Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə119/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   148

insanın  estetik  yaradıcılığının  məhsulu  olur.  İki  cəhət  onun 

əsasını  təşkil  edir;  birincisi,  bu  aləm  təmiz  uydurmanın 

məhsulu  deyil  və  gerçək  aləmlə  əlaqəsi  olmayan  bir  dünya 

deyildir.  Müəllifin  son  dərəcə  güclü  fantaziyası  olsa  da  bu 

özünəməxsus real aləmdir. İkincisi, dünyanın bədii mənzərəsi 

adlanan  bu  reallıq  yalnız  həyatın  az  və  ya  çox  dərəcədə 

həqiqətə uyğun təsviridir, həyatın özü deyildir. 

Rəssam  öz  əsərində  intuitiv  olaraq  öz  fikirlərindən 

kənarda olan, şüursuzluq sahəsindən gələn fikirlərini də qoyur. 

Nəticədə əsl incəsənət əsəri sonsuz şərhləri özündə birləşdirir, 

sanki müəllifə sonsuz sayda fikirlər xasdır. İnsan üçün sanki 

birincini təkrar edən bu aləm nəyə lazımdır? Məsələ ondadır 

ki,  fəaliyyətin  başqa  növlərindən  fərqli  olaraq  incəsənət 

insanın  daxili  aləmini  bütövlükdə  idarə  edir,  bu  hal  dəqiq 

elmlərdə və ya hər hansı konkret fəaliyyət sahəsində yox olur; 

belə ki, bu vaxt insan özünün hər hansı bir tərəfini reallaşdırır. 

İncəsənətdə  insan  azad  və  tam  hökmranlıqla  təbiət  kimi  öz 

xüsusi dünyasım yaradır. Əgər öz praktiki fəaliyyətində, elmdə 

insan dünyaya qarşı, subyekt kimi obyektə qarşı qoyulur və öz 

azadlığında  məhduddursa,  incəsənətdə  insan  öz  subyektiv 

məzmununu  ümumi  əhəmiyyətli  və  bütöv  obyektiv  varlığa 

çevirir. 

İncəsənətdə 

əsərinin 

estetik 

həyəcanı, 

onun 

yaradılmasının  özü  insandan  hər  şeyi  tələb  edir,  çünki  o 



özündə  ali  idraki  dəyərləri,  estetik  gərginliyi,  emosional 

qavrayışı  birləşdirir.  İncəsənət  yalnız  insanın  hisslərə  deyil, 

həm  də  intellektdə,  onun  mənəvi  aləminin  incəliklərinə 

yönəldilmişdir. Bədii əsər yalnız estetik zövq mənbəyi deyil, 

həm də bilik mənbəyidir; onun vasitəsi ilə insan həyatı, onun 

xarakteri, adamlar arasındakı münasibət öyrənilir, yaddaşlara 

köçürülür, dəqiqləşdirilir. Əgər insan 

365 



elmi,  publisistik,  məşhur  nəşrləri  oxuyarkən  sanki  dünya 

haqqında  “fraqment“  təfəkkürə  köklənir,  bu  mətndə  onun 

qavraması üçün vacib olmayanların “hamısını unudursa“, bədii 

ədəbiyyat oxumağa başlayanda o özündə bütün mənəvi gücü; 

həm ağlı, həm intuisiyanı, həm hissi, həm estetik anlayışları, 

həm  də  öz  Mənini  fəallaşdırır.  Bizim  daxili  mənəvi 

aləmimizdə  elə  bir  an  yoxdur  ki,  incəsənəti  qavrayarkən 

fəallaşmasın. 

incəsənət  elmdən  onunla  fərqlənir  ki,  o  sadəcə  olaraq 

şeylərin  mahiyyətini,  onlardakı  ümumi  və  qanunauyğunluğu 

öyrənməyə  istiqamətlənməyib,  o  həm  də  bədii  surətlərin 

yaradılmasına,  həqiqətə  oxşar  xarakter  daşıyan  hadisələrin 

uydurmasına yönəldilmişdir. 

İncəsənətin  sintetik  gücü  filosofları  təəccübləndirən 

belə  bir  faktla  izah  olunur  ki,  mənəvi  fəaliyyətin  çoxsaylı 

növləri arasında insana ictimai təsirinə görə ona bərabər olan 

heç  nə  yoxdur.  İncəsənət  öz  sirli  gücü  ilə  çox  vaxt  insanları 

qorxudurdu.  Belə  bir  fikir  söyləyirdilər  ki,  qayda  yaratmağa 

cəhd  edən  hər  dövlət  musiqini  (həm  də  başqa  incəsənəti) 

qadağan etməlidir, çünki onlar əxlaqı  yüngülləşdirir və ciddi 

subordinasiyanı qeyri-mümkün edir. 

Uzun  illər  müxtəlif  dövlət  quruluşunda  incəsənəti 

boğmağa,  onu  siyasiləşdirməyə  meyl  olmuşdur.  Bədii 

yaradıcılığın  bürokratik  nəzarət  və  ideoloji  diktatordan  azad 

olması  tələbinin  “incəsənətin  qeyri-əxlaqi  təbiəti”  haqqında 

yalançı  tezislə  heç  bir  əlaqəsi  yoxdur.  Hegelin  sözləri  ilə 

desək, incəsənət “əxlaqi aləmin” estetik yenidənqurulmasıdır. 

İncəsənətin demokratikləşməsi onun əxlaqdan yox, bürokratik 

təzyiqdən  azad  olması  deməkdir.  Əsl  liberal  demokratiya 

şəraitində  incəsənət  estetik  və  etik  yüksəkliyə  qalxa  bilər. 

İncəsənətin ictimai həyatdakı 

366 



rolunu qiymətləndirmək  çətindir.  İctimai qaydaların istənilən 

dərin dəyişdirilməsi incəsənətin fəal iştirakı ilə həyata keçirilir. 

Beləliklə,  estetik  şüur  və  onun  yüksək  foraıası  olan 

ineəsənət-ictimai şüurun zəruri hissəsi olub, onun bütövlüyünü 

və sürətli inkişafını, onun gələeəklə bağlı axtarış istiqamətini, 

indiki  vaxtda  əxlaqi-psixoloji  sabitliyini  təmin  edir.  Lakin 

incəsənət yalnız sağlam cəmiyyət deyil, həm də mədəniyyətin 

çox əsrlik varisliyini, onun artan universallığını təmin edir. 

İnsan incəsənətə öz nailiyyətlərinin ölməməzlik vasitəsi 

kimi baxır. İncəsənətin sintezləşdirilmiş missiyası həm ayrıca 

şəxslər  səviyyəsində-onun  bütün  mənəvi  gücünü  bir  yerə 

bərkitməklə,  həm  də  ictimai  inkişafın  müəyyən  mərhələsi 

səviyyəsində-xalqların  özlərini  bütöv  göstərməsini  təmin 

etməklə, 

həm 

də 


nəsillərin 

tarixi 


əlaqələri 

səviyyəsində-mədəniyyətin  yüksələn  tərəqqisinin  vəhdətini 

ifadə etməklə təzahür edir. 

Elmi  şüur.  İctimai  şüurun  başqa  formalarında 

gerçəkliyin səmərəli dərk olunması, onun nizama salınması və 

sistemləşdirilmiş inikası yanaşı gedən məqsəddirsə də, elmdə 

dünyanın  səmərəli  dərk  olunmasının  meyarı  əsas  yer  tutur, 

deməli  yuxarıda  təhlil  etdiyimiz  Həqiqət,  Xeyir  və  Gözəllik 

triadasmda  üstünlük  təşkil  edən  dəyər  kimi  öz-özlüyündə 

götürülmüş  Həqiqətin  birbaşa  olmayan  etik  və  ya  estetik 

qiymətləndirilməsi  dayanır.  Elm-insan  fəaliyyətinin  tarixən 

yaranan fomrasıdır, obyektiv gerçəkliyin dərk olunmasına və 

yenidən qurulmasına istiqamətlənmişdir; bu mənəvi istehsalın 

məqsədyönlü seçilmiş və sistemləşdirilmiş faktların nəticələri, 

məntiqi cəhətdən yoxlanılmış hipotezi, eyni zamanda tədqiqat 

metodu var. Elm-bu eyni zamanda 

367 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə