Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə130/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   148

bu  və  ya  digər  problemə  müraciət  etmiş  sələflərin 

“kooperasiyası”  ilə  həyata  keçir.  İkincisi,  mənəvi  əməyin  ən 

ümumi xarakteri o deməkdir ki, əqli əməyin bir işçisinin gücü 

ilə  bəşəriyyəti  zənginləşdirmək  olar.  Yəni  mənəvi  əməyin 

effektivliyi  ilə  maddi  əməyin  effektliyi  heç  bir  müqayisəyə 

sığmır. 


Mənəvi  əməyin  ən  ümumi  xarakterini  həm  də  o 

şərtləndirir ki, ictimai istehsal iştirakçılarının ümumi çəkisində 

əqli  əmək  işçiləri  həmişə  azlıq  təşkil  edirlər.  Bir  tərəfdən 

cəmiyyət  maddi  neməti  istehsal  etməyən  çox  saylı  adamları 

saxlamağa qadir deyil, digər tərəfdən isə  cəmiyyətə bu qədər 

çox  da  lazım  deyildir:  axı  bir  Eynşteyn  bir  çox  illər  bütün 

universitetləri “təəccübləndirə“, bir Şekspir isə dünyanın bütün 

teatrlarının  repertuarını  təmin  edə  bilər.  Mənəvi  əmək 

məhsulları  lap  əvvəldən  ictimaidir  və  öz  təbiəti  etibarı  ilə 

yalnız fərdi tələbat üçün nəzərdə tutulmamışdır. 

Mənəvi əməyin əsas ziddiyəti də çox güman ki, buradan 

yaranır:  öz  məzmununa  görə  ən  ümumi  xarakter  daşıyan 

mənəvi əmək tək, fərdi şəkildə həyata keçirilir. Hətta müasir 

dövrdə  mənəvi  əməyin  ən  yüksək  səviyyədə  bölündüyü  bir 

şəraitdə o mahiyyəti etibarı ilə fərdi, şəxsləndirilmiş qalır. Heç 

təsadüfi deyil ki, elmdə Nobel mükafatı ilə kollektiv müəlliflər 

təltif  olunmur.  İri  elmi  və  bədii  kollektivlərin,  institutların 

parlaq  lideri  olmayanda  səmərəli  heç  bir  iş  görə  bilmirlər. 

Mənəvi cəbhədə nailiyyət bir adamın və ya bir neçə xadimin 

səyi ilə həyata keçirilir. 



Mənəvi istehsalın ən mühüm xüsusiyyətlərindən biri də 

ondadır  ki,  tətbiq  olunan  “əmək  vasitəsi”  (ideyalar,  surətlər, 

ehkamlar)  öz  ideal  xarakterlərinə  görə  onları  bilavasitə 

istehsalçılarından ayırmaq olmaz (müsadirə 



398 


etmək,  başqasına  vermək  və  s.).  Ona  görə  də  maddi  istehsal 

üçün  adi  olan  istehsalçının  istehsal  vasitələrindən 

uzaqlaşdırılması  ilə  bağlı  çarpışma  mənəvi  istehsal  üçün 

mümkün  deyildir.  Onun  üçün  məhsuldar  qüvvələrin  son 

vaxtlar  aşkar  olunan  və  mənimsənilən  vasitələri:  -  suyun 

enerjisi,  buxar  enerjisi,  atom  və  s.  -  hesabına  yeni  əmək 

vasitələrinin  kəşfi-qeyri  mümkündür.  Mənəvi  istehsalın 

“güeü” yarandığı vaxtdan eyni - ayrıea intellektin güeü olaraq 

qalır. Ona görə də mənəvi istehsalda hər şey fərdi yaradıcılığa 

qapanır. 



Mənəvi  fəaliyyət  təbiətən  güclü  cəzbetmə  qüvvəsinə 

malikdir. Nə üçün rəssamlar, alimlər, yazıçılar, din xadimləri 

tanınmalarına,  hörmətə  diqqət  yetirmədən  yaradırlar?  Çox 

güman ki, yalnız ona görə yox ki, nə vaxtsa onlar gördükləri işə 

görə  qiymətləndiriləcəklər,  həm  də  ona  görə  ki,  fəaliyyət 

prosesi onlara o qədər zövq verir ki, yerdə qalan hər şey arxa 

plana keçir. Mənəvi fəaliyyət bir növ oyunu xatırladır, zövqü 

prosesin özü verir.  Bu zövqün təbiəti kifayət  qədər aydındır. 

Mənəvi fəaliyyət nəticədən asılı olmayaraq qiymətlidir. Maddi 

istehsalda bu hala demək olar ki, rast gəlinmir. İstehsalın özü 

naminə maddi istehsal əlbəttə, cəfəngiyyatdır. Ancaq incəsənət 

naminə incəsənət - ilk baxışdan göründüyü kimi də sarsaqlıq 

deyildir. 

Maddi nemətlər sahəsində - bəşəriyyət bütün inkişafı 

tarixində daha çox onu yaradan yox, ona sahib olan tərəfindən 

qiymətləndirilmişdir.  Mənəvi  dəyərlərə  də  isə  vəziyyət 

əksinədir.  Mənəvi  nemət  sahibi  heç  kəsi  maraqlandınmr, 

toplanmış  mənəvi  əmək  məhsullarının  sahibi  yox,  onun 

istehsalçısı  yüksək  qiymətləndirilir  (çox  şer  və  mahnı  bilən 

yox, onu yazan və oxuyan dəyərləndirilir). Məhz buna görə də 

maddi və mənəvi 



399 


istehsalın  inkişaf  üsulları  fərqlidir.  Mənəvi  dəyərlərin  fərdi 

istehsal  üsulu  və  onların  mənimsənilməsinin  ictimai 

xarakterinin  uyğunsuzluğu  onun  inkişafının  hərəkətverici 

qüvvəsidir.  Mənəvi  istehsalın  inkişaf  prespektivlərinin 

inkişafını  nəzərdən  keçirərək  qeyd  edək  ki,  gələcəkdə  bu 

istehsalda  heç  bir  fərdin  istisna  olmadan  iştirakı  imkanını 

genişləndirmək  və  mənəvi  dəyərlərdən  bəhrələnən  hər  bir 

şəxsin onu layiqincə qiymətləndirməsinə nail olmaq lazımdır. 

Ümumiyyətlə, cəmiyyətin mənəvi həyatının bir-biri ilə 

qırılmaz  bağlılığı,  bir-birini  tamamlaması,  dialektik  vəhdəti 

onun  özünəməxsus  cəhətlərindəndir.  Mənəvi  dəyərlərə 

hamının ehtiyacı olsa da, ondan hamı bəhrələnsə də, onu heç də 

hamı eyni  dərəcədə qiymətləndirə bilmir. Bu problem günün 

ən vacib məsələlərindəndir. 



400 


Təkrar üçün suallar 

1.

 



“Cəmiyyətin mənəvi həyatı” anlayışını xarakterizə edin. 

2.

 



İctimai  şüurun  mahiyyəti  nədir  və  onun  strukturu 

necədir? 

3.

 

Mənəvi istehsal nədir və onun əsas növləri hansılardır? 



4.

 

Son  on  ilin  böyük  elmi  kəşflərini  xatırlayın.  Elmin 



inkişafının  müasir  mərhələsi  üçün  xarakterik  meyl 

hansıdır? 

5.

 

İncəsənətin  mənşəyi,  mahiyyəti  və  əsas  funksiyaları 



haqqında danışın. 

6.

 



İncəsənət  sahəsində  tərəqqi  varmı?  Əgər  varsa,  bu 

konkret olaraq özünü nədə təzahür etdirir? 

7.

 

Əxlaq  fenomenini:  mahiyyətini,  inkişaf  üsullarım, 



ictimai rolunu izah edin. 

8.

 



Əxlaqın “imperativlik” xassəsini necə başa düşürsünüz? 

9.

 



Dinin mahiyyəti və əsas funksiyaları hansılardır? Vicdan 

azadlığını necə başa düşürsünüz? 

10.

 

Müasir dünya dinlərini xarakterizə edin. 



11.

 

İdealın ictima-tarixi xarakterini necə izah edərsiniz? 



12.

 

Mentalitet nədir? 



13.

 

İctimai şüurun formalarının çoxluğu nə ilə izah olunur? 



14.

 

Fəlsəfə elm hesab oluna bilərmi? 



15.

 

Mənəvi  tələbat  və  mənəvi  fəaliyyəti  necə  başa 



düşürsünüz? 

16.


 

Müasir  cəmiyyətin  mənəvi  həyatının  əsas  ziddiyyətləri 

nədədir? 

401 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə