Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə39/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   148

milyon azalır. Aparıcı Avropa dövlətlərində əhalinin qocalınası 

sürətlə gedir; bunun qarşısını almaq üçün dövlət səviyyəsində 

müəyyən tədbirlər keçirilsə də hələlik istənilən nətieələr əldə 

olunmamışdır. 

Bunula belə qeyd olunmalıdır ki, Yer kürəsinin əhalisi 

öz  tarixi  ərzində  həmişə  artan  sürətlə  getmişdir.  Əgər  bizim 

eranın I əsrində Yer kürəsinin əhalisi 300 milyon nəfər idisə, 

1965-ei  ildə  bu  rəqəm  3  milyard  280  milyona  çatdı.  Otuz  il 

sonra, 1995-ei ildə Yer kürəsinin əhalisi 5 milyardı keçdi. XX 

əsr  ərzində  əhali  3  dəfə  artmış  və  hal-  hazırda  6  milyarda 

çatımşdır. Yer kürəsində əhalinin yaşaması üçün qəbul edilən 

imkan,  BMT-nin  hesablamalarına  əsasən  10-12  milyard  ola 

bilər.  -  İndiki  inkişafla  Yer  kürəsində  XXI  əsrin  ortalarında 

əhalinin  sayı  bu  rəqəmə  çataeaqdır.  Əhali  artımını  saxlamaq 

üçün  təklif  olunan  tədbirlərdən  biri  də  Cənub  ölkələrində 

ailələrin  planlaşdırılması  ilə  bağlı  proqlamların  qəbul 

edilməsidir. - hər ailə üçün iki-üç uşaq normal hesab olunur. Bu 

ölkələrdə  əhalinin  məşğuliyyət  və  mədəniyyət  səviyyəsinin 

yüksəldilməsi inkişaf etmiş ölkələr tərəfindən onlara göstərilən 

köməyin  artırılması  planlaşdırılmış  proqramın  tərkib 

hissəsidir. Əhali artımı probleminin müsbət həll edilməsi həm 

də  cəmiyyət  və  təbiətin  qarşılıqlı  münasibətinə,  təbii 

sərvətlərin qorunmasına yaxşı təsir edəcəkdir. Əgər bütövlükdə 

cəmiyyəti,  demoqrafik  sistemi  götürsək,  onda  ailə  həyatına 

insan həyatının təkrar istehsalı mövqeyindən baxmaq olar ki, 

bu da demoqrafiyanın (yunan sözü olub demos - xalq və qrapho 

- yazıram mənasını verir) predmetini təşkil edir. Demoqrafiya 

əhalinin  təkrar  istehsalını  («ölüm-doğum»  dünyasını),  onun 

dinamikasını, miqrasiyasım, demoqrafik vahid kimi ailəni və s. 

öyrənir. 



119 


Köhnə bir lətifə var: bacarığı olmayanın biri ata minir, 

sonra  sürüşüb  atın  quyruğundan  yerə  düşür  və  deyir:  «Bu  at 

qurtardı, başqasını verin». Yəni torpaq qurtardı deyənlər okean 

istəyirlər  -  axı  onlar  fikirləşmirlər  ki,  okeanın  dibinin  də  öz 

problemləri var. Bəzən etiraf etmək lazım gəlir ki, Maltus əhali 

artımı ilə onun təmin olunması arasındakı münasibətləri yaxşı 

görə  bilmişdir.  Doğrudan  da,  müəyyən  məhdud  ərazidə 

yaşayan əhalinin  sayı  o qədər arta bilər ki,  bu da ehtiyatların 

qurtarmasına  səbəb  ola  bilər.  Demoqrafik  fəlakətin 

mümkünlüyü  haqqında  danışan  Maltus  demoqrafik  sistemin 

işləmə-  sindəki  bəzi  mühüm  amilləri  nəzərə  almamışdır:  o, 

əhali artımına və onun təmin olunmasına birbaşa və vasitəsiz 

nəzər  salmışdır  və  demoqrafik  proseslərin  ietimai  idarə 

olunmasmdakı  bilavasitə  olan  ietimai-iqtisadi,  mədəni,  dəyər 

normalarını  və  eəmiyyətin  istiqamətini  görə  bilməmişdir. 

Bundan  başqa  əhalidə  olan  dəyişikliklər  istər-istəməz 

iqtisadiyyatın vəziyyətinə, eəmiyyətin məhsuldar qüvvələrinin 

inkişafına,  ietimai  inkişafın  sürətinə  və  nisbətinə  əhəmiyyətli 

dərəcədə  təsir  göstərir.  Əhali  problemi  yalnız  planetimizdəki 

adamların sayı problemi ilə məhdudlaşmır. Cəmiyyət təbiətlə 

qarşılıqlı  əlaqədə  olduğundan  demoqrafiya  məsələsi  qlobal 

ekoloji problemin bir hissəsidir və bu problemlə birlikdə həll 

edilməlidir.  Şübhəsiz  ki,  eəmiyyətin  taleyi  üçün  əhəmiyyətli 

olan məsələlər, eəmiyyətin təbiətlə qarşılıqlı münasibəti yalnız 

əhalinin olması faktı olmayıb, həm də əhalinin sayının optimal 

səviyyədə  saxlanılmasını  zəruri  edir.  Bəli,  demoqrafiya 

problemi bu gün, bəşər tarixinin indiki mərhələsində ən kəskin 

problemlərdən biridir. 



İnsan  və  təbiətin  qarşılıqlı  fəaliyyəti  məsələsini 

«coğrafi mühit» «ətraf mühit, «biosfera», «neosfera» 

120 


anlayışlarını, 

eyni 


zamanda 

onların 


əlaqələrini 

aydınlaşdırmadan təhlil etmək mümkün deyildir. 



Coğrafi mühit - bitki və heyvan aləmi, su, torpaq. Yerin 

atmosferi  -  cəmiyyət  həyatının,  ilk  növbədə,  istehsal  prosesi 

sahəsinə cəlb olunan təbiətin hissəsidir. O, cəmiyyət həyatının 

ən  müxtəlif  tərəflərinə  və  ilk  növbədə,  maddi  istehsalın 

inkişafına  əhəmiyyətli  dərəcədə  təsir  edir.  Təbiətin 

müxtəlifliyi  lap  çoxdan  insan  əməyinin  bölünməsinin 

(ovçuluq,  balıq  tutmaq,  əkinçilik,  maldarlıq,  faydalı  yeraltı 

qazıntılar  və  s.)  təbii  əsası  olmuşdur.  Təbii  mühitin 

özünüməxsusluğundan 

insan 


fəaliyyətinin 

konkret 


istiqamətləri,  xüsusi  ilə  də  müxtəlif  ölkələrdə  və  konti- 

nentlərdə istehsalın bu və ya digər sahələrinin inkişafı asılıdır. 

Konkret coğrafi mühitin bu və ya digər xalqın tarixi inkişafına 

təsiri şübhəsizdir, eyni zamanda bu təsir olduqca müxtəlifdir. 

İstehsal üçün əlverişli təbii şəraitin olduğu yerlərdə hər hansı 

kənd təsərrüfatı məhsulunun istehsalı üçün 6-7 saat sərf etmək 

lazım gəlir (Bolqarıstanda, Türkiyədə). Eyni zamanda əlverişli 

olmayan  iqlim  şəraitində  bunun  üçün  20  və  ya  30  saat  sərf 

etmək  lazım  olur.  Bu  fərqlər  cəmyyətin  inkişafının  ilkin 

mərhələsində,  təbiət  predmetlərinin  yenidən  hazırlanması 

onların  bilavasitə  hazır  şəkildə  istifadə  olunması  ilə 

müqayisədə  çox  az  faiz  təşkil  etdiyi  vaxtda,  xüsusi  ilə  hiss 

olunurdu.  Aydındır  ki,  Yer  kürəsinin  müxtəlif  ərazilərində 

kifayət qədər yaxşı olmayan və əlverişsiz iqlim şəraiti ictimai 

inkişafı xeyli ləngitmişdir. 

Nə üçün qədim sivilizasiya ilk öncə Şimal  xalqlarında 

yox,  cənub  ölkələrinin  xalqlarında  yaranmışdır?  Bunun  ən 

başlıca səbəblərindən biri şübhəsiz ki, təbii şəraitdir. Məsələn, 

Qədim  Misirin  iqlim  şəraiti  Skandinaviyanın  iqlim  şəraitinə 

nisbətən burada ictimai həyatın 



121 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə