Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə32/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   148

ciddi iyerarxik sistemidir. Təbii ki, təbiət haqqında bu baxışlar 

dünyanın  Allah  tərəfindən  yaradılması  fikirləri  ilə  uzlaşırdı. 

Aristotel də, Akvinah Foma da kosmik qaydanı bu cür qəbul 

edirdilər.  Təbiətin  ilahi  başlanğıcına  inam  onların  təbiətin 

əsasları  ilə  bağlı  baxışlarını  qidalandırırdı.  Filosofların  əsas 

diqqəti  təbiətə  (natura),  onun  mahiyyətinə,  onun  yaradıcılıq 

qüdrətinə yönəlmişdir. Antik təfəkkürdə təbiət hərəkətdə olan, 

dəyişən  bütov  kimi  qəbul  edilirdi:  bu  mənada  insan  təbiətə 

qarşı qoyulmur, əksinə təbiətin bir hissəsi kimi qəbul edilirdi. 

Antik  filosoflar  kosmos  deyərkən  insan  əqlinin  qəbul  edə 

bildiyi  bütün  təbiəti  başa  düşürdülər.  Eyni  zamanda  kosmos 

xaosa  qarşı  qoyulurdu  -  kosmos  hər  şeyi  əhatə  edən, 

mütəşəkkil, qanunauyğun və yetkin kimi qəbul edilirdi. Layiqli 

müdrik üçün təbiətlə ahəngdar yaşamaq ideal idi, məhz onlar 

təbiətin elmi  dərk olunması  vəzifəsini əsaslandırılmış  və onu 

naturfəlsəfə  çərəivəsində  həll  etməyə  cəhd  edərək  mücərrəd, 

abstrakt fərziyyələr irəli sürmüşlər. 

Orta əsr mədəniyyətinin adamları belə hesab edirlər ki, 

təbiət  insanlarla  ilahi  iradə  və  əqlin  simvolik  dili  ilə  danışır. 

Orta əsrlərdə Avropa fəlsəfəsi dinin təsiri altında idi. Ona görə 

də təbiət, ilk növbədə isə, insan Allahın yaratdığı varlıq kimi 

qəbul edilirdi. Allah tərəfindən özünün oxşarı və bənzəri kimi 

yaradılan insan ali varlıq kimi əbədi ruha malikdir və o, günahı 

olan,  özündən  xeyli  «aşağı»  olan  təbiətə  qarşı  qoyulmağa 

başladı.  Artıq  bu  dövrdə  insana  təbiətin  bir  hissəsi  kimi 

baxılmır,  insan  təbiətə  qarşı  qoyulur  və  ondan  üstün  qəbul 

edilirdi.  Maddi  aləmin  öyrənilməsinə  maraq  sönür  və  bu 

sahədə göstərilən cəhdlər yüksək qiymətləndirilmir. Təbiət şər 

mənbəyi kimi qəbul olunurdu, onu dəf etmək və ya onu tabe 

etmək vacib hesab edilirdi, insan həyatı isə ilahi 

98 



başlanğıc olan ruha və günahı olan təbii başlanğıca - bədənə 

malik qəbul edilirdi. Elə bu özü təbiətə qarşı mənfi münasibətə 

haqq  qazandırır  və  hətta  təbiətə  qarşı  zor  tətbiq  olunmasını 

əsaslandırırdı. Təbiət cansız, insana və insan cəmiyyətinə qarşı 

dayanan kimi  şərh olunurdu. Bu cür baxışlar sistemi təbiətin 

elmi dərk olunmasına marağa təkan verə bilməzdir. Ancaq orta 

əsrlər təfəkkürünün dərinliklərində təbiətə münasibətin başqa 

bir xətti də mövcud olmuşdur. Təbiətin Allahın yaratdığı kimi 

qəbul  olunması  onda  səmərəli  başlanğıcın  axtarılması  üçün 

imkan yaradırdı, təbiətdə olan ilahi planı aşkar etməyə, açmağa 

göstərilən eəhd, bu baxımdan Allahın qüdrətini,  müdrikliyini 

əsaslandırmaq təbiətin öyrənilməsi üçün xeyli imkan yaradırdı. 

Təbiətin kitab kimi məcazi dərk olunması buradan irəli gəlir. 

Belə hesab olunurdu ki, Allah insanlara iki kitab venrıişdir  - 

onun müdrikliyini bilavasitə təzahür etdirən müqəddəs yazılar 

və  öz  müdrikliyini  həkk  etdiyi  təbiət  kitabı.  Orta  əsrlərdə 

yaranan  bu  baxış  təbiət  haqqmda  elmin  -  təbiətşünaslığın 

yaranmasında böyük rol oynamışdır. 

Mədəniyyətin, ilk növbədə isə, incəsənətin çiçəkləndiyi 

intibah dövründə təbiət və cəmiyyətin qarşılıqlı münasibətinə 

baxış qısa vaxt ərzində başqa cür oldu. Təbiətə gözəllik, sevinc 

və  ilham  mənbəyi  kimi  baxılır  və 

0

  dağıdıcı,  qüsurlu 



sivilizasiyaya  qarşı  qoyulur.  Təbiətə,  bəşəriyyətin  «qızıl 

əsrinə» qayıdış səslənir. XVI əsr və XVII əsrin əvvəllərindəki 

naturfəlsəfədə iki istiqamət yaranır. Bu istiqamətlərdən birinin 

nümayəndələri  mistika  ilə  yaxınlaşır  və  nəticədə  konkret 

biliklərlə  möhkəmləndirilməyən  təbiət  haqqmda  mücərrəd 

konsepsiyalar 

yaranır. 

Digər 


naturfılosoflar 

dəqiq 


təbiətşünaslıq sahəsinə keçmişdir, bu da elmin əlbəttə bu gün 

bizim fizikanı. 



99 


kimyanı,  biologiyanı  təsəvvür  etdiyimiz  kimi  elmin  yox, 

sadəcə  olaraq,  magiya  formasında  olan  elmin  yaranmasına 

təkan verdi, intibah dövründə təbii elmlər «magiya» adlanırdı, 

kimya əlkimya, astronomiya-astrologiya idi, hətta mexanika və 

fizika  belə  magiya  idi.  Təsadüfi  deyil  ki, 

0

  vaxtlar  saat  və 



mexanizmlər düzəldənlərə sehirbaz kimi baxırdılar. Ancaq bu 

olduqca  sadəlöhv  baxışların  dərinliklərindən  empirik,  yəni 

təcrübə elmi - təbiətşünaslıq yaranırdı. Əlbəttə, dünyanın dini, 

teosentrik mənzərəsindən elmi-təbii mənzərəsinə keçid heç də 

sadə  deyildir.  Bu  mərhələdə  dünyaya  yeni  baxış  yarandı: 

təbiisentrizm  və  teosentrizm  («teo»  yunanca  «Allah» 

deməkdir)  arasındakı  aralıq  mərhələsi  panteizm  adı  aldı.  Bu 

anlayış  iki  yunan  sözündən  -  «hamısı»  və  «Allah»  -  əmələ 

gəlmişdir.  Panteizm  təliminə  görə,  hər  şey  Allahdır. 

Panteizmin  tərəfdarları  Kainatı  ilahiləşdirmişlər,  təbiətə 

pərəstişin  əsasını  qoymuşlar.  Onlar  Kainatın  əbədiliyini  və 

onun  dünyalarının  saysız-hesabsız  çoxluğunu  qəbul  etmişlər. 

Görkəmli  italyan  təbiətşünası  və  filosofu  Cordano  Bruno 

müxtəlif  dəqiq  elmlərin  nailiyyətlərini  birləşdirərək  dahiyanə 

panteist dünyagörüşü yaratmışdır. O, bu ideyanı poetik güc və 

həvəslə  təbliğ  edirdi.  Onun  dünyagörüşünün  əsas  müddəaları 

belədir: Kainat Allahdır, o sonsuzdur, sonsuz sayda Günəş öz 

planetləri ilə orada öz orbitlərində hərəkət edirlər. Bu sonsuz, 

daxili qüvvələri ilə hərəkət edən Universum mövcud olanın və 

canlının vəhdətidir. Başqa sözlə desək, dünyada cansız heç nə 

yoxdur,  hər  şey  canlıdır.  Əlbəttə,  Brunonun  bütün  kəşfləri 

fəlsəfi xarakter daşıyırdı, belə ki, o təbiəti poetikcəsinə təsvir 

etməkdən ilham alırdı. Lakin naturfəlsəfə tədricən elm olmağa 

başladı,  təbiətin  ciddi  elmi  mənzərəsini  yaratmağa  cəhd  etdi. 

Burada böyük alim, yeni dövmn 

100 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə