Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə55/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   148

götürürdülər  ki,  hansı  bioloji  nəzəriyyə  düzdür,  hansı 

nəzəriyyə  isə  yalnışdır.  Bu  nöqteyi-nəzər  üzdən  fılosofluq 

etməyə  meyl  edən  Sovet  bioloqu  T.D.İsenko  tərəfindən  irəli 

sürülmüş və bir sıra ehkamçı filosoflar tərəfindən, ilk növbədə 

isə  M.B.Mitin,  o  cümlədən  «fılosofluq  edənlərə  rəhbərlik 

etməyə»  iddialı  olan  hüquqşünas  İ.İ.Prezent  tərəfindən 

müdafiə olunmuşdur. Onlar əsasən genetiklərə qarşı mübarizə 

aparırdılar. - biologiyanın sahəsi olan genetika bütün dünyada 

bu  vaxtlar  xeyli  inkişaf  etmişdir.  Nəticədə  biologiya  və 

fəlsəfəyə  ciddi  zərbə  vurulmuşdur.  Materialist  dialektikadan 

iltibas  gətirən  əksər  fəlsəfə  əsərlərdə  kobud,  cahil 

konsepsiyalar təbliğ olunur və yeni genetikanın inkişafındakı 

perspektivli  olan  istiqamətlər  irsiyyətdəki  xromosom 

nəzəriyyəsi  adlanan  istiqamət  mühakimə  olunurdu.  İrsiyyət 

mexanizmindəki nukleyin turşulannm rolunu açan biokimyəvi 

genetik  sahəsindəki  tədqiqatları  Lisenko  və  onun  tərəfdarları 

«idealist»  tədqiqat  kimi  qəbul  etmək  istəmirdilər.  Bu  yalnış 

nəticələr,  onu  da  qeyd  edək  ki,  müəyyən  vaxtlarda  yalnız 

filosoflara  xas  olmamışdır,  o,  uzun  müddət  ictimai  xarakter 

almış,  elmə  əks  olan  istiqamət  kimi  təbliğ  olunmuşdur. 

Lisenkonun və onun tərəfdarlarının savadsız nəzəriyyələri həm 

ali məktəblərdə, həm də orta məktəblərdə tədris olunmuşdur. 

Məsələnin  fəlsəfi  tərəfinə  gəldikdə  isə,  burada  dialektika 

yalançı  dialektika  ilə  əvəz  olunmuşdur.  Əgər  belə  demək 

mümkündürsə,  fəlsəfi  təhlil  bu  və  ya  digər  nəzəriyyənin 

təcrübi  faktlarla  əlaqəsinin  izlənməsinə,  nəzəriyyənin 

mahiyyətinin  obyektiv  və  hərtərəfli  nəzərdən  keçirməsinə 

istiqamətlənməmiş, sadəcə olaraq yüngülvari «qiymətləndirici 

işlərə» 

yönəldilmişdir, 

bunun 

gedişində 



isə, 

dialektik-materialist  dünyagörüşü  yalnız  müxalif  fikirlə  çıxış 

edənlərə ləkə 

167 



gətirmək üçün bir vasitə kimi istifadə olunmuşdur. 1948-ci ildə 

Kənd  təsərrüfatı  elmlərinin  ümumittifaq  aka-  demiyasmm 

sessiyasında  bu  hadisələr  görünməmiş  dərəcədə  inkişaf 

etdirildi  və  elmi  genetikanın  faktiki  olaraq  darmadağm 

edilməsinə gətirib çıxardı. Nəticədə uzun illər ərzində genetika 

öz inkişafının gizli dövrünü yaşamalı oldu, yalnız elmi ideala 

sadiq  olanlar  gizli  şəkildə  genetika  ilə  məşğul  olurdular,  Bu 

faciəli  hadisədən  çıxarılan  ilk  nəticə  ondan  ibarətdir  ki, 

fəlsfənin  biologiyaya,  eyni  zamanda  digər  elmlərə  səriştəsi 

olmayanlar tərəfindən tətbiqi olduqca təhlükəlidir. Ancaq bu o 

demək  deyildir  ki,  həyatın  dərk  olunmasında  biologiya  və 

fəlsəfənin  toxunma  nöqtəsi  ümumiyyətlə  yoxdur.  Qabaqcıl 

filosoflar,  Lisenkonu  tənqid  edənlər  öz  əməli  işləri,  sağlam 

mühakimələri  ilə  biologiya  və  fəlsəfə  arasında  mövcud  olan 

əlaqəni dəfələrlə təsdiq etdilər. 

Biologiyada canlıya idrak obyekti kimi baxılır. Biz eyni 

zamanda görürük ki, insanın canlıya münasibəti çoxtərəflidir, o 

həm idraki və praktiki, həm də etnik və estetik tərəfləri özündə 

birləşdirir. Bioloji idrakın nəticələri və nailiyyətləri əlbəttə ki, 

özü-özlüyündə böyük dəyərə malikdir. Lakin onlar boş  yerdə 

oturmurlar, insanın canlı haqqında olan baxışları məcmusuna, 

canlı ilə qarşılıqlı fəaliyyətin münasibət və üsulları formasına 

daxil  olurlar.  Bundan  başqa,  bioloji  idrakın  inkişafı  bu 

baxışların və münasibətlərin dəyişməsinə aparıb çıxarır. Başqa 

sözlə desək, o, adamları dünyagörüşünə təsir edir, ona görə də 

dünyagörüşü  dərketmə  şərh  tələb  edir  və  bu  da  əsasən 

fəlsəfənin  vəzifəsi  hesab  olunur.  -  bu  vəzifəni  fəlsəfə  və 

biologiyanın birgə cəhdi ilə yerinə yetirmək olar. Fəlsəfənin bu 

vəzifəsi  insanın  canlıya  münasibəti  qədər  olduqca  dərin 

əhəmiyyət kəsb edir. Canlıya yalnız 



168 


obyektiv  elmi  idrak  və  praktiki  fayda  baxımından  yanaşan 

adamların  fəaliyyəti  canlı  təbiətin  bu  və  ya  digər  obyektinə 

təhlükə yarada bilər; insanlar həyatın çoxrəngli gözəlliyini və 

digər  formasını  hiss  etməyəndə,  canlının  keçirdiyi  hissləri, 

onun əzablarını duymayanda bu həyatın özünün mövcudluğu 

üçün  təhlükəli  ola  bilər.  Heç  təsadüfi  deyil  ki,  həyatın 

müəmmalarının açılmasında bioloji idrakın valehedici uğurları 

bu gün də hamı üçün, hətta biologiya ilə peşəkarcasına məşğul 

olanlar üçün belə izah oluna bilməyən və çətin dözülən sirləri 

saxlayır. 

Həyatın  dərk  olunmasında  fəlsəfənin  yeri  haqqında 

məsələni  müzakirə  edərkən  aşağıdakıları  nəzərdən  qaçırmaq 

olmaz;  biologiya  üçün  həyat  idrak  obyektidir  və  bu  mənada 

onu  dərk  edən  subyektə  qarşı  dayanır,  lakin  insanın 

mövcudluğu nöqteyi-nəzərdən həyat yalnız obyekt ola bilməz, 

belə ki, o özü də həyatın toxumalarına daxildir, onun davamı 

və təzahürüdür. Biologiya həyatı sanki kənardan görür; məhz 

bunun hesabına o canlı haqqında obyektiv biliklər verə bilir. 

Fəlsəfə  isə  bununla  kifayətlənə  bilmir,  onu  insan  və  canlı 

arasında tam bütöv halda götürülən münasibət maraqlandırır; 

burada  çox  güman  ki,  biologiyanın  verdiyi  məlumatlar,  eyni 

zamanda  insan  varlığının,  insan  fəaliyyətinin,  insan  idrakmn 

həyatın təzahürü olması da nəzərə alınır, bütün bunlar ona görə 

mümkündür ki, məhz onlar həyatın mövcud olmasına və onun 

qorunmasına imkan verir. 

Biologiya  və  fəlsəfə  arasındakı  asılılığın  qarşılıqlı 

olmasını xüsusilə vurğulamaq lazımdır. Bir tərəfdən, bioloji 

idrak  öz  nailiyyətlərinin  dünyagörüşü  əhəmiyyətinin  nəzəri 

dərk  olunmasını  fəlsəfədə  tapır;  bioloji  idrak  öz  inkişaf 

gedişində  canlının  məzmunlu,  aydın  və  dolğun  mənzərəsini 

verə bilir. Bununla belə, bioloji idrak. 

169 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə