Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə74/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   140
marketinq-tedqiqatlar qaralama

HQ: istehlakçının əldd etdiyi boyanın kəmiyyəti ilə onun rəngi arasında bağlılıq yoxdur.

Hh istehlakçının əldə etdiyi boyanın kəmiyyəti ilə onun rəngi arasında bağlılıq mövcuddur.

Yuxarıdakı cədvəlin məlumatlarından göründüyü kimi, Dj-nin maksimum qiyməti 0,053-ə bərabərdir. N = 100 olduqda D-nin hesablanmış qiyməti onun kritik qiymətini (Dk =1,36 /-^J 100= 0.136) aşmır. Beləliklə, alıcıların evin boyanması üçün istifadə etdikləri (üstünlük verdikləri) boyalarla həmin boyaların rəngləri arasında bağlılığın olmaması haqqmda hipotez (Ho) öz təsdiqini tapır, başqa sözlə, HQ hipotezi qəbul edilir.

Bir sıra hallarda marketinq tədqiqatlan zamanı iki və daha çox respondentlər

qrupunun eyni suala verdikləri cavabın fərqlənməsini əhəmiyyətli dərəcədə olmasını yoxlamaq üçün cavablann müqayisəsinə ehtiyac yaramr. Tədqiqat zamanı eyni seçmə məcmuya daxil olan respondentlərin iki və ya daha çox sərbəst suala verdikləri cavabın müqayisəsi zərurəti də meydana çıxa bilər.

Birinci hala uyğun nümunə aşağıdakı sualın cavabımn öyrənilməsi ola bilər: konkret regionun əhalisi səhərlər hansı içkinin - kofenin, yoxsa çayın içilməsinə üstünlük verirlər ? Fərz edək ki, verilən suala cavabı müəyyənləşdirmək üçün birinci dəfə 100 respondentdən ibarət təsadüfi seçmə formalaşdırılmış və respondentlər arasında sorğu apanimışdır. Birinci sorğu zamanı respondentlərin 60 %-nin kofeyə üstünlük verdikləri aydın olmuşdur; sonradan - bir ildən sonra tədqiqat təkrarlanımş və bu zaman sözügedən suala cavabı müəyyənləşdirmək üçün sorğu 300 respondenti əhatə etmişdir. Bu dəfə aparılan sorğu zamanı müəyyən edilmişdir ki, respondentlərin 40 %-i səhərlər kofe içməyə üstünlük verirlər. Sual olunur: bu iki tədqiqatın nəticələrini necə müqayisə etmək olar ? Suala cavab vermək

üçün, sadəcə olaraq, səhərlər kofe içməyə üstünlük verənlərin kəmiyyəti - 40 % və 60

%-i müqayisə etmək olmaz. Çünki birinci və ikinci tədqiqat zamam seçmə məcmuların həcmi biri-birindən kəskin fərqlənmiş və ona görə də, seçmələrin həcmi ilə şərtlənən xətanın buraxılması ehtimalı kifayət qədər yüksəkdir. Lakin rəqəmlər arasında böyük fərq olması zamanı (məsələn, 20 və 80 %) əhalinin zövqünü içki növü kimi kofenin daha çox oxşadığı haqda qənaətə gəlmək olar. Bu nəticənin çıxanimasının özü də, şübhəli ola bilər. Belə ki, kiçik və böyükhəcmli seçmə məcmuların müayinəsi nəticəsində alman rəqəmlərin biri-birindən bu dərəcədə fərqlənməsi istisna edilmir. Ona görə də bu tip suallara cavabların axtarılmasının başqa üsulu seçilməlidir. Yuxarıda qeyd olunan suala cavabın verilməsi üçün iki kritik amili nəzərə almaq lazımdır: iki seçmə məcmuu üçün parametrlərin kəmiyyətləri arasındakı müxtəlifliyin əhəmiyyətlilik dərəcəsi və seçmələr üzrə orta kvadratik xəta (onların həcmləri ilə müəyyən olunan).

Ölçülən orla kəmiyyətlər arasındakı fərqin əhəmiyyətli səviyyədə olmasını yoxlamaq üçün sıfırıncı hipotez formalaşdınlır. Sıfınncı hipotezə görə bir və yaxud bir neçə parametr üzrə müqayisə olunan iki məcmuu biri- birindən fərqlənmir. Bu zaman güman olunur ki, müqayisə olunan kəmiyyətlərin həqiqi müxtəlifliyi yoxdur və yaxud 0-a bərabərdir; kəmiyyətlərin 0-dan fərqlənməsinin aşkar olunması isə təsadüfi xarakter daşıyır.

İki orta kəmiyyət (faiz ölçüləri) arasındakı fərqin əhəmiyyətliliyini yoxlamaq üçün əvvəlcə onlar müqayisə edilir, sonra alınmış fərq orta kvadratik xətaya “keçirilir” və onların sıfınncı hipotetik qiymətindən nə qədər uzaqlaşması (kənarlaşması) müəyyənləşdirilir.

Orta kvadratik xəta müəyyən edilən kimi normal paylanma əyrisi ilə əhatə olunan sahə məlum olur və sıfınncı hipotezin yoxlanması ehtimalı haqqında nəticəyə gəlmək mümkün olur.

Marketinq tədqiqatlarında müxtəlifliyin tədqiqinə dair aşağıdakı nümunəyə baxaq. Fərz edək ki, tədqiqatçım gənc oğlanların və qızlann sə- rinləşdirici içkilər istehlak etmələri arasmda fərqin olub-olmaması maraqlandırır. Onu belə bir sual düşündürür: “Qızların və gənc oğlanların sərin- ləşdirici içkilər istehlak etmələri arasında fərq vardırmı ?” Tutaq ki, sorğu zamam gənc oğlan və qızlara bir həftə ərzində nə qədər sərinləşdirici içki qəbul etmələrinə dair sual verilmişdir. Təsviri statistika həftə ərzində gənc oğlanların 9, qızlann isə 7,5 banka sərinləşdirici içki istehlak etdiyini göstərmişdir. Qruplar üzrə orta kvadratik kənarlaşma müvafiq olaraq 2-ə və 1,2-yə bərabər olmuşdur. Hər iki halda seçmənin həcmi 100 nəfərə bərabər olmuşdur. Qoyulan məsələyə müvafiq olaraq qrupların istehlak etdiyi sərinləşdirici içkilərin kəmiyyətləri arasındakı fərqin yoxlanması üçün aşağıdakı düsturdan istifadə edilir:



fc5

z =
n.

9-7.5
100^ löo
= 6.43-

Burada: X/ və JG- müvafiq olaraq 2 qrup üzrə orta kəmiyyətdir;

; 5, ^ və Sj ^ - iki qrup üzrə orta kvadratik xətadır;

/7, və - müvafiq olaraq birinci və ikinci qrupların həcmidir.

Yuxarıdakı düsturun surəti iki qrup üzrə orta kəmiyyətlərin fərqidir. Bundan başqa, iki paylanma əyrisinin formasının müxtəlifliyini də nəzərə almaq zəruridir. Bu, düsturun məxrəci vasitəsilə mümkün olur. Artıq burada seçmə paylanması iki orta kəmiyyətin (faiz ölçüsünün) fərqinin paylanması kimi nəzərdən keçirilir. Əgər sıfırmcı hipotez doğrudursa, sözügedən fərqin paylanması ortası (orta kəmiyyəti) sıfıra, orta kvadratik kənarlaşması isə 1-ə bərabər olmaqla normal paylanma olacaq. Aydındır ki, 6,43 kəmiyyəti ± 1,96 (95 % etibarlılıq səviyyəsi) və ± 2,58 (99

% etibarlılıq səviyyəsi) ədədlərindən bir neçə dəfə böyükdür. Bu, o, deməkdir ki, sıfırmcı hipotez həqiqət deyil və qəbul edilə bilməz. Yəni, gənc oğlanların və qızların sərinləşdirici içki istehlak etmələri arasındakı fərq əhəmiyyətli səviyyədədir.



    1. Dəyişənlər arasında əlaqələrin təhlili və interpretasiyası

Məlumatlann təhlili zamam bir çox məsələlər müxtəlif dəyişənlər ara- smda mövcud olan əlaqələrin müəyyənləşdirilməsi ilə bağlı olur. Bu məqsədlə iki dəyişən arasmda əlaqənin təhlili metodu tətbiq edilir. İkiölçülü metodun əsas əlaməti iki dəyişən arasında qarşılıqlı əlaqələrin və asılılıqların tədqiqi ilə bağlıdır. Admdan da göründüyü kimi, bu metodun tətbiqi zamam eyni zamanda iki dəyişən təhlil edilir.

İkidəyişənli təhlil metodunun özünün bəzi növlərini fərqləndirirlər. Onlardan biri çarpazlaşan cədvəllər metodudur.

Çarpazlaşan cədvəllər metodu. Bu metod ikidəyişən arasında asılılıqların tədqiq olımmasımn ən sadə metodudur. Sözügedən metodun tətbiqi zamanı əvvəlcə cədvəl tərtib olunur, sonra isə həmin cədvələ iki dəyişənin mümkün olan qiymətləri daxil edilir. Cədvəlin xanalarma iki dəyişənin hər bir kombinasiyasının tezlikləri yazılır.

Qeyd etmək lazımdır ki, çarpazlaşan cədvəllər metodu nominal məlumatlar üzrə tətbiq edilir, ona görə də bu metod əsasında təhlil aparmaqdan Ötrü məlumatlar nominal şəklə gətirilməlidir.


Çarpazlaşan cədvəllər metodunun tətbiqini aşağıdakı nümunə əsasında izah edək. Fərz edək ki, qənnadı müəssisəsi 1 yanvar 2014-cü il tarixindən etibarən Azərbaycanın qənnadı məmulatları bazarına yeni marka əmtəə ilə çıxmağı planlaşdım. Məhsulun reklam kompaniyasına hazırlıq, xüsusilə də reklam daşıyıcılanmn seçilməsi üçün təklif olunması planlaşdırılan yeni məhsula hansı istehlakçı qruplarının maraq göstərəcəyinə dair informasiya lazımdır. Məhsul üzrə menecerin qənaətinə görə məhsulun tərkibində kakaonun yüksək olması səbəbindən həmin məhsul, hər şeydən əvvəl, kişilər arasında daha çox populyarlıq qazanmalıdu:. Bu məsələnin aydınlaşdırılması məqsədilə yeni məhsul smaq üçün 50 kişiyə və 50 qadına təklif olunmuşdur. Smaq nəticəsində alman məlumatlar aşağıdakı cədvəldə əks etdirilmişdir (cədvəl 10.4).


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə