Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə59/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   148

suz olması onun düşünülmüş seçimindən çox asılıdır. Bəli, bu 

gün  insan  tarixində  ilk  dəfə  olaraq  həyatın  saxlanması 

insanların  qarşısında  dayanan  məqsəd  kimi  və  onların  həll 

edəcəyi  məsələ  kimi  çıxış  edir.  Bunun  nəticəsində  insanlar 

köhnəlmiş  baxışlara  yenidən  qiymət  vermək,  yalnız  təbiətlə 

deyil,  həm  də  bir-biri  ilə  qarşılıqlı  münasibətlərini  yenidən 

qurmaq,  öz  fəaliyyətlərinin  istiqamətinə  və  vasitələrinə 

yenidən  baxmaq  məcburiyyəti  qarşısında  qalmışlar.  Yer 

üzərində  həyatı  xilas  etməyin  ilk  təxirəsalınmaz  şərti  nüvə 

yanğının  qarşısını  almaqdır.  Həyat  üçün  digər  təhlükə 

mənbələri  də  mövcuddur.  Bunların  hamısı  bu  və  ya  başqa 

şəkildə insan fəaliyyəti ilə bağlıdı: bütün bunlar yalnız o vaxt 

aradan  qaldırıla  bilər  ki,  insan  bunları  dərk  etsin  və  öz 

fəaliyyətlərini  bu  biliklərə  arxalanaraq  təşkil  etsinlər.  Həyat 

həmişə insanlar tərəfindən nə isə dəyərli pozitiv bir şey kimi 

qəbul edilmişdir. Bunu dilimizlə daha yaxşı ifadə edirik - axı 

«həyat»,  «canlı»  sözlərini  işlədərkən  nə  isə  müsbət 

xarakteristika nəzərdə tutulur. Həyatın spesifikliyini, dəyərini 

göstərən  fəlsəfi  təlimlər  də  çox  olmuşdur.  Bu  baxımdan  XX 

əsrin birinci yarısında humanist filosofu A.Şveytserin baxışları 

xarakterikdir,  o,  «həyat  qarşısında  dərin  hörmət,  ehtiram 

etikasını» inkişaf etdirmişdir. Filosof insanın mövcudluğunun 

həyatın  saxlanmasını  zəruri  edən  şəraitin  dərin  dünyagömşü 

mənasım  qeyd  etmişdir.  Onun  fikrincə,  «fədakarlıq  yalnız 

insanın  naminə  deyil,  həm  də  digər  mövcudatın  naminə, 

ümumiyyətlə  insana  məlum  olan  və  həyatda  rastlaşılan  hər 

hansı  həyat  naminə  edilməlidir».  Digər  mövqelər  də 

mövcuddur - onlara görə də həyat dəyərlidir, lakin bu o qədər 

dəyərli  olur  ki,  nə  qədər  ki,  onun  qorunması  insanın  və 

bəşəriyyətin mövcudluğu üçün ilkin şərtdir. Bu mövqelərin hər 

birinin özünün dəyəri və əsası var; bir çox hallarda onların hər 

ikisi 


179 


eyni  fəaliyyətə  vadar  edə  bilər.  Onların  yaxınlığı  ilə  yanaşı 

fərqləri  də  möveuddur.  İkinci  mövqe,  əsasən  Protaqorun 

«insana şeylərin ölçüsü» kimi baxdığı tezisi təkrar edir. Bu cür 

ölçü kimi yalnız hər hansı müəyyən dövrün adamını götürmək 

olar;  məsələn,  məhz  müasir  marağı,  təlabatı,  məqsədi  olan 

müasir  adam,  ancaq  həmişə  insanda  olan  maraq,  təlabat, 

məqsədlər  tam  açılmır.  İnsanın  sabah  canlı  orqanizmin  hansı 

xassəsini  həyata  keçirəcəyini,  nümayiş  etdirəcəyini  biz 

bilmirik. Bu mənada birinci mövqe daha etibarlıdır, ancaq onun 

tərəfdarları çox vaxt ifrata varırlar, insanın biosferaya hər hansı 

tərzdə qarışmasını qəbul etmirlər. Bəşəriyyət biosferanm tərkib 

hissəsidir, yalnız elə buna görə o biosferada gedən proseslərə 

təsir  etməyə  bilməz.  Bəşəriyyət  biosfera  ilə  qarşılıqlı  təsirdə 

yeni  səviyyəyə  çatmışdır,  artıq  geriyə  yol  yoxdur.  Yer 

kürəsində həyatın qorunması insanın ağlından, dərrakəsindən, 

onun təbiətə, başqa adamlarla münasibətləri necə qurmasından 

asılıdır.  İndi  yalnız  elmi  fikirlər  söyləmək  azdır,  onu  insanın 

iradəsi,  arzusu  və  cavabdehlik  fəaliyyəti  ilə  doldurmaq 

lazımdır. 

Etiraf  edək  ki,  cəmiyyət-təbiət  münasibətinin  necə 

olması  üçün  hər  birimiz  məsuliyyət  daşıyırıq.  Bu  problemə 

yalnız  dövlət  səviyyəsində  həyata  keçirilən  problem  kimi 

yanaşmaq 

düzgün 


deyildir, 

bu 


problemi 

yalnız 


tədbirdən-tədbirə yada salınan, kimlərinsə həyəcanlı çıxışından 

sonra yaranan ajiotaj kimi baxmaq olmaz. Axı hər bir adamın, 

bütövlükdə  bəşəriyyətin  sabahı,  gələcəyi  insanların  təbiətlə 

münasibətlərini  necə  qurmasından  çox  asılıdır.  Əgər  bu 

münasibət  düzgün  qurularsa,  cəmiyyət-təbiət  harmoniyası 

pozulmazsa onda bəşəriyyətin sabahına inam da yaranacaqdır. 



180 


Təkrar üçün suallar 

1. 

2

4. 

5. 


7. 

8



9. 

10

.



 

11

.



 

12

.



 

13. 


Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi haqqında 

fəlsəfi təsəvvürlərin təkamülünün əsas mərhələsini 

xarakterizə edin. 

Təbiəti eəmiyyət həyatının təbii əsası hesab etmək 

olarmı? Niyə? 

insanda bioloji və ictimai tərəflər necə əlaqələnir? 

Onların hər birinin əhəmiyyəti nədir? Bununla bağlı 

hansı fəlsəfi nəzəriyyələr var? 

Cəmiyyətin üzvi nəzəriyyəsinin, maltusçuluq, neo- 

maltusçuluq, coğrafi determinizm, geosiyasət kon- 

sepsiyalarının mahiyyəti nədir? Bu təlimlərdə 

səmərəli cəhətlər, sizin fıkrinizcə. hansılardır? 

«Təbiət», «coğrafi mühit», «biosfera», «noosfcra» 

anlayışlarnm mənası nədir? Onlarm arasındakı fərq 

nədir? 

Cəmiyyət, kosmos. Yerin əlaqələri nədə təzahür 



edir? 

Cəmiyyət və təbiətin vəhdətinin ziddiyyətli xarakteri 

nədə ifadə olunur? 

«Ekologiya» və «ietimai ekologiyanın» fərqi nədir? 

Müasir dövrün ekoloji probleminin məzmunu nədir? 

Ekoloji problemin həlli yollarını göstərin. 

Müasir Azərbaycanda ekoloji problemin xüsu- 

siyyətlərini xarakterizə edin. 

«Təbiət, təbii aləm» və «eəmiyyətin eoğrafı mühiti» 

anlayışları uyğun gəlirmi? 

Müasir ekoloji böhrandan çıxış yolu varını? 

Cəmiyyətin inkişafının müasir mərhələsində ən xa- 

rakter xüsusiyyətlər hansıdır? 

181 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə