Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə127/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   148

xeyli  azaltmağa  nail  olur.  N.A.Berdyayev  qeyd  etmişdir  ki, 

dövlət yer üzündə cənnət yaratmaq üçün yox, onun cəhənnəmə 

çevrilməsinin qarşısını almaq üçün mövcuddur. 

Tarix,  o  cümlədən  ölkəmizin  tarixi  göstərir  ki,  dövlət 

dağılanda  və  ya  zəifləyəndə  insan  heç  kəs  tərəfindən  nəzarət 

olunmayan  şər  qüvvələr  qarşısında  müdafiəsiz  qalır. 

Qanunçuluq,  məhkəmə,  idarəetmə  gücsüzləşir.  Fərdlər 

qeyri-dövlət  təşkilatlarından  və  güclü  dövlətlərdən  müdafiə 

olunmaq  üçün  kömək  gözləyirlər-onların  fəaliyyəti  və  təbiəti 

kriminal  xarakter  daşıyır.  Qulçuluğun  bütün  əlamətləri  ilə 

özünü göstərən şəxsi asılılıq belə qurulur. Hələ vaxtı ilə Hegel 

qeyd etmişdir ki, insanlar müdafiəsiz vəziyyətə düşməlidir ki, 

etibarlı dövlətçiliyin zəruriliyini və ya “güclü əli” hiss etsinlər. 

Hər  dəfə  dövləti  yenidən  qurmağa  məcbur  olur  və  onları 

azadlıq  yolundan  yayındıranlar  haqqında  pis  xatirələrlə 

yaşayırlar. 

Beləliklə  müasir  cəmiyyətin  həyatında  dövlətin 

əhəmiyyəti böyükdür. Lakin bu vəziyyət dövlətin özündən və 

bütöv  cəmiyyəti  udmağa  hazır  olan  dövlət  maşınının 

hakimiyyətini  genişləndirmək  ənənəsində  ifadə  olunan 

gücündən irəli gələn təhlükəyə göz yummağa imkan verir. 

XX əsr təcrübəsi göstərir ki, cəmiyyət iki eyni dərəcədə 

təhlükəli  olan  ifrat  tərəflərdən:  bir  tərəfdən,  dövlətin 

dağılmasından,  digər  tərəfdən  isə,  dövlətin  cəmiyyətin 

həyatının  bütün  tərəflərinə  artan  təsirindən-  özünü 



qorumalıdır.  Bütöv  dövlətin,  eyni  zamanda  ayrıca  şəxsin 

mənafelərini təmin edə bilən optimal yol dövlətsizlik xaosu və 

dövlət tiraniyası arasındakı kifayət qədər dar aralıq məsafədən 

keçir. Bu  yolda dayanmaq, heç bir tərəfə düşməmək olduqca 

çətindir. Əfsuslar olsun ki. 

389 



XX əsrdə SSR-ı dağıdıldıqdan sonra yaranan dövlətlər bu yolu 

tuta bilmədilər. 

Dövlət  hakimiyyətinin  hərtərəfli  güclənməsinə  qarşı 

dayanmaq  üçün  bu  təhlükəni  dərk  etməkdən  böyük  səhvləri 

nəzərə almaqdan və bundan nəticə çıxarmaqdan, hamıda və hər 

kəsdə cavabdehlik hisslərinin oyadılma- smdan, dövlət işindən 

sui-istifadənin 

tənqidindən, 

vətəndaş 

cəmiyyətinin 

yaradılmasından,  insanın  hüquqlarının  və  qanunçuluğun 

qorunmasından başqa yol yoxdur. 

Cəmiyyətin mənəvi həyatının dialektikasmı daha yaxşı 

təhlil  etmək  məqsədi  ilə  mühazirədə  “kütlənin  üsyanı” 

anlayışına  da  aydınlıq  gətirmək  vacibdir.  ’’Kütlənin  üsyanı” 

ifadəsini  ispan  alimi  Oiteqa  Qassenti  XX  əsrin  spesifik 

fenomeninin  xarakteristikasını  açmaq  üçün  işlətmişdir-onun 

məzmunu  cəmiyyətin  ictimai  strukturunun  genişlənməsi  və 

sürətinin artması təşkil edir. 

XX  əsrdə  nisbətən  nizama  salınmış  cəmiyyət  və  onun 

şəffaf ictimai  iyerarxiyasını cəmiyyətin kütlə- viləşməsi  əvəz 

etdi və bu da bir sıra problemlər o cümlədən mənəvi problemlər 

doğurdu. Bir ictimai qnıpun fərdləri başqasına keçmək imkanı 

qazandı.  Fərdin  ictimai  rolu  çox  vaxt  təsadüfi  bölünməyə 

başlandı, 

çox 


vaxt 

onun 


uyğun 

gəlib-gəlməməsi 

(kompetensiyası),  təhsili  və  mədəniyyəti  nəzərə  alınmırdı. 

İctimai  vəziyyətdə  daha  yüksək  pillələrə  qalxmaq  üçün  hər 

hansı  sabit  meyar  mövcud  deyildir.  Kütləviləşmə  şəraitində 

kompetensiya  və  peşəkarlıq  arxa  plana  keçdi.  Ona  görə  də 

cəmiyyətdə  ən  yüksək  vəzifələri  bunun  üçün  kifayət  qədər 

hazır  olmayanlar  tuta  bilirdilər.  Kompetensiyanın  nüfuzunu 

çox asanlıqla hakimiyyət və gücün nüfuzu əvəz edirdi. 

Ümumiyyətlə kütləvi cəmiyyətdə qiymətvermə meyarı 



dəyişkən və müxtəlifdir. Əhalinin böyük 

390 


əksəriyyəti  də  baş  verənlərə  biganədir,  ya  da  kütləvi 

informasiya vasitələrinin zorla yeritdiyi və kimlərsə tərəfindən 

formalaşdırılmış  standartları,  zövq  və  meylləri  qəbul  edir, 

ancaq özləri  sərbəst  heç  nə işləyib hazırlamırlar.  Mühakimə 



və  davranışda  olan  sərbəstlik  və  orijinallıq  alqışlanmır və 

daha  çox  risk,  cəsarət  tələb  edirdi.  Bu  vəziyyət  metodik 

təfəkkür qabiliyyətinin ictimai vətəndaş və şəxsin cavabdehlik 

qabiliyyətinin  itməsinə  kömək  etməyə  bilməzdi.  Adamların 

çoxusu  onlara  qəbul  etdirilmiş  streotiplə  yaşayır  və  onu 

dağıtmağa cəhd edərkən narahatlıq hiss edirlər. Tarixi səhnəyə 

“insan-kütlə”  çıxır.  Şübhəsiz  ki,  öz  bütün  mənfi  tərəflərinə 

baxmayaraq  “kütlənin  üsyanı”  fenomeni  ciddi  iyerarxiya 

qumluşunu  qurmağa,  eyni  zamanda  qəddar  dövlət  tiraniyası 

vasitəsi  ilə  möhkəm  qayda-qanun  yaratmaq  üçün  əsas  ola 

bilməz.  Kütləviləşmənin  əsasında  hamının  qanun  qarşısında 

bərabərliyini  və  hər  bir  kəsin  öz  taleyini  seçmək  hüququnu 

nəzərdə tutan cəmiyyətin liberallaşması və demokratikləşməsi 

prosesi dayanır. 

Beləliklə, kütlənin tarixi səhnəyə çıxması adamların öz 

qarşılarında açılan imkanları dərk etməsi və həyatda hər şeyə 

nail olmağın mümkünlüyü və bunun üçün heç bir dəfedilməz 

maneənin  olmamasını  duyması  nəticəsində  mümkün  oldu. 

Lakin  elə  bunun  özündə  də  təhlükə  var.  Belə  ki,  görünən 

ictimai məhdudluğun olmamasına ümumiyyətlə məhdudluğun 

olmaması  kimi;  ictimai  təbəqə  iyerarxiyasının  dəf 

olunmasına-mənəvini,  biliyi,  kom-  petentliyi  nəzərdə  tutan 

iyerarxiyanın  dəf  olunması  kimi;  imkanlara  bərabərliyi  və 

tələbatın yüksək standartlarına layiq olmadan yüksək mövqeyə 

can atmağın özünü doğrultması kimi; dəyərlərin plyuralizmi və 

nisbiliyinə- 



391 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə