Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə81/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   140
marketinq-tedqiqatlar qaralama

Yazılı hesabatın forması

Hesabatın tərtibçisi onun formasını müəyyənləşdirən zaman da oxu- culann hazırlıq səviyyəsinə və tələblərinə əsaslamr. Mütəxəssislərin qənaətinə görə aşağıda təqdim olunan hesabat forması oxucu qruplannın ehtiyaclarından asılı olaraq hansısa elementin hesabata daxil edilməsi və yaxud ondan çıxarılması baxımından kifayət qədər çevik hesabat forması hesab olunur:



      1. Titul vərəqi.

  1. Mündəricat

  2. Qısa icmal(xülasə):

    • Giriş;

    • Nəticələr;

    • Çıxarışlar;

    • Tövsiyələr.

  3. Giriş.

  4. Əsas hissə:

  • Metodologiya;

  • Nəticələr;

  • Məhdudiyyətlər.

  1. Çıxarışlar tövsiyələr.

1: Əlavə:

  • Məlumatların yığılması üçün işlənib hazırlanmış formaların surətləri;

’ • Seçmənin həcminin əsaslandırılmasına dair detallaşdırılmış hesablamalar, yoxlama statistikaları və s.;

  • Əsas hissəyə daxil olmayan cədvəllər;

  • Ədəbiyyat siyahısı.

Titul vərəqi. Titul vərəqində hesabatın mövzusu və onun ünvanlandığı təşkilatın adı, hesabatı təqdim edən təşkilat və tarix göstərilir. Əgər hesabat kompaniyanın bir bölməsi tərəfindən onun başqa bir bölməsi üçün tərtib olunursa, onda təşkilatların adlarının yerinə müəssisənin bölmələrinin adları yazılır. Titul vərəqində hesabatın kimlər üçün nəzərdə tutulduğu, həmçinin, hesabatın kimlər və hansı bölmələr tərəfindən hazırlandığı göstərilir. Əgər hesabat konfıdensial xarakter daşıyırsa, onda titul vərəqində həmin hesabatla tanış olmağa səlahiyyəti olan şəxslərin adlan qeyd edilir.

Mündəricat. Mündəricatda hesabatın bütün bölmələri və alt bölmələri səhifələri göstərilməklə əks etdirilməlidir. Qısa hesabatda ancaq əsas bölmələrin adları göstərilir.

Qısa icmal (xülasə). Qısa xülasə hesabatın ən mühüm hissəsidir. Bir çox icraçı rəhbərlər ancaq qısa xülasəni oxuyurlar. Başqa rəhbərlər isə təkcə qısa hesabatla kifayətlənmir və hesabatın başqa bölmələri ilə də tanış olurlar, lakin onların qısa hesabata müraciət etmələri daha vacib informasiyalarla tanış olmanı asanlaşdırır.

Qeyd edək ki, qısa icmal bütövlükdə hesabatın sıxılmış forması olmayıb, onun daha vacib məqamlarına diqqəti cəlb edən hissələridir. Hesabatın lazımi səviyyədə yazılmış bu hissəsi vaxtlan məhdud olan icraçı rəhbərlərə bütövlükdə hesabatı anlamanın keyfiyyətinə xələl gətirmədən həmin hesabatla tanış olmağa imkan verir. Qısa xülasənin lazımi səviyyədə yazılmasının yoxlanması üçün özünəyctərlilik meyarından istifadə edilir. Əgər hesabatın bu hissəsi bütövlükdə hesabat haqqında icraçı rəhbərlərdə tam təsəvvür formalaşdırırsa, onda bütöv hesabatla tanış olmağa ehtiyac qalmır.

Yaxşı tərtib edilmiş qısa icmal özündə əsas informasiyaları, həmçinin, mühüm nəticələri və nəticələr əsasında çıxarışları birləşdirir. Hesabatın bu hissəsinə tövsiyələrin əlavə edilib-edilməməsini oxucu müəyyənləşdirir. Bəzi menecerlər hesabatın tərtibçisi tərəfindən marketinq fəaliyyətinə dair tövsiyyələrin verilməsini lazım bildikləri halda, başqa menecerlər

tədqiqatın nəticələrinə əsasən özləri lazımi çıxarışlan etməyə üstünlük verirlər.

Qısa icmal ilə tamşlıq onun girişindən başlayır. Giriş oxucuya tədqiqatın nəticələri, nəticələrə əsasən çıxanşlar və tövsiyyələr haqqında vacib informasiyalar verir. Qısa icmalın girişində də tədqiqatın aparılmasına göstəriş verənin adı və tədqiqatın məqsədi göstərilməlidir. Bu hissədə tədqiqatın hansı problemin həlli məqsədilə və yaxud hansı hipotezin yoxlanması üzrə aparılıdığı göstərilməlidir. Qısa icmalın sonrakı iki bölməsi tədqiqat nəticəsində əldə edilmiş nəticələrin müzakirəsi ilə müşayət olunmaqla əks etdirilən çıxanşlar və tövsiyyələr bölməsidir. Burada onu da qeyd edək ki, çıxanşlar və tövsiyyələr biri digərinin eyni deyildir. Çıxanşlar aparİmış tədqiqatın nəticələri əsasında mümkün olur. Tövsiyyələr isə özünəməxsus məsləhət xarakterli tədbirlər olub gələcəkdə marketinq fəaliyyətinin təkmilləşdirilməsi baxımından necə fəaliyyət göstərməni əks etdirir. Bizim fıkrimizcə, tədqiqatın nəticələri əsasında çıxanşlann hesabatın tərtibçisi tərəfindən formalaşdınlması daha məqsədəmüvafiqdir. Bu, onunla əlaqədardır ki, tədqiqatçı tədqiqat prosesində istifadə olunan metodlarla, həmçinin, ideyalarınn generasiyası üsulları ilə daha yaxşı tanışdır, onun gəldiyi qənaət və formalaşdırdığı çıxışlar daha etiban hesab edilir. Ona görə də marketinq üzrə menecerlərin çoxu hesabatın tərtibçisi tərəfindən müəssisənin gələcək fəaliyyət istiqamətlərinə və marketinq fəaliyyətinin təkmilləşdirilməsinin ayn-ayrı aspektlərinə dair tövsiyyələrin verilməsinə üstünlük verirlər.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə