Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə57/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   148

mümkün  olan  heç  bir  yerində,  Yerdən  başqa  həyat  yoxdur. 

Bəlkə  də  çılğın  təxəyyüllə  bu  fikirlə  razılaşmamaq  da  olar: 

ancaq  bu  ehtimalı  nəzərə  alaraq  bəşəriyyət  Yerdə  həyatın 

saxlanmasına  daha  çox  qayğı  göstərməlidir.  Canlı  və  cansız 

təbiət  arasında  olan  həddi  dəqiqləşdirməyə  cəhd  edən  insan 

labüdən həyatın mənşəyi haqqında məsələ ilə toqquşur. Cansız 

təbiətin,  ümumiyyətlə  təbiətin  mənşəyi  haqqında  məsələ  ilə 

canlı təbiətin mənşəyi haqqında məsələ arasındakı əsaslı fərqə 

diqqət  yetirmək  lazımdır.  Birincidən  fərqli  olaraq  ikinci 

məsələ  yalnız  mücərrəd  məna  kəsb  etmir  (biz  ondan  çıxış 

edirik  ki,  təbiət  bu  və  ya  digər  formada  əbədi  olaraq 

mövcuddur), həm  də  ciddi  təbii  elmi  məzmuna malikdir. Bu 

məsələ  bəşəriyyəti  onun  bütün  tarixi  boyu  narahat  etmişdir; 

lakin uzun illər o, yalnız mifin, dinin və ya naturfəlsəfənin dili 

ilə müzakirə olunmuşdur. Dini dünyagöıüş üçün həyatın əmələ 

gəlməsi  İlahinin  düşüncələrinə  müvafiq  olaraq  yaranmışdır. 

Həyatın  mənşəyi  haqqında  təbii  elmi  biliklərin  dünyagörüşü 

əhəmiyyəti  müəyyən  mənada  bununla  müəyyən  olunur;  bu 

biliklər  XX  əsrdə  daha  çox  toplanmışdır.  Bununla  bağlı 

təbiətşünaslığın qarşısında dayanan vəzifə ondan ibarətdir ki, 

o, göstərir ki. Yerdə həyatın yaranması bizim planetin əvvəlki 

təkamülünün  qanunauyğun  nəticəsidir,  o,  xarici  iradənin  işə 

qarışmasım  və  zəruri  və  kifayət  qədər  olan  şəraiti  müəyyən 

etməyi, eyni zamanda cansız təbiətdən həyatın ilkin formasına 

dialektik sıçrayışın ardıcıl mərhələlərini tələb etmir. 

Yerdə  həyatın  ilk  əlamətləri  təqribən  3,8  milyard  il 

əvvəl  yaranmışdır.  Ondan  xeyli  sonra,  təqribən  2  milyard  il 

əvvəl  fotosintezə,  yəni  Günəş  işığının  enerjisinin  kimyəvi 

reaksiya  üçün  istifadə  edilməsinə  qadir  olan  ilk  hüceyrələr 

meydana gəlmişdir, bu prosesdə oksigen 



173 


ayrılır.  Bu  Yerdəki  atmosferi,  onun  kimyəvi  tərkibinin 

xarakterini əsaslı şəkildə dəyişmişdir və həyatın Yer səthində 

sürətlə yayılmasına imkan vermişdir yəni bütöv sistem, məhz 

biosfera əmələ gəlmişdir. Nəticədə həyatın özü Yerdə həyatın 

saxlanması  və  inkişafı  üçün  zəruri  olan  şəraitin  müdafiə 

olunmasında mühüm amil oldu. Bu dialektik inkişafın ən əsas 

qanunauyğunluqlarının  təzahürüdür,  bu  vaxt  materiyanın 

hərəkətinin  daha  yüksək  formasına  xas  olan  qanunlar  hakim 

olur və yalnız bioloji deyil, həm də kimyəvi təkamülün gedişini 

müəyyən edən inkişafın sonrakı prosesini özünə tabe edir. 

Maraqlıdır  ki,  hələ  XIX  əsrin  40-cı  illərində  inkişafın 

cəmiyyətə  xas  olan  bu  qanunauyğunluğunu  Marks  təhlil 

etmişdir.  Onun  sözlərinə  görə,  «orqanik  sistem  bütövün 

məcmusu  kimi  özünün  ilkin  şərtləri  var  və  onun  bütövlük 

istiqamətindəki inkişafı məhz cəmiyyətin bütün elementlərini 

özünə tabe etmək və ya onun orqanlarında çatışmayanları onun 

özündən yaratmaqdan ibarətdir». Buna uyğun olaraq bir dəfə 

yaranan və bizim planetin üzərinə yayılan həyat yeni bütövlüyü 

-  biosferanı  yaradan  qüvvə  olmuşdur  və  orada  baş  verən 

prosesləri müəyyən edir. Yalnız bizim planetin deyil, həm də 

kosmosun,  bütövlükdə  Kainatın  təkamülündə  müəyyən 

mərhələ  kimi  həyat  haqqında  təsəvvürlər  XX  əsrin 

əvvəllərində bir sıra mütəfəkkirlər tərəfindən formalaşmışdır. 

Tsiolkovski,  Çijevski  və  başqalarının  yaratdığı  kosmik 

nəzəriyyələr Vernadskiyə təsir etmiş,  o da öz  yaradıcılığında 

planetar və kosmik qaydalarda olan amil kimi həyat haqqında 

və həyatın qorunmasında əqlə malik olan insanın cavabdehliyi 

haqqında  baxışları  dərindən  reallaşdırmışdır.  Biosfera 

haqqında baxışlar həyata məkan və zaman daxilində fasiləsiz 

olan axın kimi baxmağa imkan verir ki. 



174 


bundan  da  durmadan  maddə,  enerji  və  məlumatlar  yaranır. 

Lakin burada da biz yenidən dialektik ziddiyyətlə qarşılaşırıq: 

bu  fasiləsiz  axının  möveudluğunun  və  təkamülünün  forması 

olan  dialektik  ziddiyyət  ətraf  mühitdən  ayrılan,  məkan  və 

zamanea məhdud olan aynea orqanizmdir. 

Hər  bir  orqanizm  -  laxtadır,  burada  maddə,  enerji  və 

məlumat bir yerə toplanır. Onların ehtiyatlarını orqanizm ətraf 

mühitdən doldurur, burada onlar dağınıq və qarışıq şəkildədir. 

Orqanizm bu ehtiyatları yenidən işləyir, onu keyfıyyəteə yeni, 

daha  mütəşəkkil  səviyyəyə  keçirir.  Orqanizmin  ətraf  mühitlə 

və  ilk  növbədə  isə  digər  orqanizmlərlə  qarşılıqlı  təsiri  bizim 

planetin  üst  qatını  əhatə  edən  həyat  axınının  bir  yerə 

toplanmasının  aparıeısıdır.  Əgər  orqanizmə  daxili  quruluş 

baxımından nəzər salsaq yenə də ziddiyyət aşkar edəeəyik: bir 

tərəfdən,  bütün  orqanizmlər  üçün  ümumi,  vahid  olan  onların 

quruluş,  fəaliyyət  və  inkişaf  qanunları  möveuddur,  digər 

tərəfdən  isə,  hər  bir  orqanizmin  onun  genlər  yığımı  üçün 

xarakterik olan nadirliyi var, ona görə də genlərə nəzarət edən 

biokimyəvi proseslərin spesifıkliynə görə, onların quruluşuna, 

davranışına  və  s.  görə  orqanizmin  genetik  proqramı  və  onun 

yaşaması üçün şərait müəyyən olunur (yalnız bu halda klonlar 

istisnahq təşkil edir. Klonlar bir ana hüceyrəsindən əmələ gələn 

genetik eyni olandır. Təbii şəraitdə klonlaşma yolu ilə çoxalma 

yalnız  sadə  orqanizmdə  müşahidə  olunur.  Ali  orqanizmə 

gəldikdə  isə,  hal-hazırda  süni  yolla  onların  klonlaşdırılması 

biotexnoloji tədqiqatın istiqamətlərindən biridir). Hər bir həyat 

vahid həyat axınına daxil olsa da o yalnız bir dəfə baş verir, o 

təkrarolunmazdır, biri digərindən fərqlənir. 



175 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə