Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə51/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   148

artmışdır.  Məsələ  ordadır  ki,  yeni  elmi-texniki  nailiyyətlər 

artıq  ətraf  mühitə  dəyən  ən  minimal  ziyanı  belə  aradan 

qaldınmaq üçün olduqca vacibdir. Elmin və texnikanın inkişafı 

ekoloji  problemin  həlli  yolunda  xeyli  irəliləyişə  nail  olmağa 

imkan vermişdir. İrəliyə doğru getmək, dünya və insanı - onun 

istehsal, əmək fəaliyyətini, həyat tərzini, şüurunu (o cümlədən 

ekoloji)  dəyişdirmək  -  bəşəriyyət  qarşısında  dayanan  ekoloji 

problemi  həll  etməyin  perspektivləri  budur.  Müasir  insan 

təbiətlə  harmonik  münasibəti  inkişaf  etdirməli,  təbiətin 

inkişafındakı  prosesləri  başa  düşməli,  ondan  ağılı  istifadə 

etməli,  təbiəti  daha  da  zənginləşdirməlidir.  Müasir 

bəşəriyyətin qarşısında iki əsas təhlükə dayanır: 

özünü 

nüvə 


müharibəsi alovunda məhv etmək və öz mövcudluğunun təbii 

bazisini  dağıtmaq  təhlükəsi.  Onlardan  birincisi  kifayət  qədər 

açıq  şəkildə  biruzə  verir  və  praktiki  olaraq  hamı  tərəfindən 

qəbul olunmuşdur, indi hamı dərk edir ki, nüvə müharibəsində 

qalib  gəlmək  mümkün  deyildir,  bütün  diqqət  nüvə 

qarşıduraıasımn  ləğv  edilməsinə  yönəldilmişdir,  ikinci 

təhlükəyə  gəldikdə  isə,  onun  dərk  olunması  səviyyəsi  bu 

təhlükənin real miqyasından xeyli aşağıdır. Bu ilk növbədə öz 

əksini  onda  tapır  ki,  insanlar  hələ  də  təbiətlə  qarşılıqlı 

münasibətini şəxsi, məhdud maraqlar üzərində qururlar, təbiət 

müxtəlif  millətlərin,  siniflərin,  ictimai  qrupların  rəqabət 

meydanına çevrilmişdir. Ancaq təhlükə o dərəcədə ciddidir ki

insanlar  təbiətlə  olan  qarşılıqlı  münasibətlərinə  yenidən 

baxmalı, 

burada 

olan 


çatışmamazlıqları 

aradan 


qaldırmalıdırlar. Nüvə təhlükəsi kimi, ekoloji təhlükə də açıq 

şəkildə göstərir ki, bəşəriyyətin ümumi taleyi var, hər hansı bir 

xalq, bir millət, bir ictimai qrup digərlərinin həyatı üzərində öz 

xoşbəxtliklərini qura bilməzlər. Aydındır ki, 



155 


fəaliyyət  birliyi,  qlobal  beynəlxalq  əməkdaşlıq  insanların 

gələcək həyatı üçün olduqca vacibdir. 

Müasir  dövrün  tələblərindən  biri  də  xalqlar  arasında 

ümumi  insani  dəyərlərə  söykənən  münasibət  yaratmaqdır. 

Ətraf  mühitin  qorunması  naminə  dövlətlər,  müxtəlif  ictimai 

təşkilatlar arasında bağlanan razılaşmalar, nüfuzlu  beynəlxalq 

təşkilatların ekoloji problemlə bağlı həyata keçirdiyi tədbirlər, 

müasir  dünyada  baş  verən  dəyişikliklərin  elmi  cəhətdən 

araşdırılması  ekoloji  ziddiyyətin  tənzimlənməsi  sahəsində 

həyata  keçirilən  mühüm  tədbirlərdəndir.  Eyni  zamanda  qeyd 

etmək  lazımdır  ki,  qlobal  ekoloji  problemi  ölkələrin  və 

xalqların  qeyri-  bərabər  inkişafı  şəraitində  həll  etmək  lazım 

gəlir.  Axı  bu  ölkələrin  və  xalqların  sağlam  həyat  şəraiti 

yaratmaq  sahəsində  imkanlar  eyni  deyildir,  inkişaf  edən 

ölkələrin  bu  problemi  həll  etmək  üçün  kifayət  qədər  ictimai 

şəraiti və vacib olan elmi-texniki imkanı yoxdur, ancaq onların 

kifayət qədər böyük təbii ehtiyatlan var. İnkişaf etmiş ölkələr 

isə  yüksək  iqtisadi  və  elmi-texniki  imkana  malikdir,  lakin 

onların  təbii  mühiti  istehsal  fəaliyyətinin  artması  nəticəsində 

əlverişli olmayan vəziyyətə düşmüşdür. Deməli  vahid ekoloji 

problemin  həlli  müxtəlif  cür  qoyulur:  inkişaf  etməkdə  olan 

ölkələr üçün - ekoloji baxımdan əsaslandırılan inkişaf, inkişaf 

etmiş  ölkələr  üçün  isə  inkişafın  ekoloji  əsaslara  söykənərək 

aparılması.  Bundan  başqa  təbii  şəraitin  idarə  olunması  yalnız 

onun  ehtiyatlarında  nizamlı  istifadəni  nəzərdə  tutmur  -  əsas 

məqsəd adamlar üçün əlverişli sağlam həyat tərzi yaratmaqdır. 

Yaranmış  ekoloji  böhrandan  çıxmaq  üçün  müxtəlif 

yollar  təklif  olunur.  Bu  yaranan  vəziyyətdən  çıxmaq  üçün 



təldif olunan yollardan bəzilərinə nəzər salaq. 

156 


Birincisi,  sənaye  istehsalının  ətraf  mühitə  vurduğu 

ziyanı  azaltmağa  imkan  verən  müasir  texnikanın  işlənib 

hazırlanması və onun həyatda tətbiqi. Bu texnologiya istehsal 

vaxtı  tullantıların  miqdarını  xeyli  azaldacaqdır  -  bu  xüsusən 

metallurgiya və kimya sənayesində daha vacibdir. 

ikincisi,  müasir  dövrdə  bərk  (kömür)  və  ya  maye 

(mazut)  yanacaqla  işləyən  bütün  istilik  elektrik  stansiyaların 

qaz  yanacağına  keçirilməsidir.  Bu  cür  elektrik  stansiyaların 

sayının tədricən azaldılması və alternativ enerji mənbəyindən 

istifadə olunan elektrik stansiyalarının işə salınması: Günəş, su 

külək enerjisindən istifadə olunması. 



Üçüncüsü, təhlükəsiz və effektli sənaye müəssisələrinin 

işə salınması. 



Dördüncüsü,  müasir  sənaye  müəssisəiərinin  ekoloji 

baxımdan əlverişli şəraitə uyğunlaşdırılması. 

Bütün  bu  işlər  qanunverici  normalarla  təsdiq 

olunmalıdır. 

Lakin 

yalnız 


istehsal 

texnologiyasının 

dəyişdirilməsi  ilə  ekoloji  vəziyyəti  düzəltmək  olmaz.  Bütün 

dövlətlərin və təşkilatların məqsədyönlü və ciddi iş görmələri 

tələb  olunur  -  hər  bir  adamda  ekoloji  mədəniyyət 

formalaşdırılmalıdır  ki,  bu  da  yalnız  ətraf  mühitin 

çirklənməsini  dərk  etməklə  yekunlaşmamalıdır.  Bütün 

iqtisadiyyatın qurulmasına ekoloji yanaşma və ekoloji şüurun 

formalaşması  sahəsində  hələ  görüləcək  işlər  çoxdur.  Əgər 

ekoloji  şüurun  tərbiyəsi  işinə  uşaq  vaxtından  başlansa  və 

ekoloji biliklərin qazanılması ilə o möhkəmləndirilsə, düzgün 

davranış  normaları  yaradılsa,  onda  bu  sahədə  xeyli  uğur 

qazanmaq olar. Hər bir adam uşaq vaxtından özünün təbiətlə 

qırılmaz  əlaqəsini  dərk  etməli,  təbiətlə  vəhdətdə  yaşamağı 

öyrənməli, təbiətə öz 

157 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə