Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə36/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   148

üçün  təhlükə  yaratmırammı?  Axı  onun  məhv  olması  ilə  mən 

özüm də məhv oluram». 

İnsan  təbiətə  yeni-yeni  yaralar  vurmaqla,  meşələri 

qırmaqla,  çayları,  gölləri,  dənizləri  çirkləndirməklə,  bütün 

planetdə  ekoloji  fəlakət  yaratmaqla  öz  gücündən  uzun  illər 

zövq  aldı.  Mədəniyyətin  maşmiaşdırılması  mədəniyyətin  özü 

üçün təhlükə yaratmağa başladı. Onlar mədəniyyəti unifıkasiya 

edir  -  vahid  şəklə  salır,  onu  ruhlanmadan,  ilhamlanmadan 

məhrum  edir,  onun  təbiətlə,  eyni  zamanda  xalqla  bağlı 

köklərinin əlaqəsini dağıdır. Maşmiaşdırma insanı incəsənətin, 

ədəbiyyatın,  teatrın  gözəl  əsərləri  ilə  ünsiyyətdən  alınan 

zövqdən  məhrum  edir,  onu  qorxunc,  anlaşılmaz,  həmişə  onu 

hədələyən,  başqa  ölçülərdə  mövcud  olan,  başqa  dünyada 

yaradılan  «maşın  əqlinə»  çevirir.  Artıq  söhbət  insanın 

yaşamasının  strategiyasından  gedir.  İnsanlar  özləri  maşina 

çevrilirlər: təbiət texnika tərəfindən fəth olunur. Yer kürəsində 

öz  mövcudluğunun  milyon  ili  ərzində  öz  həyat  şirəsi  ilə 

bəşəriyyəti qidalandıran üzvi həyat daha çox tükənir. Planetdə 

insan həyatının  «yazılan vaxtdan əvvəl  başa çatmasına mane 

olmaq  üçün  texnikanı  tam  muxtariyyətinə  yol  vermək,  ona 

mütləq azadlıq vermək olmaz. 

İnsanın  hər  hansı  məqsədinə  çatması  üçün  təbiətə 

yanaşmadan bir vasitə kimi istifadə etməsi XX əsrin ortalarına 

qədər qalmış  və  getdikcə  güclənmişdir.  Yalnız XX əsrin son 

onilliyindən  başlayaraq,  qlobal  ekoloji  fəlakətin  artdığı  bir 

vaxtda  insan  və  təbiət  arasındakı  münasibətlərin  ağıllı 

balansını  axtarmaq  vəzifəsi  qarşıda  dayandı,  baş  verən 

proseslərin  fəlsəfi  dərk  olunması  daha  da  aktuallaşdı.  Təbii 

elmi  idraka  gəldikdə  isə  təbiətin  sınanması  ideyası  hakim 

mövqeyə çıxarıldı, onun sirlərini aşkar etmək, onun keyfiyyət 

müxtəlifliyini ciddi kəmiyyət 

110 



qanunlarına  salmaq  məqsədinə  çevrildi.  Eyni  zamanda  ilk 

təbiətşünasların  təbii  elmi  materializmi  insanın  təbiətlə 

qarşılıqlı münasibətinin bütün zənginliklərinə olduqca məhdud 

baxışdan çıxış edirdilər. Ancaq demək olmaz ki, bu baxışlarla 

hamı  razılaşırdı  ən  müxtəlif  istiqamətdən  olan  mütəfəkkirlər 

bununla  razılaşmırdılar.  Bunula  belə  uzun  müddət  ərzində 

onlar  üstünlük  təşkil  etmişdilər,  məhz  onlar  real  praktikada 

təbiət  və  cəmiyyətin  qarşılıqlı  münasibətlərinə  uyğun 

gəlirdilər.  İnsanı  elmi-texniki  gücü  artdıqca  onun  təbiətə 

təsirinin  təhlükəsi  də  artır  və  insan  öz  gücünün  təhlükəsi 

qarşısında  məsuliyyət  daşımalı  olur.  Təbiət  və  cəmiyyət 

arasındakı münasibətdəki humanistlik və ağıllılıq daha aktual 

olur. 

İnsan  heç  də  təsadüfən  təkamülün  məhsulu  hesab 



olunmur, axı sanki onun haradan yaranması məlum olmadığı 

kimi  onun  məhv  olması  da  qəflətən  ola  bilər.  Keçən  əsrdə 

düşünüldüyü kimi  təkamül kor deyil və ölümcül  mübarizəyə 

istiqamətlənməmişdir.  Dünya  və  insan  arasında  harmoniya 

mümkündür.  Tamamilə  qanunauyğun  haldır  ki,  müasir  elmi 

kəşflərə  söykənərək,  ola  bilsin  ki,  təkamül  ciddi  qanunlar 

əsasında inkişaf edə bilər. Bəlkə də insanın yaranması Kainatın 

hələ rüşeym halında olduğu vaxtdan ehtimal olunurdu. Yalnız 

insan vasitəsi ilə dünyanın nəhəng inkişafını, onun təkamülünü 

dərk  etmək  olar.  Adamların  təbiətdən  başqa  evləri  yoxdur. 

Onun  fəth  edilməsi  böyük  təhlükələr  doğurur.  Ona  görə  də 

təbiətin böyüklüyünü və gözəlliyini saxlamaq lazımdır, insanın 

düşünülməyən  dağıdıcı  fəaliyyətinin  nəticələrini  aradan 

qaldımıaq  lazımdır.  Bu  gün  ekoloji  etikanın,  yəni,  təbiətə 

əbədi, müqəddəs dəyər kimi münasibət bəsləməyi tələb edən 

qaydaların yaradılması haqqında məsələ daha kəskin 



111 


şəkildə  dayanır.  İnsan  və  təbiət  arasında  əbədi  və  daimi 

kəskinləşən münaqişə mövcud deyildir. 



§2. Təbiət cəmiyyətin həyat fəaliyyətinin əsasıdır. 

Təbiət və cəmiyyətin qarşılıqlı surətdə bir-birinə təsiri. 

Bu  məsələnin  şərhinə  cəmiyyət  həyatının  təbii 

əsaslarından  başlamaq  məqsədəuyğundur.  İnsan  və  təbiətin 

münasibətindəki  dəqiq  balansın,  müvazinətin  axtarışı  bu  gün 

təbiət  və  cəmiyyətin  münasibətlərinin  real  durumunu 

aydınlaşdırmadan,  eyni  zamanda  onların  hər  hirinin  çəkisini 

müəyyən  etmədən  mümkün  deyildir.  Bəşəriyyət,  özünün 

bugünkü  qüdrətinə  və  müstəqilliyinə  baxmayaraq  təbiətin 

tərkib  hissəsi  və  təbiətin  təkamülünün  davamıdır.  Cəmiyyət 

təbiətlə sıx bağlıdır, ondan kənarda mövcud ola və inkişaf edə 

bilməz - ilk növbədə insanı əhatə edən ətraf mühit olmasa insan 

yaşaya bilməz. Təbii mühitin cəmiyyət həyatına təsiri istehsal 

sahəsində  daha  aydın  şəkildə  özünü  göstərir.  İnsanları 

təbiətdən  ayrılmağa  imkan  verən  bütün  maddi  istehsal  öz 

əsasında  təbii  tərkib  hissələrə  əsaslanır.  Faydalı  yeraltı 

qazıntılar,  enerji  mənbələri,  əmək  məhsulları  -  hamısı 

təbiətdəndir.  İstehsal  prosesində  təbiət  insan  tərəfindən  əmək 

predmeti  kimi,  cəmiyyətin  marağı  naminə  islahatçılıq 

fəaliyyətinin  obyekti  kimi  istifadə  olunur.  Təbii  zənginliklər 

(ilk növbədə faydalı qazıntılar) maddi istehsalın və cəmijq/ət 

həyatının  təbii  əsasına  xidmət  edir.  Təbiətdən  ayrılan 

bəşəriyyət  maddi  istehsal  nəticəsində  alınan  əmək məhsulları 

olmadan yaşaya bilmir. 

Təbiət  -  insanın  və  bütövlükdə  cəmiyyətin  həyat 

fəaliyyətinin  təbii  əsasıdır.  Təbiətdən  kənar  insan  mövcud 

deyildir və mövcud ola bilməz. Hətta kosmosda, kosmik 



112 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə