Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə40/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   148

ilkin inkişafı üçün əlverişli olmuşdur, belə ki, bu iqlim yaşayış 

məskənləri  və  geyim,  ərzaq  istehsalı  üçün  az  əmək  sərf 

edilməsini  tələb  edirdi.  Əlverişli  eoğrafı  vəziyyət  ona  gətirib 

çıxarmışdır ki, hətta məhsuldar qüvvələrin inkişafının olduqca 

aşağı  səviyyədə  olduğu  cənubda  belə,  ilk  növbədə,  əmək 

bölgüsünün  inkişafı  üçün  şərait  yaranmışdır.  Bunun  da 

nəticəsində  xüsusi  mülkiyyət  yarandı,  əlavə  məhsul  istehsal 

olunmağa, mədəniyyətin və bütövlükdə cəmiyyətin inkişafına 

şərait yarandı. Bir sözlə, əlverişli təbii şərait aydındır ki, soyuq 

iqlim şəraitində yaşayan Şimal xalqları ilə müqayisədə cənub 

xalqlarının  ictimai  inkişafının  sürətlənməsinə  şərait  yaratdı. 

Lakin cənub ölkələrinin yaxşı təbii şəraiti bu üstünlüyü əsasən 

bəşəriyyətin  inkişafının  ilkin  mərhələlərində  təmin  etmişdir. 

Sonradan isə, əksinə, əlverişli iqlim şəraiti bu yerlərdə inkişaf 

üçün  bir  növ  əngəl  oldu.  İqlim  şəraiti  əlverişli  olduğundan 

cənub  xalqları  ictimai  inkişafı  gücləndirmək  üçün  əlavə  səy 

göstərmir, buna cəhd etmirdilər. K.Marks yazırdı ki. «olduqca 

israfçıl, bədxərc təbiət insanı uşaq kimi asılı vəziyyətə salırdı. 

Belə olduqda təbiət insanın şəxsi inkişafını təbii zərurət kimi 

qarşıya  qoymurdu».  Təsadüfi  deyil  ki,  cənub  regionlarının 

xalqlarının əvvəllər fəal olan tarixi orta əsrlərdə sanki donur. 

Təbii  şəraitdən  fəal  istifadə  edən  insanlar  müəyyən  vərdişlər 

qazanır, istehsal təcrübəsi əldə edir, bilik qazanır, öz bacarığını 

inkişaf etdirir, istehsal texnikasını təkmilləşdirir. Əgər onlar öz 

yaşamaları üçün vacib olan hər şeyi təbiətdən hazır vəziyyətdə 

əldə  etsəydilər,  onda  istehsalı  inkişaf  etdirmək  üçün  eyni 

zamanda  öz  şəxsi  inkişafları  üçün  stimul,  həvəs  olmazdır. 

Beləliklə,  istehsal  üçün  yalnız  bu  və  ya  digər  təbii  şəraitin 

olması  deyil,  həmdə,  əksinə,  onların  olmaması  cəmiyyətin 

inkişafına 



122 


sürotlondirici  tosir  göstərir.  Tarix  mülayim  iqlim  şəraitində 

olan ölkələrin daha sürətlə inkişaf etdiyini göstərmişdir. 

K.Marks  yazırdı:  «Zəngin  bitkiləri  olan  tropik  iqlim  şəraiti 

yox,  mülayim  qurşaq  kapitalizmin  vətəni  oldu».  İnsanlar  öz 

gərgin zəhmətləri hesabına öz təlabatlarmı ödəmək üçün şəxsi 

baearıqlarmı  inkişaf  etdirdilər.  Məhz  rəngarəng  iqlim  şəraiti 

ietimai inkişaf üçün daha əlverişli amil rolunu oynamışdır. 

İnsan  eəmiyyətinin  həyatında  ətraf  mühit  mühüm 

əhəmiyyət  kəsb  edir.  Bu  eoğrafı  mühitə  nisbətən  daha  geniş 

anlayışdır. Ətraf mühit anlayışına Yerin üst qatı ilə yanaşı həm 

də  Yerin  altı,  eyni  zamanda  insan  fəaliyyətinə  düşən  Günəş 

sisteminin müəyyən hissəsi daxildir. Ətraf mühitin strukturuna 

təbii və süni ətraf mühit daxildir. Təbii atraf mühit deyərkən 

təbiətin cansız və canlı hissəsi - geosfera və biosfcrası nəzərdə 

tutulur, yəni, elə maddi sistem nəzərdə tutulur ki, o insandan 

kənarda  və  ondan  asılı  olmayaraq  yaranmış  və  mövcuddur, 

eyni  zamanda  müəyyən  vaxt  keçdikdən  sonra  onun 

fəaliyyətinin  obyektinə  çevrilə  bilər.  Kosmik  texnologiyanın 

inkişafı  ilə  bu  obyektlər  sırasına  Günəş  sisteminin  müəyyən 

hissəsi  də  daxil  olmuşdur.  Ona  görə  də  bu  inkişaf  edən 

sistemdir  və  onu  əvvəllər  olduğu  kimi  coğrafi  mühitə  daxil 

etmək olmaz. Marks təbii ətraf mühitə iki qrup hadisələri daxil 

etmişdir:  həyat  vasitələrinin  təbii  mənbəyi  (vəhşi  bitkilər, 

meyvələr,  heyvanlar  və  s.)  və  əmək  predmeti  olan  təbii 

zənginliklər (kömür, neft, sudan və küləkdən alman enerji və 

s.). Cəmiyyətin inkişafının ilkin mərhələlərində adamlar üçün 

birinci  qrup daha çox əhəmiyyət  kəsb edirdi.  Lakin  sonralar, 

məhsuldar qüvvələrin inkişafı ilə bu maraq ikinci qrupa keçdi, 

məhz ikinci qrup istehsalın, eyni 

123 



zamanda cəmiyyətin inkişafı üçün mühüm şəraitlərdən birinə 

çevrildi. 

Biosfera  bütün  canlıların  fəaliyyət  sahəsidir.  O,  həm 

canlı  orqanizmi,  həm  də  onların  məskunlaşdığı  sahəni  Yerin 

üst qatmı, suyu, atmosferi əhatə edir. Biosfera öz mövcudluğu 

və  inkişafı  dövründə  yalnız  Yerin  üst  qatını  deyil,  həm  də 

planetin öz strukturunda da böyük dəyişikliyə səbəb olmuşdur. 

O  eyni  zamanda  kosmosla  da  sıx  bağlıdır.  Biosfera 

nəzəriyyəsinin öyrənilməsinə, onun cəmiyyətə və təbiətə olan 

təsirinin araşdırılmasına rus alimi V.İ.Vernadski böyük diqqət 

yetirmişdir. Təbii təbiət mənbələrinin və zənginliklərinin təbii 

ətraf  mühitin  əsas  hissələrinin  mənimsənilməsi  və  yenidən 

qurulmasının insan üçün müsbət hal olması şübhəsizdir. Bu, ilk 

növbədə,  cəmiyyətin  maddi  və  mənəvi  dəyərlərinin 

yüksəlməsi,  yüksək  həyat  səviyyəsinin  təmin  olunmasıdır. 

Bütün bunları insan təbiətdən götünnüşdür - bu ya bilavasitə, 

ya  da  yenidən  qurulmuş  formada  olmuşdur.  Məhz  bununla 

təbiətin  insan  həyatında  onun  həyat  fəaliyyətinin  əsası  kimi 

əhəmiyyəti açıq şəkildə təzahür edir. Əgər insan özü də nə isə 

yaratmasaydı, nə isə özünə məxsus olan bir şey qurmasaydı o 

ağıllı  hesab  olunmazdır.  İnsanın  təbii  yaşayış  mühiti  ilə 

qarşılıqlı fəaliyyəti yalnız təbii komponentlərlə deyil, həm də 

istehsalın inkişafı ilə müəyyən olunur. 

Bu  istehsalın  mühüm  nəticəsi  süni  yaşayış  mühitinin 

yaradılmasıdır ki,  Marks bunu  «ikinci  təbiət»  adlandırmışdır. 

Süni  ətraf  mühitinə  insanların  yaratmış  olduqları  hər  şey 

daxildir: bura ən müxtəlif, rəngarəng predmetlər, eyni zamanda 

insanların süni seçim yolu ilə yaratdıqları bitkilər və heyvanlar 

daxildir. Cəmiyyətin inkişafı ilə süni yaşayış mühitinin insan 

üçün əhəmiyyəti də durmadan 



124 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə