Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə31/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   148

göro  do  sonrakı  mühakiməlordə  o  «sürüşüb»  aradan  çıxır. 

Filosoflar  qeyd  edirlər  ki,  insanın  təbiiliyinə  istinad  etmək 

onun  mahiyyətini  azaltmır.  İnsan  eyni  zamanda  həm 

mikrokosmos,  həm  də  makrokosmosdur.  O,  şeylərin  təbii 

dövretməsi  fenomenindən  biridir,  təbiətin  bir  hissəsidir. 

Təbiətin  dövretməsindən,  onun  dinamikasından  asılıdır. 

Təbiətin  əbədi  obyektiv  qaydası  haqqında  təsəvvürlər  lap 

çoxdan formalaşmışdır, insanın həyatı da ona tabe edilmişdir. 

İnsan  mikrokosmos  kimi  ilk  növbədə  təbii  varlıqdır.  İnsanın 

mikrokosmos olması onun böyük aləmlə bağlılığı müddəasını 

Demokrit  irəli  sürmüş  və  inkişaf  etdirmişdir.  O,  belə  hesab 

edirdi ki. Kainatı ilahi qüvvə idarə edir, ona görə də insanı da 

Allah idarə edir, insanın özü isə əqlə malik olmayan heyvanları 

idarə  edir.  Mikrokosmosun  sirlərini  də  insanda  axtarmaq 

lazımdır. Bu həqiqəti bütün dövrlərin mistikləri öyrətmişdirlər. 

Fransız  alimi  Pyer  Şarden  təkamül  gedişində  yaranan 

mərhələləri; həyatdan qabaq (litosfera), həyat (biosfera), fikir 

(noosfera)  və  fovqəlhəyat-qeyd  etmişdir.  Bu  təkamül  onu 

göstərir ki, bəşəriyyət canlı varlıq kimi Yerin müəyyən geoloji 

örtüyünün  maddi  enerji  prosesləri  ilə,  onun  biosferası  ilə  sıx 

bağlıdır.  Fizika  sahəsindəki  yeni  kəşflər  təbiətlə  bağlı  fəlsəfi 

fikirlərin inkişafına böyük təkandır. Yeni kosmik obyektlərin 

kəşfi Kainatın təkamülü ilə bağlı baxışlar təbiətin yeni surətini 

yaratmışdır. Bəzi filosoflar belə hesab edir ki, naturfəlsəfə artıq 

müstəqil  bilik  sahəsi  kimi  mövcud  ola  bilməz.  Öz  fikirlərini 

onunla  əsaslandırırlar  ki,  naturfılosoflar  ayrı-  ayrı  sahələrə 

müdaxilə edirlər, sanki təbiətlə bağlı fəlsəfi mühakimələr artıq 

məna kəsb etmir. Axı o qədər fenomenlər var ki, onları yalnız 

təbii ilkin şərtlərlə izah etmək artıq mümkün deyildir. Ancaq 

fəlsəfənin bu qədim 



95 


istiqamətinin  intibahından  danışmaq  da  yerinə  düşər-axı  bu 

gün 


0

  yeni  sima  almışdır:  bu  gün  burada  söhbət  dünyanın 

başlanğıcından,  şeylərin  təbiətindən  getmir,  əsasən  insanın 

kosmik təbiətindən danışılır. Bir sözlə maşmiaşdırılmış dünya 

insanın  yaşaması  məsələsini  kəskin  şəkildə  qarşıya  qoyur. 

Təbiətlə qırılan əlaqə yalnız təbiətin özü ilə bərpa oluna bilər. 

Təbiətə  hissə-hissə  yanaşmağın  təhlükəsini  qeyd  edən  Höte 

ona  bütöv  yanaşmanı  təklif  etmişdir.  Lakin  bu  cür  yanaşma 

yalnız o vaxt mümkündür ki, təbiətin fəlsəfi şərhi onun digər 

şərhindən təcrid olunmamışdır. Bir sözlə təbiət və cəmiyyətin 

birgə inkişafı təmin olunmalıdır. İnsanın təbiətə qarşı zorakılığı 

böyük  təhlükədir.  Təbiət  və  cəmiyyətin  qarşılıqlı  əlaqəsi 

zamanın tələbi və ekoloji tərbiyənin zəruri anıdır. Əlbəttə təbiət 

və  cəmiyyət  öz  qanunları  ilə  yaşayır,  lakin  təbii  və  ictimai 

proseslərin harmoniyası ideyası olduqca səmərəlidir. 

N.A.Berdyayev  qeyd  edir  ki,  «təbiətə  qayıdış 

mədəniyyət tarixində əbədi mövzu olmuşdur». Əgər məsələnin 

fəlsəfi  tərəfi  haqqında  danışsaq,  doğrudan  da,  dünya 

mədəniyyəti  tarixində  təbiətin  qavranılması  müxtəlif 

olmuşdur.  Bəzən  təbiət  fÖvqəldəyər  kimi  dərk  olunmuşdur. 

Ancaq  bəzən  o  sanki  şüurdan  sıxışdırılmışdır,  öz  yerini 

mədəniyyətə,  sivilizasiyaya  vermişdir  -  həmin  vaxtlar  elə 

güman  olunmuşdur  ki,  məhz  onlar  insan  yaşayışı  üçün  daha 

əlverişlidir.  İlk  əvvəl  insan torpaq, bitki  və heyvanlarla bağlı 

olmuşlar.  Torpağın  sirri  mühüm  rol  oynamışdır:  bitki  və 

heyvanlarla  bağlı  olan  dini  ibadətin,  sitayişlərin  nə  qədər 

əhəmiyyətli  olduğu  hamıya  məlumdur.  Bu  ibadətlərin 

formasının  dəyişmiş  ünsürləri  sonralar  dünya  dinlərinə  daxil 

edilmişdir. Həmin dini baxışlara görə insan torpaqdan yaranıb 

və torpağa 



96 


çevriləcəkdir.  Mədənij^ət  öz  çiçəklənməsi  dövründə  təbiətlə 

əhatə olunmuşdur, bağçaları və heyvanları çox sevirdi. Güllər, 

kölgəli parklar və şəhər bağçaları, çaylar və göllər, cins itləri və 

atları, quşlar mədəniyyətə daxildir. Mədəniyyət adamları təbiət 

həyatından  nə  qədər  uzaqlaşsalar  da  hələ  də  göyə,  sayrışan 

ulduzlara,  qaçan  buludlara  tamaşa  edirdilər.  Təbiətin 

gözəlliyini seyr etmək artıq mədəniyyətin məhsulu hesab oluna 

bilər.  Mədəniyyəti,  dövləti,  məişəti  canlı  orqanizmin 

anologiyası  kimi  üzvi  şəkildə  sevirdilər.  Mədəniyyət  və 

dövlətin  çiçəklənməsi  bitki  -  heyvan  prosesi  kimi  ifadə 

olunurdu.  Mədəniyyət  simvollarla,  rəmzlərlə  dolu  idi,  orada 

göy  yer  formasında  öz  əksini  tapmışdır,  o  biri  dünyanın 

əlamətləri  bu  dünyada  verilirdi.  Lakin  tədricən  təbiətlə  bağlı 

qəlblərə  hakim  kəsilən  fikirlər  «seyrəlməyə,  dağılmağa» 

başladı. 

İlk  əvvəl  cəmiyyətin  maddi  bazasının  və  gücünün 

primitiv  olduğu  şəraitdə  təbiət,  haqlı  olaraq,  ölçüyə  gəlməz 

dərəcədə  əhəmiyyətli  və  yetkin  qüvvə  kimi  qəbul  olunurdu. 

Antik  fəlsəfədə  təbiətə  süd  verən  ana  kimi,  insanın 

yaranmasının  səbəbi  kimi  baxılırdı  (Platon).  Antik  dövrün 

materialist  baxışlarının  nümayəndələri  insana  atomların 

məcmusu  kimi  baxmışlar  (  Demokrit).  Təbiətin  təbii 

harmoniyası  insanları  heyran  edirdi  və  onlar  təbiəti 

yamsılamağa  cəhd  edirdilər.  İnsan  və  təbiət  vahid,  harmonik 

cəhətdən  bir-biri  ilə  bağlı  olan  bütöv  kimi  qəbul  edilirdi. 

Təbiətlə  həmrəy,  uyğun  şəkildə  yaşamağa  cəhd,  onu  dərk 

etmək,  təbiətdən  müşahidə  obyekti  kimi  istifadə  etmək 

cəmiyyətin  idealı  idi.  Antik  dövrdə  cəmiyyətin  düşünən 

zəkaları  təbiəti  insanın  dəyişdirici  fəalij^ətinin  bilavasitə 

məqsədi  kimi  qiymətləndirməyə  imkan  vermirdilər.  Antik 

dövıiin baxışlarına görə təbiət, yer və göy, dünya - bu dəyişməz 

kosmosdur, əbədi qaydaların 



97 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə