Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə128/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   148

hər  cür  dəyərlərin  dəyişilməz  əhəmiyyətinin  olmaması  kimi 

baxıla bilər. 

Bu  cür  vəziyyətin  ictimai  xaosa  və  ya  diktaturanın 

qurulmasına  gətirib  çıxarması  qorxusu  ilə  yanaşı  bu  cür 

xaosdan  qurtarmağa  cəhd  etməyin  nəticəsi  kimi  mənəvi 

xarakterli təhlükələrin də yaranması mümkündür. 



“İnsan-kütlə”  özünün  pis  və  ya  yaxşı  tərəflərini 

qiymətləndirməyə qadir deyil və ümumiyyətlə istəmir, o özünü 

“hamı  kimi”  (Orteqa  Qasset)  hiss  edir  və  buna  görə  heç 

narahatda olmur. ’’Hamı kimi” özünü hiss etmək onun xoşuna 

gəlir. O özündən çox şey tələb etmir, özünü təkmilləşdinnəyə 

cəhd  etmir,  həyatını  mürəkkəbləş-  dirməməyə  üstünlük  verir 

və  axma  doğru  üzməyə  meyllidir.  Həyatın  maddi  tərəfmə 

üstünlük verməklə müvəffəqiyyətə, yüksək rifaha və rahatlığa 

nail ola bilər. 

“İnsan kütlə” hər hansı əqli problemi həll edərkən başına 

gələn  ilk  fikirlə  məhdudlaşır.  Bu  cür  təfəkkür  daha  yüksək, 

layiqli və düzgün fikri qəbul edən təfəkkürdən fərqlənir. Eyni 

zamanda  o,  yüksək  estetik  dəyərlər  və  xüsusi  ilə  də  əməl 

etməyə  daxili  tələbat  hiss  etmir.  Mənəviyə  qarşı  jöiksək 

nizam-intizam,  tələbkarlıq  ona  yaddır.  O,  nə  başqalarının 

düzgünlüyünü qəbul etmək, nə də özü düzgün olmaq, kiməsə 

öz  fikirlərini  qəbul  etdirmək  və  ya  qəbul  olunmuş  fikirlərə 

qoşulmaq  istəmir.  Bununla  belə  onda  enerjilik  və  dinamizm 

güelüdür.  Dünya  onun  üçün  öz  enerjisini  və  qabiliyyətini 

qoymaq üçün geniş sahədir. 

“Orta”  adama  ilk  növbədə  elm,  texnologiya  və 

informasiya  sahəsindəki  nailiyyətlərə  əsaslanan  keçmişə 

münasibətdə üstünlük hissi xasdır. Lakin bu vaxt o hiss etmir 

ki, bu tərəqqi heç də onun xidməti deyildir, eyni zamanda bu 

heç də mənəvi, mədəni, əxlaqi sahədə irəliyə 

392 



doğru hərəkət etmək demək deyildir. Buna görə də kütlə özünü 

refleksiya  ilə  çətinliyə  salmadan  ciddi  düşüncələrdənsə  sadə 

şüarları asanlıqla qəbul edir, sadə qərarlara daha tez reaksiya 

verir. Praktiki olaraq həmişə kütlənin bu xüsusiyyətlərindən öz 

şəxsi  mənafeyi  üçün  nəticəni  düşünmədən  istifadə  edən 

demaqoqlar  tanınır.  Buradan  da  gücə,  zülmə  bir  addım 

qalır-belə ki, başqa şəraitdə axırıncı vasitə kimi çıxış edən güc 

bu  vaxt  birinci  addım  kimi  çıxış  edir  və  bununla  dialoqa  və 

əməkdaşlığa  gedən  yola  sədd  çəkir.  Uğursuzluqlara  və 

çətinliklərə  bəraət  qazandırmaq  üçün  ən  yaxşı  yol  və  məlum 

olmayanlar,  dedi-qodular  və  uydurmalar  əsasında  asanlıqla 

yaradılan düşmən surəti daha çox uyğun gəlir. 

Kütləvi  şüur  dalğasında  bizim  dövrümüzün  qorxulu 

təhlükəsi  və  xəstəliyi  olan  təcavüzkar  millətçilik  məhz  belə 

yaranır və yayılır. Dünyada baş verən proseslər - suverenlik və 

müstəqilliyin  əldə  edilməsi,  eyni  zamanda  qarşılıqlı  surətdə 

bir-birindən asılılıq və qarşılıqlı təsir bunun üçün bir sıra əsas 

verir. Sağlam millətçilik milli mənafelərin və vətənpərvərliyin 

inikasıdır.  Lakin  millətçiliyin  ifrat  forması  nəticə  etibarı  ilə 

bəşəriyyət üçün təhlükə törədir. 

Müasir  həyatın  kütləviləşməsi  fonunda  reallaşan  daha 

bir təhlükə - dini fundamentalizmin özünün ifrat formalarında 

və  sektalarında,  xüsusi  ilə  də  totalitar  tipli  formalarda 

təsirlərinin  güclənməsidir.  Bu  insanların  ənənəvi  xarakterli 

dəyərləri  itirməsi  tarixi  köklərindən  uzaqlaşması,  çoxlu 

ümidlər  verən  nəzəriyyələrin  özünü  doğrultmamasmdan 

yaranan  peşmançılıq  fonunda  mümkün  olmuşdur.  Dini 

fundamentalizm  və  totalitarizm  insanların  inam  hisslərindən 

sui-istifadə  edərək  adamların  şəxsi  həyat  hüquqlarını 

məhdudlaşdırır, yalnız dini həyat 



393 


tərzinə  üstünlük  verir,  çox  vaxt  ekstremizm  və  terrorizm 

rolunu tuturlar. 



Millətçilik  və  dini  fundamentalizm  ilə  bağlı 

məsələlərə  daha  çox  diqqət  yetirmək  lazımdır.  Öz  şəxsi 

dəyərlərini qiymətləndimrəyi bacarmayan, özünün cəmiyyətdə 

yerini  və  rolunu  görməyən,  öz  yaşıdları  olan  başqa  xalqların 

nümayəndələri ilə milli dəyərlərə əsaslanan söhbətlərdə xalqını 

layiqincə qiymətləndirməyə əmin olmayan, sözü və əməli hələ 

də  bir-birinə  uyğunsuzluq  təşkil  edən  tələbəni  yalançı 

“millətçi”  ambisiyasından  uzaqlaşmaq,  sözün  əsl  mənasında 

milli hissləri aşılamaq üçün nə edilməlidir? Bir çox səriştəsiz 

adamların  təşəbbüsü  və  kiməsə  xoş  gəlməsi  xatirinə  ali 

məktəblərdə,  xüsusən  texniki  ali  məktəblərdə  dinin 

öyrənilməsinin  ləğv  edilməsi  müasir  gənclik  və  din  arasında 

bir boşluq yaratmışdır. Özünün dinə olan marağını, din tarixini 

öyrənmək istəyini reallaşdınnaq üçün yaradılan süni maneəni 

dəf edən gənc ayrı-ayrı məqsədlərə xidmət edən sektalara üz 

tutmağa  məcbur  olur.  Bunun  qarşısını  almaq  gənclərin  dinə 

elmi yanaşmasını təmin etmək üçün bu gün vacib vəzifələrimiz 

nədir? 


“İnsan-kütlə” təbəqə olmayıb müasir orta insanın tipidir, 

cəmiyyətin  bütün  qruplarında  və  sahələrində  yayılmışdır.  O, 

həm də özünü elit və intellektual hesab edən mühitdə də ola 

bilər.  Onun  xüsusiyyətləri  hər  yerdə  özünü  göstərir  və  eyni 

zamanda sanki o heç yerdə yoxdur. Bu onun dəyişkənliyi, yəni 

özünü dəyişdirmək imkanı ilə izah olunur. Kütləvi insan elədir 

ki,  onda  onun  özünün  şəxsi  özünü  dəf  etmək  potensialı  var. 

Bunun  üçün  xarici  maneə  mövcud  deyildir,  bütün  maneələr 

daxili xarakter daşıyır və ona görə də dəfolunandır. 

394 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə