Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə132/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   148

qoruyurdu, daşlardan istifadə etməyə başlayan insan öz beynini 

inkişaf etdirirdi.  Heç təsadüfi deyil ki,  bəşəriyyətin həyatının 

ən  uzun  dövrü  “daş  dövrü”  adlanır.  Təbiətin  digər 

predmetlərindən  fərqli  olaraq  insanlar  daşlara  daha  çox  bağlı 

olmuşdur. Həm özlərini qorumaq, həm də maddi təlabatlarmı 

ödəmək  üçün  insanlar  daşlardan  daha  çox  istifadə  etmişlər. 

Kəsici aləti kimi istifadə etdikləri daşların ayrı-ayrı çıxıntılarını 

düzəldərək  tutmaq  üçün  əlverişli  hala  salan  insanın  beyni 

inkişaf  etməyə  başlamışdır.  Təbiətdəki  ayrı-ayrı  səsləri 

duymağa  başlayan  qədim  əcdadlarımız  bu  səsə  uyğun  ilk 

musiqi  nömrələrini  də  daşların  köməyi  ilə  yaratmışdırlar. 

Qobustandakı qabal daşı və buradakı daşlar üzərində rəqs edən 

adamların rəsmləri insanların daşa bağlı olduqlarına əsas verir. 

İbtidai insanları çox az rast gəlinən parlaq, əlvan, şəffaf 

daşların  düz  forması  və  rənglərin  oynaması  xüsusi  ilə 

heyrətləndirirdi. İbtidai insanlar animist olduqlarından, özlərini 

əhatə  edən  hər  şeyi  -  göyü,  yeri,  suyu,  daşı  -  ilahiləşdirir  və 

canlı kimi qəbul edirdilər. Təbii olaraq onlar bütöv, nöqsansız 

parlaq daşları ali qaydalara aid olan varlıq kimi qəbul edir və 

fövqəladə  hallarda  (xəstəlik,  uğursuz  ov  vaxtı  və  s.)  onun 

köməyinə müraciət edirdilər. İnsan və ətraf mühit, o cümlədən 

daşlar  arasındaki  əlaqə  “kömək  edir-kömək  etmir”  prinsipi 

əsasında qurulurdu. Minillik tarixin süzgəcindən keçərək yaxşı 

yamandan  ayrıldı,  əhəmiyyətli  olanlar  və  tarixin  sınağından 

keçənlər bəşəriyyətin yaddaşına hopdu. Əsrlər keçdi, insan və 

təbiət arasındaki qarşılıqlı əlaqələr dağılmağa başladı, rasional 

XIX əsr isə canlı və cansız arasında möhkəm bir sədd yaratdı, 

hər  şeyi  çox  ciddi  qaydalara  tabe  etdi,  bu  qaydalara  tabe 

olmayanları kənara atdı. Bu vaxt 

407 



homeopatiya  (böyük  dozaları  sağlanr  adamda  müalicə  edilən 

xəstəlik əlamətlərinə oxşar əlamətlər törədən dərmanların kiçik 

dozaları  ilə  müalicə  üsulu),  minerallarla  müalicə  kimi  çoxlu 

“irrasional  əlaqələr”  kənarda  qaldılar.  Yalnız  XX  əsrin 

ortalarında  mikro  aləmin  tədqiqi  nisbilik  nəzəriyyəsinin 

meydana  gəlməsi,  təhtəlşüurun  bir  sıra  sirrinin  açılması  və 

nəhayət  informasiya  nəzərriyyəsinin  meydana  gəlməsi  XX 

əsrdə yaranan qaydaları dağıtdı. 

İnsan  və  Daşların  qarşılıqlı  münasibətinin  tarixini 

izləməyə cəhd edək. 

İlk  əvvəl  onu  qeyd  edək  ki,  qiymətli  daşlar  aləmi  lap 

qədim  dövrlərdən  başlayaraq  ən  fantastik  mövhümata 

bürünmüşdür. Bu daşlara olduqca qəribə xassələr aid edirdilər. 

Məsələn,  belə  hesab  edirdilər  ki,  sapfırin  (göy  yaqut)  olması 

ilanı öldürür, şəffav göy və ya bənövşəyi daş olan ametisti dilin 

altında  gizlətdikdə  keflənməyin  qarşısını  alır.  Bundan  başqa 

qədim  kitablarda  düşmən  yaxınlaşarkən  səs  çıxaran  daşlar 

haqqında,  vəfalı  və  vəfasız  qadınları  fərqləndirən  daşlar 

haqqında xatırlamalara rast gəlinir. 

Qədim  Roma  yazıçısı  və  alimi  Böyük  Pliniyin  “Təbii 

tarix”  əsərində  qiymətli  daş  olan  billur  -  əqiq  təsvir  olunur: 

onda bəzən Apollon (qədim yunanlarda günəş allahı, şeir, sənət 

hamısı  gözəllik  simvolu)  və  9  muza  (qədim  yunan 

mifologiyasında  incəsənət  və  elm  ilahəsi,  ilham  mənbəyi) 

görünürdü.  Bununla  belə,  onlar  süni  şəkildə  işlənib 

hazırlanmamışdı; təbii şəkildə olan ləkə (xal) elə dağılır ki, hər 

bir muza xas olan fərqli işarələr gözün qabağına gəlirdi. 

Qiymətli  daşların  simvolik  əlamətləri  və  xassələri 

haqqında  qədim  lapidazlarda  -  daşlar  haqqında  kitablarda 

yazılmışdır. Bəşər tarixində mineralogiya üzrə ilk əsər 



408 


olan bu kitablar sadə, primitiv baxışlar və mövhümat əsasında 

qurulmuşdur.  Lakin  artıq  elə  bu  kitabların  özündə  elmi 

dünyagörünüşün ilk əlamətlərinə rast gəlinir. Qədim baxışların 

bir  çoxunda  xalqın  müşahidəsi,  duyma  qabiliyyəti,  qabağı 

görməsi özünü biruzə verirdi. Məsələn, qədim dövrlərdə almaz 

möhkəmlik  və  mərdlik,  qorxma-  mazlıq,  ağrı  və  xəstəlik 

üzərində  qələbə  simvolu  idi.  Bizim  dövrümüzdə  almazın  ən 

bərk  metalları  emal  etmək  xassəsi  hamıya  məlumdur.  Kvars 

(silisium oksidi) lap qədimdən sehirli enerjinin gizli yeri hesab 

olunurdu. İndi isə biz bilirik ki, kvars ona mexaniki qüvvənin 

təsiri ilə elektrik gərginliyi yaratmaq xassəsinə malikdir. 

Qədim  astrologiya  astranomiya  ilə  məşğuliyyəti 

stimullaşdırdı,  əlkimya  elmi  kimyadan  əvvəl  yarandı,  lapi- 

darlar  isə  mineralogiyanın  rüşeymiərini  özündə  gizlətmişdir. 

Əlbəttə  simvollar  kimi  qiymətli  daşlarla  bağlı  mövhümat 

yalnız tarixçilər üçün deyil hamı üçün maraqlıdır. 

Müxtəlif dövrlərdə müxtəlif xalqların özlərini simvolik 

daşları olmuşdur. 

Eramızdan  bir  neçə  min  il  əvvələ  aid  olan  müqəddəs 

hind kitablarında - “Vedlər”də çoxlu qiymətli daşlar xüsusilə 

qırmızı  albalı  rənglərin  (tünd  qırmızı)  uyğunluğunda  olan 

daşlar haqqında qeydlər var. Rəvayətə görə, bu göydə döyüşən 

allahların  qanının  damcısıdır.  Damcılar  Qanqanm  qızmar 

qumuna düşür yaqut və süleyman daşma çevrilirlər. Başqa bir 

əfsanədə deyilir ki, qiymətli daşlar insana ölməzlik bəxş edən 

ilahi mayenin amritin damcısıdır. Allahlar amritin yalnız bərk 

hala düşdükdən və öz sehirli gücünü itirdikdən sonra insanlara 

qismət olmasına imkan verirdilər. 



409 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə