Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə120/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   148

həm bilik sistemi, həm mənəvi istehsal, həm də onun əsasında 

praktiki fəaliyyətidir. 

Hər 5np elmi idrak üçün nə tədqiq etdiyi və necə tədqiq 

etdiyi  əhəmiyyət  kəsb  edir.  Nə  tədqiq  edildiyi  sualının 

cavabında  elmin  predmetinin  təbiəti  açılır,  tədqiqatın  necə 

aparılması sualında isə tədqiqatın metodu açılır. Gerçəkliyin və 

ictimai 

praktikanın 

keyfiyyətcə 

müxtəlifliyi 

insan 

təfəkkürünün  çox  planlı  xarakterini,  elmi  biliyini  müxtəlif 



sahələrini müəyyən edir. 

Müasir  elm-çox  sahələrə  ayrılmış  ayrı-ayrı  elm 

sahələrinin  məcmusudur.  Elmin  predmeti  yalnız  insan  üçün 

məlum olmayan dünya, varlığın hərəkətinin müxtəlif forma və 

növləri  deyil,  həm  də  onların  şüurda  inikası,  yəni  insanın 

özüdür.  Elmin  predmetini  təbii-texniki-təbiət  qanunlarının  və 

onun  mənimsənilməsini  və  yenidən  dəyişdirilməsini  öyrənən 

və  ictimai-müxtəlif  ictimai  hadisələri  və  onların  inkişaf 

qanunlarını,  o  cümlədən  ictimai  varlıq  kimi  insanı 

öyrənən-hisslərə bölürlər. İctimai elmlər içərisində həm təbiət, 

həm  cəmiyyət,  həm  də  təfəkkürün  ən  ümumi  inkişaf 

qanunlarını öyrənən fəlsəfi fənlərin kompleksi xüsusi yer tutur. 

Elmin  predmeti  onun  metodlarına,  yəni  obyektin 

tədqiqat üsulu vasitələrinə təsir edir. Belə ki, texniki elmlərdə 

tədqiqat  üsullarından  biri  eksperiment  olduğu  halda,  ictimai 

elmlərdə  bu  statistikadır.  Bununla  belə,  elmlər  arasındakı 

sərhəd  kifayət  qədər  şərtidir.  Elmi  idrakın  müasir  inkişaf 

mərhələsi  üçün  yalnız  öz  predmetinə  görə  qarışıq  fənlərin 

(məsələn,  bio-fızika)  yaranması  deyil,  həm  də  elmi 

metodologiyanın  qarşılıqlı  zənginləşməsi  xarakterikdir. 

Ümumi elmi məntiqi üsul induksiya, deduksiya, analiz, sintez, 

eyni  zamanda  sistemi  və  gümanlı  yanaşma  və  bir  çox  başqa 

üsullarıdır. Hər bir 

368 



elmdə  empirik  səviyyə,  yəni  toplanmış  faktiki  material- 

müşahidə və  eksperimentin nəticələri  və nəzəri səviyyə,  yəni 

müvafiq  nəzəriyyələrdə,  qanunlarda  və  prinsiplərdə  ifadə 

olunan empirik materialların ümumiləşdirilməsi fərqləndirilir; 

faktlara əsaslanan elmi mühakimələrin, hipotezlərin sonradan 

təcrübə  ilə  yoxlanmağa  ehtiyacı  var.  Ayrı-ayrı  elmin  nəzəri 

səviyyəsi kəşf olunmuş prinsiplər və qanunların ümumi nəzəri, 

fəlsəfi  izahına  bütövlükdə  elmi  idrakın  dünyagörüşü  və 

metodoloji  tərəflərinin  formalaşmasına  doğru  sıxlaşdırıhr. 

Elmi  idrakın  mühüm  komponenti  bu  elmin  dünyagörüşü  və 

metodoloji  əsasını  təşkil  edən  məlumatların  fəlsəfi  şərhidir. 

Artıq faktların seçilməsinin özü-xüsusi ilə də ictimai elmlərdə - 

alimin  böyük  nəzəri  hazırlığının  və  fəlsəfi  mədəniyyətinin 

göstəricisidir.  Elmi  biliklərin  inkişafının  müasir  mərhələsi 

yalnız  faktların  nəzəri  dərk  olunmasını  deyil,  eyni  zamanda 

onların  alınması  üsullarının  təhlilini,  yeninin  axtarışının  ən 

ümumi yolları haqqında düşüncələri tələb edir. 

Elmin  ictimai  funksiyalarının  izahına  xüsusi  diqqət 

yetirmək lazımdır. Elm-mürəkkəb, çoxtərəfli ictimai hadisədir; 

cəmiyyətdən kənarda elm nə yarana, nə də inkişaf edə bilməz, 

amma  cəmiyyətin  yüksək  inkişaf  səviyyəsini  də  elmsiz 

təsəvvür  etmək  olmaz.  Maddi  istehsalın  tələbatı  elmin 

inkişafına, onun tədqiqat istiqamətinə,  elm isə öz növbəsində 

ictimai  inkişafa  təsir  edir.  Böyük  elmi  kəşflər  və  onunla  sıx 

bağlı  olan  texniki  ixtiralar  bütün  bəşəriyyətin  taleyinə  güclü 

təsir göstərmişdir. 

Tarixin  müxtəlif  dövrlərində  elmin  rolu  eyni 

olmamışdır,  lakin  artıq  antik  dövrdə  onun  əhəmiyyətini  başa 

düşmüşdülər. Antik dövrdə elm fiziki və əqli əməyin 

369 



bölünməsi  nəticəsi  kimi  mövcud  olmuşdur.  İctimai  şüurun 

müstəqil  forması  kimi  elm  ellinizm  dövründən  fəaliyyət 

göstərməyə başlamışdır. Elmin bilik forması kimi  fəlsəfədən, 

dindən ayrılmasım Aristotelin  adı  ilə bağlayırlar.  Lakin  onda 

elmi  biliyin  ünsürləri  istehsala  olduqca  zəif  təsir  göstərirdi; 

istehsal qullar tərəfindən əsrlərlə işlənmiş vərdişlərə əsaslanan 

empirik biliyə söykənən əl alətləri vasitəsi ilə həyata keçirilirdi. 

Feodalizm şəraitində natural təsərrüfat əl alətləri ilə keçinir və 

ustaların  fərdi  bacarıq  və  təcrübəsi  ilə  məhdudlaşırdı.  Lakin 

artıq bu vaxt biliyin inkişafı prosesi başlanır; gizli formada olsa 

da,  məsələn,  kimya  əlkimya  formasında  inkişaf  edirdi. 

Kapitalizm  elə  praktiki  problemlər  qarşıya  qoydu  ki,  bunu 

yalnız  elm  vasitəsi  ilə  həll  etmək  olardı.  Elm  daha  çox 

məhsuldar  qüvvələrin  mənəvi  məzmununa  çevrildi.  Tarixin 

sonrakı  gedişi  istehsalın  daha  çox  “elmləşməsi”  ilə  özünü 

göstərdi.  Təbii  elmlərlə  yanaşı  humanitar  fənlər  də  inkişaf 

edirdi.  Yalnız  maddi  aləmə  deyil,  həm  də  mənəvi  dünyanın 

qanunauyğunluqlarına yüksək maraq yarandı. 

İstehsala  olan  tələbatın  dunuadan  artması  və  dünya 

bazarının  genişlənməsi  elmin  sonrakı  inkişafını  şərtləndirdi. 

Bununla belə cəmiyyətin intellektual funksiyası inkişaf edərək 

əməyin  subyektindən  daha  çox  ayrılır  və  hakim  sinfin  və 

sürətlə  formalaşan  ziyalı  təbəqənin  fəaliyyətində  cəmləşirdi. 

Bundan  başqa  elmi  iş  istehsalın  təşkili  üzrə  əməkdən  ayrılır, 

alimlərin  sahəsi  olurdu.  Alimlər  arasında  da  ixtisaslaşma 

gedirdi.  Bu  prosesin  müsbət  əhəmiyyəti  var  idi,  idrakın 

dərinləşməsi üçün şərait yaradırdı, lakin bununla yanaşı onun 

mənfi  cəhətləri  də  vardır;  dar  ixtisas  alimin  biliyini 

məhdudlaşdırır, elmi yaradıcılığın məhsuldarlığını aşağı 

370 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə