Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə129/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   148

Kütləvi  insanın  mənfi  xüsusiyyətlərini  dəf  etmək 

imkanları zamanın özünə məxsusluğundan, texnoloji və digər 

nailiyyətlərdən asılıdır. O, bu gün əvvəlki nəslə nisbətən daha 

çox məlumatlıdır, xeyli  çox şey bilir. Düzdür bu biliklər və 

məlumatlar  olduqea  səthi  xarakter  daşıyır.  Lakin  bu  gün 

bunları dərinləşdirməyə öz tənbəllikləri və şəxsi loyallıqlarmı 

dəf etmək üçün onlarda arzu və iradənin olmamasından başqa 

heç  nə  mane  olmur.  Bunun  üçün  qeyri-məhdud  texnoloji 

imkanlar, insanlar arasında hər cür ünsiyyətin olması və digər 

amillər 


mövcuddur. 

Mühazirədə 

mədəniyyətin 

“qeyri-klassikliyi”  probleminə  də  toxunmaq  məqsədə 

uyğundur.  Müasir  mənəvi  vəziyyətin  məzmununa  və 

xarakterinə  mədəniyyətin  dinamikası,  ilk  növbədə  incəsənət 

onların  qeyri  klassik  vəziyyətə  keçməsi  böyük  təsir 

göstərmişdir. 

Klassik  incəsənət  konseptual  aydınlığı  və  təsviri  və 

ifadə  vasitələrinin  müəyyənliyi  ilə  fərqlənirdi.  Klassiklərin 

estetik və əxlaqi idealları da onların surətləri və personajları 

kimi  aydın  və  asan  dərk  olunandırlar.  Klassik  incəsənət 

insanda  xoş  hisslər  və  fikirlər  oyatmağa  cəhd  etdiyindən 

yüksəlmiş  və  nəcibləşmişdir.  Yüksək  və  alçaq,  gözəl  və 

eybəcər, həqiqət və saxtakarlıq arasında hədd klassik formada 

daha  aydın  görünür.  Qeyri-klassik  mədəniyyət  (“modern”, 

“post-modern”)  qeyd  edildiyi  kimi,  anti-ənənəvi  xarakter 

daşıyır, kanonlaşdırılmış fonna və üsulları dəf edir və yenisini 

işləyib  hazırlayırdı.  Onun  üçün  İdealı  sadələşdirmək, 

antisistemlilik xarakterikdi, İşıq və zülmət, gözəl və eybəcər 

eyni sıraya qoyula bilər. Bundan başqa, tez-tez özbaşınalıq və 

eybəcərlik  çox  vaxt  şüurlu  surətdə  birinci  plana  keçirilir. 

Əvvəlkindən  fərqli  olaraq,  çox  vaxt,  şüuraltı  (təltəlşüur) 

sahələrə müraciət olunur. 



395 


Nəticədə  fəlsəfə  kimi  incəsənət  də  aydınlaşdırır  ki, 

məsələn,  azadlıq  və  ya  qeyri-azadlıq  siyasi-ideoloji  ölçüyə 

gəlmir.  Onlar  insan  psixikasının  dərinliyində  kök  salır  və 

hökmranlıq etmək və  ya tabe olmaqla bağlıdır. Buradan belə 

bir fikir formalaşır ki, ictimai qeyri-azadlığı aradan qaldırmaq 

hələ azadlıq problemini sözün əsil mənasında həll etmir. XIX 

əsr  mədəniyyətində  haqqında  çox  böyük  diqqətlə  danışılan 

“balaca  adam”  artıq  “kütləvi  insana”  çevrilməklə  əvvəlki  və 

yeni  hökmdarlardan  da  az  olmayan  tərzdə  azadlığı  boğmağa 

meyl  etdilər.  Azadlıq  probleminin  siyasi  və  ictimai  quruluş 

haqqında  məsələyə,  insanın  varlığının  onun  ictimailiyinə 

uyğun gəlməməsi tam kəskinliyi ilə üzə çıxdı. Məhz buna görə 

də XX əsrdə azadlıq mövzusuna, insanın daxili psixikasına və 

daxili aləminə diqqət yetirən F.M.Dostoyevski və S.Kyerkeqor 

yaradıcılığına maraq bu qədər böyükdür. 

Nəticədə  bu  cür  yanaşma  təcavüzkarlığın  təbiəti  və 

mahiyyəti, rasional və irrasionalhn, seksualhq, ölüm haqqında 

düşüncələrlə zənginləşdirilən əsərlərlə davam etdirildi. 

Qeyri-klassik  mədəniyyətin  və  incəsənətin  mübahisəli 

və  problemli  cəhətlərinə,  onların  insanın  təbii  cəhətlərinin 

qaranlıq tərəflərinə müraciət etməsinə baxmayaraq onda yalnız 

rüsvayçı  ünsürlərin  deyil,  həm  də  təmizləyici  effektə  çatmaq 

vasitələri  var.  Məlumdur  ki,  biliksizlik  susmaq,  gizlətmə, 

həyəean  və  təcavüzkarlıq  doğurur.  Bu  cəhətləri  aradan 

qaldıımıaqla  təcavüzkarlığı  neytrallaşdırmaq  mümkündür. 

Bədii  və  başqa  cür  şər  surətlərin  axmaq,  tərbiyəsiz  ideal 

təbiətləri  onların  həyata  keçməsi  şansını  azaldır,  çünki  insan 

səhnədə  və  ya  kətanda  gördüklərindən  dəhşətə  gələrək 

gerçəklikdə ondan qaçmağa cəhd edir. Bununla belə, rasional, 

irrasional və 



396 


yüksək rasionalın mürəkkəb kombinasiyası kimi müasir qeyri 

klassik  mədəniyyət  ona  görə  yaranmışdır  ki,  maarifçi  tipli 

rasional  mədəniyyət  ən  dəhşətli  cinayətlərin  qarşısını  almaq 

üçün  kifayət  etməmişdir;  bundan  başqa  aydınlaşdı  ki, 

’’nəhəng” yalnız “əqlin yuxusunu” (F.Qoy- ya) deyil, həm də 

onun  “özündən  razılığını”  (Hayek)  “doğurur”.  Rasional 

lahiyələr və sxemlər gerçəkliyi eybəcər şəkildə dəyişdirə bilər, 

eyni  zamanda  ən  vəhşi  ehtirasların  və  instiktlərin  işıq  üzü 

görməsinə mane olmur. İnsanda və sosiumda alçaq və qaranlıq 

tərəflərə  müraciət  etməyə  məcbur  olan  mədəniyyət 

xəbərdarlıq  edir.  Mənəvi  mədəniyyətin  dialektikası  mənəvi 

istehsalın xüsusiyyəti ilə sıx bağlıdır. 



Mənəvi mədəniyyətin maddi mədəniyyətdən fərqi 

və  onun  spesifikliyi  ilk  növbədə  ondadır  ki,  mənəvi 

mədəniyyətin  yekun  məhsulu  bir  sıra  ən  müsbət  xassələrə 

malik olan ideal törəmədir. Onlardan ən başlıcası isə- onların 

istifadə  olunmasının  ən  ümumi  xarakteridir.  Elə  bir  mənəvi 

dəyər  yoxdur  ki,  idealda  hamınınkı  olmasın.  Yevangiliyada 

deyildiyi kimi, beş çörəklə min adamı doydurmaq olmaz, lakin 

beş  ideya  və  ya  incəsənətin  şah  əsəri  ilə  bu  mümkündür! 

Maddi nemət məhduddur, nə qədər çox adam ona göz tikirsə, 

bir o qədər onların hər birinə az pay düşür. Mənəvi nemətlərə 

gəldikdə  isə  vəziyyət  əksinədir.  Nə  qədər  çox  adam  mənəvi 

dəyərlərə sahib olursa onu artması ehtimalı çoxalır. 

“Əmək  hər  cür  rifahın  mənbəyidir”  ifadəsi  mənəvi 

zənginliyə  münasibətdə  yüz  faiz  düzdür.  Bu  zənginliyi 

yaradan əməyin bir sıra özünəməxsusluğu var ki, onlardan da 

ən  başlıcası  onun  ən  ümumi  xarakter  daşımasıdır.  Mənəvi 

əmək-ən ümumi əməkdir. Bu isə o deməkdir ki, birincisi, bu 

əmək yalnız müasirlərin deyil, eyni zamanda 



397 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə