Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə43/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   148

proseslərə əsaslı təsiri haqqında nəticə çıxarmışdır. Buradan da 

kosmik  qüvvələrin  və  cəmiyyətin  real  qarşılıqlı  təsirinin 

olması  nəticəsini  çıxarmaq  olar.  Orijinal  mütəfəkkir,  məşhur 

rus  şairləri  A.Axmatova  və  N.Qumi-  leycin  oğlu 

L.N.Qumilyev etnogenez (xalqların mənşəyi) problemi ilə fəal 

məşğul  olmuşdur.  O,  etnogenezin  konkret  coğrafi  mühitdən 

birbaşa  asılılığı  məsələsini  təhlil  etmişdir.  Bu  mühit  də  öz 

növbəsində  Günaş  sisteminin  -  Qalaktikanın  bir  hissəsinin 

tərkibinə daxil olan Yerin biosferasınm fraqmentidir. 

Beləliklə, insan və cəmiyyət Kainatın tərkib hisəsi olub 

mikroaləmin  (insan)  və  makroaləmin  (kosmos)  ierarxik 

uyğunlaşmasının  ümumi  zəncirində  mövcuddur.  L.Qumilyev 

passionar  konsepsiyasının  üzərində  çox  işləmişdir.  Alimin 

fikrincə  etnosların  əmələ  gəlməsi  və  sonrakı  inkişafı  bir  çox 

təbii,  o  cümlədən,  kosmik  amillərdən  (Günəş  fəallığından, 

maqnit  sahəsindən  və  s.)  çox  asılıdır.  Etnosların  inkişafını 

başlıca  olaraq  orada  xüsusi  adamların  fovqəlenerjiyə  malik 

olan, qarşıya qoyduqları məqsədə, hətta bu məqsəd xəyal kimi 

görünsə belə dəf edilməyən cəhdlər göstərən  - passionarlarm 

olması  müəyyən  edir.  Passionarlarm  məhz  fəallıqları, 

fəaliyyətlilikləri,  Qumilyevin  fikrincə,  xalqların  həyatında 

başlıca  tarixi  hadisələrlə  izah  olunur.  Passionarlar  kütləyə 

passionar  induksiyası  vasitəsi  ilə  təsir  edirlər.  Passionarlarm 

özlərinin  fəaliyyəti  isə  landşaftla,  tarixi  zamanla  və  kosmik 

amillərlə (bir növ coğrafi, daha dəqiq isə kosmik determinizmi 

ilə)  sıx  bağlıdır.  Təbiət  və  cəmiyyətin  qarşılıqlı 

münasibətindəki ziddİ

30

^ətlərə də diqqət yetirmək yaxşı olardı. 



Təbiət və cəmiyyətin qarşılıqlı münasibətində ziddiyyət 

labüddür. İnsan və təbiətin birgə mövcud olmasının 



131 


tarixi  iki  meylin  vəhdəti  kimi  təzahür  etmişdir.  Birincisi, 

cəmiyyətin,  ilk  növbədə  isə,  onun  məhsuldar  qüvvələrinin 

inkişafı  ilə  insanın  təbiət  üzərindəki  hökmranlığı  tədricən  və 

sürətlə  genişlənir.  Bu  gün  artıq  o  planetar  səviyyədə  təzahür 

edir,  ikincisi,  insan  və  təbiət  arasındakı  münasibətlərdəki 

ziddiyyət,  harmoniyanın  pozulması  səviyyəsi  getdikcə 

yüksəlir.  Təbiət  çoxsaylı  rəngarəng  tərkib  hissələrə  malik 

olmasına  baxmayaraq  bütöv  tamdır.  Şəraitinə  uyğun  olaraq 

cəmiyyətin təbiətin ayrı-ayrı hissələrinə təsiri, hətta adamların 

iradəsindən asılı olmayaraq baş verən bu təsir eyni vaxtda onun 

digər  hissələrinə  də  təsir  göstərir.  Təbiətin  bütövlüyünün, 

dialektik xarakterinin insan tərəfindən inkar olunması çox vaxt 

həm  təbiət  üçün,  həm  də  son  nəticədə  cəmiyyətin  özü  üçün 

olduqca  mənfi  nəticələrə  gətirib  çıxarır.  Bu  haqda  hələ  XIX 

əsrin  ortalarında  F.Engels  yazmışdır:  «Təbiət  üzərindəki 

qələbəmizə çox sevinməməliyik. Hər bu cür qələbəyə görə o 

bizdən  qisas  alır.  Bu  qələbənin  hər  biri,  şübhəsiz  ki,  ilk 

növbədə, bizim nəzərdə tutduğumuz faydanı verir, ancaq ikinci 

və üçüncü anda heç gözləmədiyimiz nəticələrlə üzləşirik və bu 

nəticələr birinci anda əldə olunan qələbəni məhv edir». Vaxtilə 

əkin  sahələri  yaratmaq  üçün  meşələri  kütləvi  şəkildə  məhv 

edən  əcdadlarımız  bu  gücləri  ilə  öyünmüş,  təbiət  üzərindəki 

qələbələrinə  görə  fəxr  etmişlər.  Lakin  sonralar  əsən  külək, 

yağan  yağış  torpağın  üst  qatlarını  yuyub  aparmış  və  həmin 

yerləri şoranlığa çevirmişdir. Yaxşı deyirlər ki, Milin, Muğanın 

çəmənliyi, gülü-çiçəyi monqolların atlarının dırnağında getdi. 

Yaxın  keçmişə  qədər  bütöv  bir  nəsil  iddia  edirdi  ki, 

dialektikanı  onlar  «Hegeldən  öyrənməmişlər».  Ümumi 

mədəniyyət səviyyəsinin aşağı olması (o cümlədən fəlsəfi 

132 



mədəniyyətin),  insanların  öz  praktikalarında  dünyanın 

qanunauyğunluqlarını, o cümlədən dialektik qarşılıqlı əlaqəsini 

inkar etmələri - çox təəssüf ki, qəmli bir reallıqdır. Bəşəriyyətin 

öz  şəxsi  səhvlərindən  öyrənmək  istəməməsinin  acı  nəticələri 

meşələrin kütləvi şəkildə qırılmasından sonra qumyan çaylara, 

əkin sahələrindən düzgün istifadə etməməyimizin nətieəsində 

şoranlaşan  toıpaqlara,  quruyan  dənizlərə,  yox  olan  flora  və 

faunaya  va  s.  gətirib  çıxardı.  Bizim  günlərdə  adamların  ətraf 

mühitə  görünməmiş  vəhşiliklə  müdaxiləsi  həm  təbiət  üçün, 

həm  də  cəmiyyət  üçün  acınacaqlı  nəticələr  törədir,  çünki 

məhsuldar 

qüvvələrin 

inkişafının 

yüksək 


səviyyədə 

olmasından bu müdaxilə kifayət qədər güclü, çox vaxt nəticəsi 

bilinməyən  səviyyədə  olur.  Ziddiyyətləri  zəiflətmək  üçün 

təbiətə olan istənilən müdaxilə, hətta ən xırda miqyasda olan 

müdaxilə  belə  bu  gün  əvvəlcədən  hərtərəfli  hesablanmalı  və 

əsaslandırılmalıdır.  Bundan  başqa,  təbiət  və  cəmiyyət 

arasındakı dinamik tarazlığı saxlamaq üçün insana daim qayğı 

göstərməlidir. İnsan yalnız təbiətdən götürməməli, həm də ona 

nə isə verməlidir (meşələr salmalı, balıq vətəgələri yaratmalı, 

milli  parklar  salınmalı  və  s.).  Millət  vəkili  M.Əliyevanm 

«hərəyə  bir  ağac  əkək»  devizi  ilə  keçirdiyi  yaşıllaşdırma 

kompaniyası bu sahədə həyata keçirilən ən böyük tədbir kimi 

yüksək 

qiymətləndirilməlidir. 



Yalnız 

Bakıda 


yox, 

respublikanın bütün ərazilərində keçirilən bu tədbirlər insanın 

təbiətə  qayğısının  bariz  nümunəsidir.  Milli  parkın 

abadlaşdırılması,  şəhərimizin  müxtəlif  yerlərində,  bütöv 

respublikada  ümummilli  liderimiz  H.Əliyevin  adına  bir- 

birinin ardınca salınan parklar olduqca dəyərli olan bir işdir. 



133 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə