Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə126/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   148

özünü  göstərir.  Ən  yeni  texnologiya  dünyanı  idarə  edir.  Elm 

yalnız  dünyanı  dərk  etmək  forması  deyil,  həm  də  dünyanı 

yenidən  qurmağın  başlıca  vasitəsi  oldu.  İnsan  planetar 

miqyasda  geoloji  gücə  çevrildi,  belə  ki,  çox  vaxt  onun  gücü 

təbiətin gücündən üstün olur. 

Əqlə,  maarifə,  biliyə  inam  bəşəriyyətin  mənəvi 

həyatının  əhəmiyyətli  amili  olmuşdur.  Lakin  xalqlarda  inam 

doğuran  Avropa  maarifçiliyinin  idealı  qanlı  hadisələrlə  heçə 

endirildi;  bu  hadisələr  ən  sivil  ölkələrdə  belə  təkrar  olundu. 

Aydın  oldu  ki,  elmin  və texnikanın ən  yeni  nailiyyətlərindən 

adamlara ziyan gətirmək üçün də istifadə etmək olar. XX əsrdə 

avtomatlaşdırmanm  imkanlarının  artması  əmək  prosesinin  də 

nadir  -  yaradıcı  başlanğıcı  sıxışdırıb  çıxarmaq  təhlükəsini 

yaratdı-insan əməyinin avtomatlaşdırılması kimi ənənə özünə 

yol  açdı.  Kompüter,  informasiya  və  informasiyalaşdırma 

intellektual  əməyi  inqilabiləşdirməklə  və  insanın  yaradıcı 

yüksəlişində mühüm amil olmaqla cəmiyyətə, insana, kütləvi 

şüura güclü təsir vasitəsinə çevrilirdi. Yaxşı təhsil almış xüsusi 

biliklərlə  və  yüksək  texnologiyaya  malik  olan  adamların 

hazırladıqları yeni növ cinayətlərə imkan yarandı. 

Cəmiyyətin  mənəvi  həyatında  elmi-texniki  tərəqqinin 

rolunu təhlil edərkən, tələbələrin nəzərinə çatdırmaq lazımdır 

ki,  elmi-texniki  tərəqqi  cəmiyyətin  mənəvi  həyatının 

mürəkkəbləşməsi amili kimi çıxış edir. O çox vaxt gözlənilməz 

nəticələri ilə insanları çaşdırır və cəmiyyətdə mənfi hadisələrə 

gətirib  çıxarır.  Buna  görə  də  insan  həmişə  hazır  vəziyyətdə 

dayanmalı  onun  özünün  yaratdığı  süni  dünyanın  çağırışına 

cavab verməyi bacarmalıdır. 

386 



XX  əsrin  mənəvi  inkişafının  tarixi  göstərir  ki,  elm  və 

texnikanın çağırışına cavab tapılması üçün, keçmişin dramatik 

dərslərini və yeni təhlükənin mümkünlüyünü dərk etmək üçün 

çox  iş  görmək  lazımdır  və  buna  görə  də  cəmiyyətin  mənəvi 

əsasını  möhkəmləndimrək  üçün  yorulmaz  və  gərgin  iş 

vacibdir.  Bu  birdəfəlik  həll  olunacaq  vəzifə  deyildir.  Bu 

vəzifələr həmişə qarşımızda dayanır və hər bir nəsil keçmişin 

dərslərini nəzərə almaqla və gələcək haqqında düşünərək onu 

həll etməlidir 

Cəmiyyətin  mənəvi  həyatında  dövlətin  roluna  da 

xüsusi  diqqət  yetinnək  məqsədə  uyğundur.  XX  əsr  dövlətin 

qüdrətinin  görünməz  dərəcədə  artmasını  və  onun  ictimai  və 

fərdi  həyatın  bütün  sahələrində  o  cümlədən  mənəvi  həyata 

təsirinin  yüksəlməsini  nümayiş  etdirdi.  İnsanın  dövlətdən 

hərtərəfli asılhğı faktı göz qabağındadır, praktiki olaraq əhalini 

özünə tabe edən dövlət şəxsiyyətə təsir mexanizminə nəzarəti 

də  öz  əlində  cəmləşdirir.  Dövlət  totalitarizminə  XX  əsr 

tarixinin müstəqil fenomeni kimi baxmaq lazımdır. Onu bu və 

ya digər ideologiyaya və ya dövrə və hətta siyasi hakimiyyətin 

tipinə bağlamaq olmaz, lakin bu məsələlər son dərəcə vacibdir. 

Diqqətə  çatdırmaq  lazımdır  ki,  hətta  özlərini 

demokratiyanın  carçısı  hesab  edən  ölkələr  belə  XX  əsrdə 

vətəndaşların  şəxsi  həyatına  soxulmaq  ənənəsindən  qaça 

bilməmişlər  (ABŞ-da  “makkartizm”,  AFR-də,  “peşələrə 

qoyulan qadağalar” və s.). Vətəndaşların hüquqları ən müxtəlif 

şəraitdə və ən demokratik dövlət quruculuğunda belə pozulur. 

Bu o deməkdir ki, dövlət özü xüsusi problem kimi böyümüş və 

belə bir meyl yaranmışdır ki, cəmiyyət və şəxsiyyəti əzməkdən 

belə  çəkinmir.  Təsadüfi  deyil  ki,  müəyyən  mərhələlərdə 

şəxsiyyəti  dövlətin  özbaşınalığından  qorumağa  cəhd  edən 

hüquqların qorunması 



387 


istiqamətli müxtəlif formalı qeyri-dövlət təşkilatları yaranır və 

inkişaf edir. 

Dövlətin  qüdrətinin  və  təsirinin  artması  dövlət 

qulluqçularının  sayının  artmasında  özünü  göstərir,  repressiya 

orqanlarının  və  xüsusi  dəstələrin  təsirinin  və  iş  strukturunun, 

güclü təbliğat infonnasiya aparatı yaradılır və o cəmiyyətin hər 

bir vətəndaşları haqqında hərtərəfli məlumat toplamağa qadir 

olur  və  onlar  dövlət  ideologiyasının  tələb  etdiyi  ruhda 

insanların  şüurunda  kütləvi  dəyişiklik  yarada  bilirlər. 

Vəziyyətin  mürəkkəbliyi,  ziddiyyətliyi  ondan  ibarətdir  ki, 

dövlət  həm  keçmişdə,  həm  də  indi  cəmiyyət  və  fərd  üçün 

vacibdir.  Məsələ  ondan  ibarətdir  ki,  ictimai  varlığın  təbiəti 

elədir ki, insan hər yerdə xeyir və şərin mürəkkəb dialektikası 

ilə toqquşur. Bu problemi ən güclü insan əqilləri həll etməyə 

çalışmışlar,  cəmiyyətin  inkişafını  istiqamətləndirən  bu 

dialektikanın  səbəbləri  hələ  də  dərk  olunmaz  qalır.  Güc-  zor 

işlətmək,  əzab  çəkmək  hələ  də  insan  həyatının  labüd 

yolçusudur.  Mədəniyyət,  sivilizasiya,  demokratiya  əxlaqı 

yaxşılaşdırmaq  əvəzinə  vəhşilik  və  barbarlığm  sığınacaq 

tapdıqları  ocaq  üzərində  bir  pərdədir.  Bu  pərdə  müxtəlif 

vaxtlarda bəzən bir yerdə, bəzən isə digər yerdə, bəzən isə bir 

neçə  yerdə  eyni  vaxtda  götürülür  və  bəşəriyyət  vəhşilik, 

qəddarlıqlarla  üz-üzə  qalır.  Bütün  bunları,  cəmiyyətin  bu 

fəlakətlərə düçar olmasının qarşısını almağa cəhd edən dövlətin 

mövcudluğu  şəraitində  baş  verir.  Bu  dövlət  çox  vaxt  sivil 

görünməyə cəhd edir. 

Cəmiyyətin  dövlət  tərəfindən  məhkum  olunduğu  bu 

əzabı dövlətin olmadığı şəraitdə mövcud ola biləcək əzablarla 

müqayisə etsək belə qənaətə gəlmək olar ki, dövlət bütövlükdə 

vətəndaşların təhlükəsizliyinin əsası kimi çıxış edərək, hər bir 

vətəndaşın payına düşən əzabı 

388 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə