Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə83/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   140
marketinq-tedqiqatlar qaralama

özünü yoxlama sualları


    1. Marketinq tədqiqatlarının nəticələrinə dair tərtib olunmuş hesabatın fundamental keyfiyyətini xarakterizə edən meyar hansıdır ?

    2. Hesabatın tərtib olunma meyarları kimi tamlıq, dəqiqlik, aydınlıq, ifadəlilik dedikdə nə başa düşürsünüz ?

    3. Standart hesabat forması özündə hansı elementləri birləşdirir ?

    4. Hesabatın qısa xülasə hissəsində hansı xarakterli informasiyalar əks

etdirilir ?

    1. Hesabatın əsas hissəsində hansı informasiyalar əks etdirilir ?

    2. Hesabatın əlavə hissəsində hansı informasiyalar əks etdirilməlidir?

    3. Hesabatda əks edirilən nəticələr tövsiyyələrdən nə ilə fərqlənir ?

    4. Hesabatın tamlığına və yığcamlığına eyni zamanda necə nail olmaq mümkündür?

n Hissə. MARKETİNQ TƏDQİQATLARININ TƏTBİQİ MƏSƏLƏLƏRİ


  1. FƏSİL. İSTEHLAKÇILARIN ÖYRƏNİLMƏSİ




    1. İstehlakçılann öyranümasinin asas istiqamatlari

Müəssisənin marketoloqlan tərəfindən onun istehlakçılan müxtəlif istiqamətlər üzrə öyrənilə bilər. İstehlakçıların öyrənilməsinin əsas istiqamətlərinə aşağıdakılan aid etmək olar:

      • müəssisənin özünə mimasibətin öyrənilməsi;

      • müəssisənin fəaliyyətinin ayn-ayrı aspektlərinə marketinq kompleksinin elementləri (müəssisənin köhnədən və yeni buraxılan, həmçinin, modernləşdirilən məhsullanmn xarakteristikaları, qiymət siyasəti, məhsul- lann bazara irəlilədilməsinin və satış şəbəkəsinin səmərəliliyi və s.) baxımından münasibətlərin öyrənilməsi;

      • istehlakçıların tələblərinin ödənilməsi səviyyəsinin öyrənilməsi;

      • istehlakçılann istəklərinin öyrənilməsi;

      • istehlakçılann məhsulun almmasına dair qərarlarının öyrənilməsi və tədarük mərkəzinin strukturunun müəyyənləşdirilməsi;

      • məhsulun alınması zamanı və alınmasından sonra istehlakçıların davranışlanmn öyrənilməsi;

      • istehlakçılann motivasiyasımn öyrənilməsi;

      • istehlakçılann ABC təhlili və s.

Qeyd edək ki, istehlakçıların öyrənilməsinin yuxanda göstərilmiş əsas istiqamətləri tədric olunmuş xarakterli deyil, belə ki, çox zaman onlann fikirlərinin öyrənilməsinə dair sorğular keçirən zaman bir anketdə yuxanda göstərilən əsas istiqamətlər üzrə suallar olur. Məsələn, müəssisənin özünə münasibət öyrənilən zaman, həmin müəssisənin məhsuluna münasibət, eyni zamanda istehlakçıların motivasİya siyasətinə dair də suallar ola bilər.

Nəzərə almaq lazımdır ki, marketinq fəaliyyətinin ayn-ayn “alətlərindən”- marketinq kompleksinin elementlərindən istifadə olunmasının səmərəliliyinin qiymətləndirilməsi nəinki istehlakçıların fikirlərinin və münasibətlərinin öyrənilməsi əsasında, eyni zamanda sadalanan məsələlərə dair sərbəst marketinq tədqiqatlanmn həyata keçirilməsi yolu ilə də mümkündür. Bunun üçün isə marketinq kompleksinin elementləri üzrə ayınca marketinq tədqiqatlanmn apanlması tələb olunur.



    1. İstehlakçı münasibətinin öyrənilməsi

Münasibət sosial psixologiyanın ən əsas anlayışıdır, onun ölçülməsi və izahı üçün müxtəlif nəzəriyyələr və metodlar işlənib hazırlanmışdır. Adə- tən münasibətin öyrənilməsi aşağıdakı komponentlərin öyrənilməsini tələb edir: dərketmə (konkret markadan olan əmtəə haqqında ilkin məlumatlara malikolma, həmin əmtəələrin başlıca xassələri və bütövlükdə onunla ta- nışlıq); emosionallıq (əmtəənin qiymətləndirilməsi, onun xoşa gəlib-gəl- məməsinin müəyyənləşdirilməsi); iradi fəaliyyət (əmtəənin alınması). Mü- nasibətin ölçülməsi çox zaman ikinci komponent əsas götürülməklə həyata keçirilir. Bu komponent əsasında öyrənilən obyektə mənfi və yaxud müsbət hissələri ifadə edən münasibəti aşkara çıxarmaq olur.

Münasibəti respondentlərə aşağıdakı tip sual verməklə bilavasitə ölçmək olar: ''Bu markadan olan əmtəələr sizə xoş gəlir, yoxsa yox ? " Bu sualı cavablandırmaqdan ötrü iki variant cavabdan istifadə oluna bilər: “hə ” və yaxud “yox". Bilvasitə (dolayısı ilə) ölçmə istehlakçıların əmtəəyə və yaxud öyrənilən obyektə reaksiyalarını xarakterizə edən bir sıra dolayı veril- miş sualların cavablarının təhlili əsasında mümkün olur. Məsələn, əmtəənin xassələrinin qiymətləndirilməsinə çoxkriteriyalı yanaşma əsasında həmin əmtəəyə münasibəti xarakterizə edən yekun qiyməti çıxarmaq mümkündür.

Marketoloqları çox zaman əmtəəyə münasibətin birbaşa ölçülməsi ilə yanaşı, həmin əmtəəyə “münasibətin dərəcələri” də maraqlandırır. Bu məq- sədlə müvafiq ölçmə şkalalarından istifadə edirlər. Məsələn, müəyyən markadan olan və uzunmüddətli dövrdə istehlak olunan istehlak təyinatlı əmtəələrə istehlakçıların münasibətini öyrənməkdən ötrü aşağıdakı şka- ladan istifadə edilə bilər: şkalada göstərilən (1) və (2) bölgüləri ilkin seçimi göstərir; (3) və (4) bölgüləri təkrar (ikinci) seçimi göstərir; (5)-(7) bölgüləri isə alınmayan əmtəələri xarakterizə edir.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə