Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə65/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   148

ictimai-sinfi  strukturunun  meydana  gəlməsi  və  inkişafını 

müəyyən edir; 

3)

 

istehsal  üsulu  çox  vaxt  cəmiyyətin  siyasi  həyatının 



inkişafını  müəyyən  edir.  Adətən  orada  iqtisadi  cəhətdən 

hökmranlıq  edən  siniflər  və  ictimai  qruplar  hakim  mövqedə 

olur,  onlar  dövlət  aparatının  işini,  pir  çox  siyasi  partiyaların 

fəaliyyətinin məzmununu və istiqamətini, nəticədə bütün siyasi 

həyatı müəyyən edir; 

4)

 



istehsal  prosesində  cəmiyyətin  mənəvi  həyatının 

inkişafının  zəruri  maddi  şəraiti,  o  cümlədən  mənəvi 

mədəniyyət  idarələrinin  -  kitabxana,  muzey,  teatr  və  s.  - 

fəaliyyət  göstərməsi  üçün  binalar,  nəşriyyat  avadanlıqları, 

kağız, kitab, qəzet, jurnal nəşr etmək üçün rəng, musiqi alətləri 

və  s  hazırlanır.  Söhbət  cəmiyyətin  mənəvi  həyatının  maddi 

təminatından gedir. 

Gördüyümüz  kimi,  cəmiyyətin  inkişafında  istehsal 



üsulunun əhəmiyyətli rolu haqqında çıxarılan nəticə əsaslıdır. 

Marksm iqtisadi nəzəriyyəsindən danışan Veber bu müddəanın 

Marks tərəfindən hərtərəfli şərh olunduğunu xüsusi vurğulamış 

və qeyd etmişdir ki, bu nəzəriyyəni Marksm bir sıra ardıcılları 

tərəfindən  yaradılmış  ehkamçı  fikirlərdən  təmizləmək 

lazımdır. Eyni zamanda cəmiyyətin inkişafında digər amillərin, 

məsələn, siyasi, əxlaqi, dini amillərin rolunun nəzərə alınması 

vacibliyini  də  Veber  göstənnişdir.  Hələ  keçən  əsrin 

əvvəllərində söylənən bu fikir indi də öz əhəmiyyətini saxlayır. 

ictimai  istehsalın,  cəmiyyətin  bütün  iqtisadi  həyatının 

inkişafının  ən  dərin  mənbəyi  adamların  iqtisadi  təlabatı  və 

istehsalın  özünün  inkişafına  olan  təlabatıdır.  Ən  başhcasmı 

ayırmaqla qeyd etmək olar ki, ictimai təlabat ictimai zərurətin: 

- insanlara ictimai həyatlarında zəruri olanların təzahürü kimi 

çıxış edir. İqtisadi təlabat 



198 


isə  iqtisadi  zəruriliyin  təzahürü  kimi  çıxış  edir  -  bu  geyimə, 

qidaya,  mənzilə,  nəqliyyat  vasitələrinə  və  s.  olan  təlabatdır. 

Onlardan  bəzilərinin  bioictimai  xarakteri,  -  məsələn  qidaya, 

istiliyə  olan  təlabat  -  digərlərinin  isə  təmiz  ictimai  -  müasir 

geyimə, maşına, televizora və s. - xarakteri var. Ancaq bütün bu 

təlabatlar,  o  cümlədən  bu  və  ya  digər  xalqın  mədəniyyət 

atributlarını  özündə  daşıyan  adamların  hazırladığı  qida  və 

mənzil vasitəsi ilə təmin olunan təlabatlar da ictimai fomıada 

çıxış  edir.  Bu  maddi  təlabatlar  eyni  zamanda  iqtisadi  təlabat 

kimi çıxış edir, çünki insanlar arasındakı iqtisadi münasibətlər 

çərçivəsində  istehsal  prosesində  təmin  olunur.  Bütün  bu 

təlabatlar bu və ya digər məhsulun və xidmətin istehsalını tələb 

edir,  onları  müdafiə  edir,  nizama  salır.  İstehsal  müəyyən 

təlabatlarm  ödənilməsinə  istiqamətlənir  və  ona  görə  də 

mövcuddur.  Təlabat  yoxdursa  istehsal  da  yoxdur.  Təlabatm 

dairəsi  daima  genişlənir,  eyni  zamanda  onlar  keyfiyyətcə 

inkişaf  edir.  Buna  görə  də  yüksək  təlabat  qanunu  haqqında, 

yəni  onların  daimi  inkişafı  və  təkmilləşməsi  haqqında 

danışırlar.  İstehsalın  özünə  olan  təlabatdan,  yəni  enerji; 

xammal,  material  və  s.  mənbələrə  olan  təlabatı  da  unutmaq 

olmaz. Beləliklə, ictimai-iqtisadi təlabat  istehsalın inkişafının 

mənbəyi kimi, onun daimi və əsas özəyi kimi çıxış edir. Onu da 

əlavə etmək lazımdır ki, təlabatm özü yalnız istehsal deyil, həm 

də  şəxsi  təlabatm  özü  müxtəlif  malların  və  xidmətlərin  təsiri 

altında  inkişaf  edir.  İnsanların  bir  sıra  qida  məhsullarına, 

müasir geyimə, məişət cihazlarına, soyuducuya, televizora və s. 

olan  təlabatı  belə  təlabatlardandır.  Bu  təlabatlarm 

formalaşmasına  təsir  edən  istehsal  öz  sabit  inkişafı  üçün 

mühüm  şərait  yaradır.  Cəmiyyətin  iqtisadi  həyatının 

təzahürlərindən biri kimi iqtisadi təlabat, istehsal və istehlakm 



199 


qarşılıqlı hərəkətinin dialektikası belədir; onu başa düşmək və 

praktikada nəzərə almaq olduqca vacibdir. 

İstehsal  üsulunun  iki  tərəfi:  məhsuldar  qüvvələr  və 

istehsal  münasibətləri  var.  Onların  rolu  və  qarşılıqlı 

fəaliyyətləri  bir  sıra  mütəfəkkirlər  tərəfindən  hərtərəfli 

araşdırılmışdır. 

Onların 


fikrincə, 

cəmiyyət 

istehsal 

qabiliyyətinin  qayğısına  qalmalı  və  onu  inkişaf  etdirməlidir. 

Cəmiyyətin  məhsuldar  qüvvələri,  -  ilk  növbədə,  istehsalda 

tətbiq  olunan  əmək  alətidir  -  məsələn,  müasir  texnika,  o 

cümlədən, onda istifadə  olunan elektrik enerjisi, texnologiya, 

nəqliyyat,  istehsal  üçün  yer,  əmək  predmeti  və  s.  Onlar 

məhsuldar qüvvələrin maddi tərəfini təşkil edir, onlann köməyi 

ilə adamlar təbiətə təsir edir, öz təlabatlarını ödəmək üçün onun 

materiallarından istifadə edirlər. 

Məhsuldar  qüvvələrin  digər  tərəfini  bilik,  bacarıq, 

vərdiş, istehsal təcrübəsinin daşıyıcısı olan adamlar təmsil edir. 

Onlar  məhsuldar  qüvvələrdən  onları  daha  səmərəli  istifadə 

etmək üçün tətbiq  edir və təkmilləşdirirlər. Bununla onlar öz 

aralarında  istehsal-iqtisadi  münasibətlərə  girirlər.  Məhsuldar 

qüvvələr  və  istehsal  münasibəti  öz  vəhdətində  cəmiyyətin 

iqtisadi  həyatının  əsasını  və  başlıca  məzmununu  təşkil  edən 



istehsal  üsulu  yaradırlar.  Fikrimizi  bir  az  da  sadələşdirək; 

istehsal prosesini həyata keçirən adamlar əməyin subyekti kimi 

çıxış  edirlər  və  məhsuldar  qüvvələrin  əsas  və  həlledici 

ünsürləridirlər.  Bundan  başqa  istehsal  prosesini  həyata 

keçirmək  üçün  başlanğıc  material  və  ya  əmək  predmeti 

vacibdir, bu da emal olunur. Bu torpaq, faydalı qazıntılar, metal 

və s. ola bilər. Ancaq əmək predmetini zəruri mala çevimrək 

üçün əmək alətindən istifadə olunur. Xarici aləmə təsir etmək 

məqsədi ilə yaradılan əmək alətindən istifadə edərək 

200 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə