasitələrindən

istifadə edilə bilər.  Həmçinin  layihələr  metodu  bir  kompleks

problem üzrə yerinə yetirilir.



Modulla  təlim  texnologiyası – Təlimdə şəxsiyyətyö-

nümlü  konsepsiyanın  reallaşdırılması,  inkişafetdirici  pedaqoji

texnologiyaların  layihələşməsi  və praktikada  tətbiqi  onların

müxtəlif şəraitdə, müxtəlif mövzular üzrə sınaqdan çıxarılmasını,

bu sahədə pedaqoji təcrübənin öyrənilməsini tələb edir.

Məktəblərdə tətbiqinə geniş  maraq  göstərilən  yeni  peda-

qoji  texnologiyalardan  biri  də modulla  təlim  texnologiyasıdır.

Təlimin  modul  texnologiyası  dedikdə,  uşaqların  müstəqil  olaraq




15

dərsdə və dərsdənkənar  vaxtlarda  modullu  iş  prosesində konkret

təlim məqsədlərinə nail olması başa düşülür.

Görkəmli  tədqiqatçı  alimlərdən  A.Mehrabov, Ə.Ağayev,

Ə.Abbasov,  Z.Zeynalov,  R.Həsənov  və b.  texnoloji  yanaşmanın

strukturunu  şaquli  və üfuqi  olmaqla  iki  yerə bölürlər.  Belə

texnoloji yanaşmanın şaquli strukturunda bir-birilə əlaqəli – meta,

makro, mezo və mikrotexnologiyaları ayırmaq lazımdır.

Matetexnologiya – sosial  pedaqoji  səviyyədə təhsil  sahə-

sində sosial  siyasəti  həyata  keçirməyə imkan  verən  ümum-

pedaqoji (ümumdidaktik, ümumtərbiyə) texnologiyadır.

Makrotexnologiya və ya  təhsil  sahələri  üzrə texnologiya

hər  hansı  təhsil  sahəsini  təlim-tərbiyə prosesinin  müəyyən

istiqamətini,  ümumpedaqoji  və ümummetodiki  səviyyədə fənnin

tədrisi ilə bağlı fəaliyyət sahələrini əhatə edir.

Mezotexnologiya və ya  lokal  modul  texnologiya  təlim-

tərbiyə prosesinin ayrı-ayrı hissələri (modulları), xüsusi, didaktik,

metodik  və ya  tərbiyənin  müəyyən  bir  problem  sahəsi  ilə bağlı

məsələləri həll etmək üçün tətbiq olunan texnologiyadır.

Mikrotexnologiya – pedaqoji  prosesin  subyektləri  arasın-

dakı  operativ  məsələlərin,  qarşılıqlı əlaqələrin,  yazı  vərdişlərinin

həlli  ilə bağlı  texnologiyadır.  Belə texnologiyalara  misal  olaraq

yazı vərdişlərinin formalaşdırılması, subyektin (şəxsiyyətin, tədris

prosesinin  iştirakçılarının)  şəxsi  keyfiyyətlərinin  korreksiyası

üçün  treninqlərin  təşkili  ilə bağlı  texnologiyaları  göstərmək  olar.

(Bax:  A.Mehrabov, Ə.Abbasov,  Z.Zeynalov,  R.Həsənov.  Peda-

qoji texnologiyalar. Bakı-2006, səh. 11)

ƏDƏBİYYAT

1. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, 2006.

2. Qaralov  Z.  Tərbiyə (prinsiplər,  məzmun,  metodika),  I,  II,

III cild. Bakı, 2003.

3. Mərdanov  M.  Azərbaycan  təhsil  sistemi:  real  vəziyyət,

problemlər və islahat istiqamətləri. Bakı, 2005.

16

4. Mehrabov  A.,  Abbasov Ə.,  Zeynalov  Z.,  Həsənov  R.



Pedaqoji texnologiyalar. Bakı, 2006.

5. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Dərs vəsaiti.

Bakı, 2008.

6. Nəzərov  A.,  Mollayeva  E.  Müasir  dövrün  təhsil

problemləri. Dərs vəsaiti. Bakı, 2011.

7. Təhsil  sahəsində Azərbaycan  Respublikasının  İslahat

proqramı (1998 – 2004). I kitab, Bakı, 2005, I cild.

8. Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu.

Bakı, 2009.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə