Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə125/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   148

ümumi  fonu  Avropa  mədəniyyətinin  “qızıl  dövrü”  adlanan 

XVII-XIX əsr ziyalılarını öyrədən səviyyədən xeyli aşağı idi. 

XX  əsr  mədəniyyət  fonunun  göstəriciləri  və  onun  aşağı 

düşməsi səbəbləri nə ilə nəzərə alınır? 

İştimai  həyatın  tədrici  demokratikləşməsi  prosesi 

yüksək  maddi  səviyyəyə  çatmaq,  əsas  istehsal  proseslərinin 

təchizatı  kütləvi  çəmiyyətin  formalaşmasına  gətirib  çıxarırdı; 

burada  mədəni  dəyərlər  elitar  mülk  (var-dövlət)  olmaqdan 

çıxdı və eqalitar (bərabərləşdirici) xarakter aldı, bu da kütləvi 

mədəniyyətin, yəni kütləvi informasiya vasitələrinin yaratdığı 

və xüsusi, texniki cəhətdən yüksək təchiz olunmuş sənayenin 

yaydığı  ortaq  mədəniyyətin  yaranmasını  şərtləndirdi.  Kütləvi 

şüur  əhalinin  geniş  təbəqəsini  mədəniyyətin  imkanları 

haqqında,  incəsənəti  qəbul  etmək  üçün  zəmri  olan  vərdişi 

haqqında  məlumatlandırmaq  kimi  tarixi  bir  məqsədi  olsa  da, 

kütləvi  şüur  yüksək  incəsənətə  toxunmağı  əvəz  edə  bilməz. 

Lakin istənilən səviyyədə mədəniyyət sözün geniş mənasında 

humanist oriyentasiyah dəyərdir. Bu dəyərləri parçalayan hər 

nə varsa o antimədəniyyətdir. 

“Kütləvi  mədəniyyət”  ifadəsi  adətən  etinasızlıq  hissi 

ilə işlədilir, lakin bu anlayış müsbət mənada da işlədilə bilər: 

mədəniyyətə  milyonlarla  adam  can  atır.  “Kütləvi 

mədəniyyəf’in pis mənada işlədilməsi onunla bağlıdır ki, heç 

də  çox  vaxt  kütləyə  əsl  mədəniyyət  səviyyəsinə  qalxmağa 

imkan  verilmir,  əksinə  “mədəniyyətin”  özü  əhalinin  geridə 

qalmış  təbəqəsinin  sadə  zövqünə  uyaraq  aşağı  düşür,  əsl 

tərbiyə  görənləri  təəccübləndirən  bu  səviyyəyə  enir;  əhalinin 

yüksək təhsilli və tərbiyəli hissəsinə nə isə quru bir şey sarımaq 

gülüncdür. 



383 


Mədəniyyətin kütləviliyi - bu heç də onun vacib olaraq 

aşağı,  guya  primitiv  düşüncəlilər  üçün  nəzərdə  tutulan 

səviyyəsi  deyil,  bu  onun  formal  xarakteristikasıdır- 

özünəməxsus incəsənət bazarıdır. Axı geniş əhali kütləsinə də 

nəsə  vermək  lazımdır,  onları  mənəvi  yüksəkliyə  qaldırmaq, 

böyük  mədəniyyət  inciləri  ilə  tanış  etmək  lazımdır.  Xalqın 

mədəniyyətini  yüksəltmək  üçün  mədəniyyət  tarixinə, 

bəşəriyyətin  bütün  mədəni  irsinə  müraciət  etmək  lazımdır- 

cəmiyyətin  yüksək  təhsilli  təbəqəsini  aşağı,  nə  isə  sadə  bir 

səviyyəyə  endirmək  olmaz.  Cəmiyyətdə  həmişə  müxtəlif 

intelektual  imkanlı  və  təhsilli  adamlar  olub  və  olacaqdır. 

Mədəniyyət xadimi, əlinə qələm götürməyə cəhd edən istənilən 

adam  cəmiyyət  qarşısında,  insanlar  qarşısında  məsuliyyət 

daşıyırlar. Mədəniyyətin taleyi insanların əlindədir. 

Beləliklə, mədəniyyət tarixən müxtəlif bərabərli sistem 

kimi real mövcuddur, öz ümum şey formasına, öz simvoluna, 

ənənəsinə, idealına, dəyər oriyentasiyasına və nəhayət fikir və 

həyat  tərzinə  malikdir  -  bütün  bunlar  mədəniyyətin  mərkəzi 

gücü,  canlı  ruhudur.  Bu  mənada  mədəniyyətin  varlığının 

mənası  yüksək  fərdi  xarakter  daşıyır,  fərdin  dərin  şəxsi 

təcrübəsi kimi mövcuddur. 

§4. Cəmiyətin mənəvi həyatının dialektikası 

Müasir mənəvi vəziyyətin xarakterik  xüsusiyyəti  onun 

dərin  ziddiyyətliliyindədir.  Bir  tərəfdən  onda  yaxşı  həyata 

ümid var, bu da müəyyən mənada ruh yüksəkliyi yaradır. Digər 

tərəfdən isə, o böyük həyəcan və ehtiyatlılığa səbəb olur, belə 

ki,  ayrıca  bir  adam  təklikdə  qalır,  informasiya  dənizində  baş 

verən böyük işlərin qarşısında çaşır, qorunmaq təminatını itirir. 

384 



Müasir mənəvi həyatın ziddiyyətliliyinin hiss olunması 

elmdə,  texnikada,  təbabətdə  parlaq  qələbələr  əldə  etdikcə, 

maliyyə  qüdrəti  artdıqca,  adamların  rahatlığı  və  yaşayış 

səviyyəsi yüksəldikcə daha çox dujmlur. Aydınlaşdı ki, elmin, 

texnikanın və tibbin nailiyyətləri insanın rifahı üçün yox, onun 

pisliyinə də istifadə oluna bilər. Pul, rahatlıq naminə bir qrup 

adamlar qəddarcasına başqalarını məhv edə bilərlər. 

Beləliklə,  zəmanəmizin  başlıca  ziddiyyəti  ondan 

ibarətdir  ki,  elmi-texniki  tərəqqi  mənəvinin  tərəqqisi  ilə 

müşayiət  olunmur.  Əksinə  parlaq  gələcək  təbliğatına  aludə 

olmuş əhalinin böyük əksəriyyəti öz mənəvi dayaqlarını itirir, 

mənəviyyatın və mədəniyyətin yeni dövrə uyğun gəlmədiyini 

bəyan edirlər. Məhz buna görə də XX əsrdə Hitler və Stalinin 

düşərgələri,  terrorizm,  insan  həyatının  dəyişməsi  mümkün 

olmuşdur.  Tarix  göstərmişdir  ki,  hər  bir  yeni  əsr  əvvəlkinə 

nisbətən  daha  böyük  itkilər  gətirmişdir-ictimai  həyatın 

dinamikası  bu  günə  qədər  belə  olmuşdur.  Bununla  belə  ən 

dəhşətli  faciələr  və  represiyalar  müxtəlif  ictimai-siyasi 

proseslərdə  və  dövlətlərdə  o  cümlədən  mədəniyyətin, 

fəlsəfənin,  ədəbiyyatın  inkişaf  etdiyi,  yüksək  humanitar 

potensialın olduğu ölkələrdə də baş vermişdir. Çox vaxt bunları 

yüksək  təhsilli  və  maariflənmiş  adamlar  həyata  keçirmişlər. 

Maraqlıdır ki, vəhşilik və insanlara nifrət faktları heç də həmişə 

geniş  ictimai  müzakirəyə  çıxarılmamışdır.  Fəlsəfi  təhlil  XX 

əsrin mənəvi atmosferini və hadisələrin gedişini müəyyən edən 

və  XXI  əsrdə  də  öz  təsirini  saxlayan  başlıca  amilləri  aşkar 

etməyə kömək edir. 

Elmin və texnikanın görünməz tərəqqisi XX əsrin təkrar 

olunmaz  özünə  məxsusluğunu  müəyyən  etdi.  Onun  nəticələri 

müasir insanın həyatının bütün sahələrində 



385 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə