Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə26/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   140
marketinq-tedqiqatlar qaralama

Problemlərin mənşəyi: menecerin qərar qəbulu tələb edən probleminin meydana gəlməsinə səbəb olan hadisə problemin mənşəyi hesab olunur. Bu hadisələr, ola bilsin ki, tədqiqatın aparılmsma birbaşa təsir göstərməsin, lakin onlann tədqiqatçıya məlum olması tədqiq olunan problemin xarakterinin tədqiqatçı tərəfindən dərindən başa düşülməsinə kömək göstərə bilər.

  • Qərar qəbulu tələb edən problem: bu problem, qəraq qəbul edən mütəxəssis tərəfindən cavab axtarılan başlıca sual şəklində özünü göstərir. Bu bölmədə problemin mənbəyinin (planlaşdınimış və gözlənilməz dəyişikliklərlə bağlı olmasının) qısa təsviri verilməli, onun izah tələb edən və ya strategiyamın işlənib hazırlanmasını nəzərdə tutan problem olduğu göstərilməlidir.

    1. Tədqiqat tələb edən problemlər: bu bölmədə qərar qəbulu tələb edən problemin həllinə müvafiq tədqiqat tələb edən problemlərin təsviri verilir. Burada hər bir tədqiqat tələb edən problemin reallaşdınlmasma çəkilən xərclər və onun informasiyalann alınması baxımından verdiyi potensial fayda göstərilməlidir. Bütün bunlarla yanaşı burada, daha sonra reallaşdınlması nəzərdə tutulan tədqiqat tələb edən problemlərin əsaslandırılması öz əksini tapmalıdır.

    1. İnformasiyalardan istifadəetmə: burada əldə ediləcək informasiyanın hər bir elementinin istifadə istiqaməti göstərilməlidir. İzah axtarışı tələb edən problemlər (qərar qəbulu tələb edən problemlər) üçün əsas informasiya elementlərinə və həmin informasiyaların menecerlər tərəfindən necə istifadə olunmasına aydınlıq gətirilməlidir. Əldə edilən informasiya elementlərinin hər birinin istifadə istiqamətinin əsaslandınlması onu göstərir ki, həqiqətən də tədqiqat problemlərinin reallaşdınlması qərar qəbulu tələb problemin aradan götürülməsi baxımından çox vacibdir.

    2. Məqsəd qrupları və onların alt qrupları: bu qruplar informasiyaların əldə ediləcəyi qruplardır. Onların dəqiq müəyyənləşdirilməsi tədqiqatçıya tədqiqat layihəsi üçün adekvat seçmə məcmuu formalaşdırmağa imkan verir.

    3. Resurslar: bu bölmədə tədqiqatın aparılması üçün tələb olunan pul vəsaitləri və vaxt göstərilir. Bu iki amil tədqiqatın apaniması metodlanmn seçilməsinə təsir göstərir.

    Tərtib olunan sənəd qərar qəbul edən mütəxəssisə verilir və razılıq formal olaraq onun imzası ilə təsdiq olunur. Sənədi imzalamaqla, qərar qəbul edən mütəxəssis və tədqiqatçı özlərinin şifeıhi razılaşma ilə müqayisədə daha güclü öhdəliklərlə biri-biri ilə bağlılıqlarını təmin edirlər.


      1. Tədqiqatın aparılmasına dair təkliflərin işlənib hazırlanması

    Tədqiqatın məqsədləri və əhatə dairəsi razılaşdırıldıqdan sonra tədqiqatçılar istifadə edəcəkləri metodları müəyyənləşdirirlər. Marketinq fəaliyyətinə dair qərar qəbul edən mütəxəssis bu barədə tədqiqat aparıl- mamışdan öncə məlumatlandırılmalı və o, özünə lazım olan məlumatları tədqiqata dair rəsmi təklif çərçivəsində əldə cTməlidir. Bu təklif sənəd formasında tədqiqatçı tərəfindən işlənib hazırlamr və hər iki tərəfin - qərar qəbul edən mütəxəssisin və tədqiqatçının iştirakı ilə təsdiq edilir.



    Tədqiqatın aparılmasına dair işlənib hazırlanan rəsmi təklifin həcmi bir neçə səhifədən 20 səhifəyə qədər ola bilər. Həcmindən asılı olmayaraq, tədqiqatın aparılmasına dair təkliflər özündə aşağıdakı bölmələri birləşdirməlidir:

    L Layihənirı adı.

    1. Marketinq probleminin formalaşdırılması.Bu bölmədə marketinq probleminin xarakterik cəhətləri bir neçə cümlə ilə açılıb göstərilir.

    2. Tədqiqatın məqsədi əhatə dairəsi. Bu bölmədə tədqiqatın apanl- masına dair təklifi işləyib hazırlayan şəxs onun məqsədini (tədqiqatın məqsədi onun vəzifələrinə uyğun olur) və əhatə dairəsini göstərir. O, burada yoxlamlacaq hipotezləri təsvir edir və cavablandırılması zəruri olan suallara aydınlıq gətirir.

    3. Tədqiqatın planı. Tədqiqatm planı bütövlükdə layihənin nəzərdə tutulan strukturudur. Bu plan irəlicədən görülməsi mümkün olmayan şəraiti nəzərə almaqla kifayət qədər çevik olmalıdır. Tədqiqat planında alınması nəzərdə tutulan cədvəllər və qrafiklər əks etdirilməlidir.

    4. Məlumatların mənbəyi və tədqiqatın metodikası. Bu bölmədə tədqiqatın aparılması üçün tələb olunan təkrar və ilkin məlumatlar, həmçinin, onların alınması metodları (məsələn, sorğu, müşahidə, eksperiment, müvafiq ədəbiyyatların araşdırılması və s.) yığcam şəkildə təsvir olunmalıdır. Məlumatların mənbəyi rəsmi nəşrlər və məqalələr, müəssisənin özündə saxlanılan sənədlər, insanlar və s. ola bilər. Əgər tədqiqat zamanı istehlakçıların nəyəsə münasibətləri öyrənilməsi zəruridirsə, onda bu məqsədlə istifadə olunacaq metodlar göstərilməlidir və nəyə görə məhz həmin metodlardan istifadə edilməsinə aydınlıq gətirilməlidir. Bu bölmədə tədqiqat zamanı istifadə olunacaq kəmiyyət və keyfiyyət metodları göstərilməli və ümumiyyətlə, marketinq fəaliyyətində meydana çıxan problemin xarakterinə uyğun təlbiq ediləcək metodlara aydınlıq gətirilməlidir.

    5. Seçmə. Bu bölmədə öyrənilən baş məcmuunun təsviri və onun müəyyənləşdirilməsi üsuluna aydınlıq gətirilməsi zəruridir. Tədqiqatçı burada seçmə məcmuunun zəruri həcmini göstərməli və tədqiqat zamanı hansı seçmə tipinin tətbiq ediləcəyini və nəyə görə məhz bu seçmə tipinə üstünlük verildiyini izah etməlidir.

    6. Məlumatların yığılması üçün formalar. Bu bölmədə məlumatların yazılması üçün işlənib hazırlanmış formalar təsvir olunmalıdır. Sözügedən formalara anketlər və müşahidənin nəticələrinin yazılması üçün nəzərdə tutulan blanklar aiddir. Əgər tədqiqat zamanı psixoloji testlərdən istifadə edilməsi nəzərdə tutulmuşdursa, onda həmin testlərin təsviri verilməli və onların necə tətbiq ediləcəyinə aydınlıq gətirilməlidir. Tədqiqatçı bütün hallarda istifadə ediləcək formalann etibarlılığını və gerçəkliyini əsaslandırmalıdır.

    7. Heyət. Tədqiqatçı bu bölmədə tədqiqat prosesində iştirak edən bütün heyət üzvülərini və onlann vəzifələrini göstərməli, hər bir heyət üzvünün yerinə yetirdiyi işlərin müqabilində onun alacağı məvacibi dəqiqləşdirməlidir.

    8. Tədqiqatın mərhələləri onun yerinə yetirilməsi qrafiki. Bu bölmədə tədqiqatın ətraflı planı əks etdirilir; burada bütöv tədqiqat alt bölmələrə ayırılır və hər bir bölmənin və yaxud mərhələnin yerinə yetirilməsinə tələb olunan vaxt müəyyənləşdirilir.

    9. Təhlil planı. Bu bölmədə məlumatlann redaktə olunması me- todlan, onlann kodlaşdınlması üzrə təlimatlar və anketlərin yoxlanması məsələləri təsvir edilir.

    10. Tədqiqatın dəyəri. Layihənin ümumi dəyərini onun reallaşdınl- ması üçün tələb olunan heyət üzvlərinin sayma və tədqiqatın hər bir mərhələsinin yerinə yetirilmə müddətinə əsasən müəyyənləşdirmək olar. Bu bölmədə heyət üzvlərinin yol xərcləri, məlumatlann kompyuterdə işlənməsinə, qrafik materiallann hazırlanmasma, çap işlərinin görülməsinə, anketlərin poçtla göndərilmələrinə və s. çəkilən məsrəflər göstərilməlidir.

    Marketinq fəaliyyətinə dair qərar qəbul edən mütəxəssis tədqiqatçı tərəfindən tədqiqatın apanlmasma dair təklifləri oxuduqdan və onun apanimasına dair razılığını bildirdikdən sonra həmin sənədi imzalayır. Bununla da tədqiqatın aparılması ilə əlaqədar tədqiqatçı ilə qərar qəbul edən mütəxəssis arasında meydana çıxa biləcək anlaşılmazlıqlar aradan qaldırılmış və yaxud minimumlaşdınimış olur.


    Yüklə 0,79 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   22   23   24   25   26   27   28   29   ...   140




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə