Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə133/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   148
    Bu səhifədəki naviqasiya:
  • Zodiak

Hind  mifologiyası  qiymətli  daşlar  xəzinəsi  ilə 

bəzədilmişdir.  Burada  Krişna  allahının  iqamətgahı  haqqında 

rəvayət  verilir:  -  bu  real  olmayan  xəyali  Devarka  şəhəridir. 

Onun  həyətləri  yaqutdan,  stolları  zümrüddən  (yaşıl  rəngli 

qiymətli  daş),  dam  örtükləri  mirvaridəndir  və  xiyabanlarına 

sapfır  (göy  yaqut)  səpələnmişdir.  Eyni  zamanda  yerdə 

yarımqaranhq  hind  məbədlərində  də  yaqutlar,  süleyman 

daşları, almazların sirli işıqları parlayır. Rusiyanın 195 karathq 

(qiymətli daşların 200- 206 mq-yə bərabər çəki ölçüsü) məşhur 

“Orlov”  almazı  vaxtı  ilə  brahman  məbədindəki  bütün  göy 

yuvasında  parıldayırdı.  Ümumiyyətlə  ən  böjhik  almazlar 

Hindistanda olmuşdur. Bu qiymətli daşın çıxarılmasının orjinal 

üsulu haqqında əfsanə də burada yaranmışdır. Bu əfsanə Kiyev 

knyazı Müqəddəs Yaroslavın “Məcmuəsinə” (qədim Rusiyada 

müxtəlif  kitablardan  götürülmüş  ayrı-ayrı  parçalardan  ibarət 

əlyazması  məcmusu)  də  daxil  olmuşdur.  “Min  bir  gecə” 

nağılmdaki  77-ci  nağılda  bu  əfsanədən  danışılmış  məşhur 

səyahətçi  Marko  Polo  özünün  “Kitab’hnda  bu  əfsanədən 

yazmışdır. Almazla səpələnmiş və ilanlarla dolu uçruma ölümə 

məhkum edilmiş qurbanları atırdılar. Yırtıcı quşlar yemi əldə 

etmək üçün uçruma şığıyır, onu dağın başına qaldırırdılar; bu 

vaxt  ətə  yapışan  qiymətli  daşlar  tökülürdü.  Çox  güman  ki, 

əfsanə qədim hind ənənəsi ilə bağlı olmuşdur: bu ənənəyə görə 

yeni mədən açarkən şər ruhlara heyvan qurban verirdilər. 

Əgər  Hindistanda  qırmızı  rəngli  qiymətli  daşlara 

üstünlük verilirdisə, digər qədim dövlət olan Misirdə yaşıl və 

göy  rənglər  yüksək  qiymətləndirilirdi.  Misirlilər  üçün  onlar 

əbədilik,  daimilik  və  sarsılmaz  sakitlik  ideyalarının  həyata 

keçməsi simvolu idi. Ola bilsin ki, bu Misir 

410 



mədənlərində bu rənglərin daha çox olması ilə izah olunurdu. 

Arxeoloqlar  burada  gözəl  zümrüdün  və  göy  xrizolitin 

(qızılaçalan  yaşılımtıl-sarı  rəngli  qiymətli  daş)  qədim 

dövrlərdə çıxarma üsulunu aşkar etmişlər. 

Tumanxamonun  məqbərəsindən  tapılan  qədim  Misir 

mədəniyyətinin  qiymətli  əmanətləri  əsasən  firuzə  və 

lyanis-lazur  (lazurit)  qiymətli  daşları  ilə  bəzədilmişdir. 

Tumanxamonun sinəsindəki asmada (kulonda) qanadı açılmış 

müqəddəs skarabey (qədim misirlilərdə pul və ya daş üzərində 

qazılmış və ya gildən qayrılmış müqəddəs böeək şəkli) əsası 

qızıl  göy  pasitadan  olan  arakəsmə  mina  texnikası  ilə 

hazırlanmışdır.  Böcəyin  özü  yarımqiymətli  yaşıl  daşlardan 

kəsilmişdir. 

Qədim  misirlilərin  baxışlarında  qızılı-göy  rəngli  peyin 

böcəklərinin tutduğu yer çox təəccüblüdür. Dünyanın bir çox 

ölkələrində  yayılmış  bu  böcəklər  hər  yerdə  qara  rənglidir, 

yalnız Misir və Nubiyada yaşıl rəngli skarabeylər yetişdirilir. 

E.ə.  IV  əsrdə  yaşamış  Misir  yazıçısı  Qorapollon 

skarabcylərin 

“öz-özünə  yaranması”  haqqında  yazır. 

Skarabeylər mal peyinindən Yer kürəsini xatırladan şara- oxşar 

barama düzəldirlər və 28 günlüyə torpağa basırırlar. Bu günlər 

ərzində  Ay  Zodiakm  (planetlərin  göydə  hərəkət  etdiyi  dairə) 

12 bürclərini keçir. Ayın yolu Günəşin yolu ilə kəsişəndə suya 

atılan barama açılır və ondan skarabey uçur. 

Qədim  misirlilərdə  skarabey  ikinci  dəfə  doğulmanm, 

dirilmənin və ruhun əbədi həyatının simvolu idi. Misirlilər onu 

“xepru”  adlandırırdılar  ki,  bu  da  “mövcud  olmaq,  yaşamaq” 

mənasını verir. 

Assuriyada və Babilistanda Qiymətli və yarım- qiymətli 

daşlardan hazırlanmış möhür-silindirlər geniş 

411 



yayılmışdır. Kağızı əvəz edən gil lövhəciklərdə onun izini imza 

əvəzinə vururdular. Demək olar ki, hər bir babilis- tanhnm öz 

möhürü var idi. Onlarda Allahlar, müxtəlif səhnələr və döyüşlər 

təsvir  olunmuşdur.  Maraqlıdır  ki,  tibb  işçisinin  möhüründə 

adından başqa cərrah bıçağı  və lanset  (neştər) şəkilləri  də var 

idi.  Nigah  bağlayarkən  hər  iki  tərəfin  möhürü  vurulurdu. 

Borcun ödənilməsini kreditorun (borc verənin)işarəsi bildirirdi. 

Adlı-sanlı,  tanınmış  və  varlı  adamların  lazurit,  əqiq,  yəşəm 

daşlarından  bir  neçə  möhür-silindrləri  var  idi  və  onları 

boyunbağı kimi gəzdirirdilər. 

Assuriyalıların  və  babilistanhlarm  həyatında  astro- 

logiya xüsusi yer tuturdu. Zodiakm hər bir bürcü ilə müəyyən 

qiymətli daşı əlaqələndirmək ənənəsi məhz onlardan gəlmişdir, 

(bu  ənənəni  onlar  da  misirlilərdən  götürmüşlər).  Belə  hesab 

olunurdu  ki,  bu  daşlar  həmin  bürc  altında  doğulan  adamlara 

himayədarlıq  edir.  Qədim  traktatlarda  qiymətli  daşları  Zodiak 

bürcünə görə aşağıdakı şəkildə yerləşdirirdilər. 

Zodiak

 

Tilsim- himayədar 



Qoç 

Ametist  (şəffaf  göy  və  ya 

bənövşəyi rəngli qiymətli daş) 

Buğa 

Əqiq 


Əkizlər 

Beril  (sarıyaçalar  və  ya  yaşıl 

rəngli rəngli şəffaf qiymətli daş) 

Xərçəng 

Zümrüd 


Şir 

Yaqut 


Qız 

Yaşma (yəmən daşı) 



412 


Tərəzi 

Almaz 


Əqrəb 

Topaz (müxtəlif rəngli qiymətli 

daş) 

Oxatan 

Firuzə 


Oğlaq 

Opal 


Dolça 

Sapfır 


Balıqlar 

Xrizolit(qızılaçalar yaşılımtıl- sarı 

rəngli qiymətli daş) 

Maraqlıdır ki, Misir papiruslarında, qədim bizanslıların 

əsərlərində çox cuzi dəyişikliklərlə məhz eyni daşlar sadalanır. 

Günəşin il ərzində keçdiyi yolda (ekliptika) yerləşən hər 

yeni bürcə onun daxil olması yeni ayın başlanmasını göstərir; 

belə ki, bu 12 daşla yalnız göy bürcləri (ulduzlar topası) deyil, 

həm də onlara müvafiq olan adlar təsvir olunurdu. 

Əhdi-ətiqdə  yəhudilər  üçün  simvolik  olan  müvafiq  12 

qiymətli  daşdan  danışılır.  Bibliyada  dəfələrlə  və  müxtəlif 

səbəblərlə  bağlı  qiymətli  daşlar  xatırlanır.  Məsələn,  qeyd 

olunur  ki,  Solomon  hökmdarının  səltənəti  altı  şüah  sapfırlə 

cilalanmışdır.  Bu  şüaların  sehrli  gücə  malik  olduğu  qeyd 

olunurdu.  Biz  bilirik  ki,  kristal  sapfıri  və  ya  yaqutu  düzgün 

cilalasaq  parlaq  görünən  ulduz  şəkilli  strukturu  müşahidə 

olunur. 

Qədim Yunanıstanda daşlara mistik səcdə ciddi şəkildə 

özünü göstərməmişdir, onlar əsasən daşlann gözəlliyinə səcdə 

edirdilər. Ellinist dövrü dünyaya qliptikanm (daş üzərində naxış 

açma  sənəti)  tayı-bərabəri  olmayan  nümunəsini  verdi;  - 

qiymətli daşlar üzərində bu oyma, naxış məşhur kameya - (daş 

və ya balıqqulağından 

413 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə